Məhkəmə qərarları › İş №2(060)-2033/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2033/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2033/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 və Cavabdeh3 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixdə bağladığı 03A000024012 saylı kredit müqaviləsinin və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14258.57 ABŞ Dollan məbləğində kredit borcu, 15209.13 ABŞ Dolları məbləğində faiz borcu və 12429.11 ABŞ Dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 41896 (qırx bir min səkkiz yüz doxsan altı) ABŞ Dolları 81 (səksən bir) sent məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 41896 (qırx bir min səkkiz yüz doxsan altı) ABŞ Dolları 81 (səksən bir) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsinə və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə 30.04.2014-cü il tarixdə bağladığı 03A000024012 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07.04.2015-ci il tarixli 03A000024012SA saylı, 18.02.2016-cı il tarixli 03A000024012SB saylı, 08.09.2016-cı il tarixli 03A000024012SC saylı, 05.12.2016-cı il tarixli 03A000024012SD saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 08.11.2019cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 15741.43 ABŞ Dolları ödəniş etmiş və onun iddiaçıya 14258.57 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 05.10.2020-ci il tarixə 422 gün üçün hesablanmış faiz borcu 15209.13 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 05.10.2020-ci il tarixə 422 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 12429.11 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. 08.05.2014-cü il tarixdə İddiaçı QSC (Kreditor-İpoteka-saxlayan), Cavabdeh1 (Alıcı-İpoteka qoyan) və X2 arasında 00015 saylı “Alqı-satqı və ipoteka” müqaviləsi bağlanmış və həmin qarışıq müqavilə əsasında X6 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evini cavabdeh- ipoteka qoyan Cavabdeh1 satmış, sonuncu isə həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ödənişin bir hissəsini 30.04.2014-ci il tarixdə bağladığı 03A000024012 saylı kredit müqaviləsi əsasında əldə etdiyi vəsait hesabına icra etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh1 03A000024012 saylı “Alqısatqı və ipoteka” müqaviləsi əsasında mülkiyyət hüququ əldə etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 93 №-li reyestr kitabının 14 №-li vərəqində qeydiyyata alınmış RX0416636№-li çıxarışla, Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 14.04.2015-ci il tarixli 15 saylı sazişlə “Alqı-satqı və ipoteka” müqaviləsinə dəyişiklik və əlavələr edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 93 №-li reyestr kitabının 14 №-li vərəqində qeydiyyata alınmış RX0626460 №-li çıxarışla ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Alqı-satqı və ipoteka müqaviləsi bağlanan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evində heç kəs qeydiyyatda olmamış və əvvəlki mülkiyyətçinin, yəni X3 arvadı X1 evin və torpaq sahəsinin satılmasına etiraz etməməsinə dair Abşeron Rayon Notariat kontoruna 02.05.2014-cü il tarixli ərizə vermişdir. Bununla yanaşı, ipoteka qoyanın arvadı Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 22.09.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 30.09.2020-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixdə bağladığı 03A000024012 saylı kredit müqaviləsinin və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 14258.57 ABŞ Dollan məbləğində kredit borcu, 15209.13 ABŞ Dolları məbləğində faiz borcu və 12429.11 ABŞ Dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 41896 (qırx bir min səkkiz yüz doxsan altı) ABŞ Dolları 81 (səksən bir) sent məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 41896 (qırx bir min səkkiz yüz doxsan altı) ABŞ Dolları 81 (səksən bir) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsinə və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qismən qəbul edərək göstərdi ki, həyat yoldaşı Cavabdeh1 ilə İddiaçı QSC arasında 30.04.2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ona illik 1.5 faiz olmaqla 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. O, bundan əvvəl iddiaçı təşkilatdan götürdüyü kredit vaxtlı-vaxtında ödənişlərini etmişdir. Son zamanlar maddi imkanında olan çətinliklər və baş vermiş böhran və devalvasiya ödəniş etməyində çətinliklər yaratmışdır. İlqar dəfələrlə iddiaçı təşkilata götürdüyü kredit borcunun kredit götürdüyü günə olan məzənnə ilə və manatla ödəniş etmək istədiyini bildirsə də bank onunla razılaşmamışdır. Əlavə olaraq, müqavilə ABŞ dolları ilə bağlansa da, onlara kredit manatla verilmişdir. Həmçinin tələb olunan borc məbləği həddin artıq çox şişirdilmiş və faiz borcu çox göstərilmişdir. Əlavə olaraq, iddia tələbi üzrə cərimə borcunu qəbul etmir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan 30 aprel 2014-cü il tarixli 03A000024012 №li Kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 1.5833% olmaqla 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Kredit müaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarında olan Kredit müqaviləsi və ödəniş Planına dəyişiklik edilməsi haqqında 07.04.2015-ci il tarixli 03A000024012SA saylı Sazişdən görünür ki, bank ilə kredit alan arasında 30 aprel 2014-cü il tarixdə 03A000024012 №li kredit müqaviləsi üzrə kreditin müddəti 60 (altmış) ay təşkil edir. Bank ilə Kredit Alan arasında 30 aprel 2014-cü il tarixli 03A000024012 saylı Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan 30 aprel 2014-cü il tarixli ödəniş planı ilə müəyyən ediliş ödəniş məbləğləri bu Sazişə əlavə olunan 07 aprel 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan, tərəflər arasında 30 aprel 2014-cü il tarixli 03A000024012 saylı Kredit Müqaviləsi üzrə götürdüyü kreditin qalan hissəsini və hesablanmış faizləri bu razılaşmaya əlavə olunan 07 aprel 2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş materiallarında olan Kredit müqaviləsi və ödəniş Planına dəyişiklik edilməsi haqqında 18.02.2016-cı il tarixli 03A000024012SB saylı Sazişdən görünür ki, bank ilə kredit alan arasında 30 aprel 2014-cü il tarixdə 03A000024012 №li kredit müqaviləsi üzrə kreditin müddəti 60 (altmış) ay təşkil edir. Bank ilə Kredit Alan arasında 30 aprel 2014-cü il tarixli 03A000024012 saylı Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan 18 fevral 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. Kredit alan, Ödəniş Planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə aylıq 1.5% dərəcəsi ilə fazilər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablabnmış faizləri də Banka ödəməlidir. Kredit Alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit Alan Ödənş Planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər. Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. Müştəri Bank qarşısında istənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, Bank Müştərinin ödəməli olduğu məbləği Müştərinin Bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası Müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. İş materiallarında olan İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə “Cavabdeh2 arasında 30 aprel 2014-cü il tarixdə 03G********** №li zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, bu müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında məsuliyyət daşıyır. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. İş materiallarında olan İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 (borclu) və (ipoteka qoyan) arasında 08 may 2014-cü il tarixdə bağlanmış 0015 saylı Alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X6 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evini cavabdeh- ipoteka qoyan Cavabdeh1 23529 (iyirmi üç min beş yüz iyirmi doqquz) manata satmış, sonuncu isə həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ödənişin bir hissəsini 30.04.2014-ci il tarixdə bağladığı 03A000024012 saylı kredit müqaviləsi əsasında əldə etdiyi vəsait hesabına icra etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh1 03A000024012 saylı “Alqı-satqı və ipoteka” müqaviləsi əsasında mülkiyyət hüququ əldə etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0416636 saylı “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.0137 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini İddiaçı QSC-də 30.04.2014-cü ildən 60 ay müddətinə- 30.04.2019-cu il tarixə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0416635 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının `4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 14.04.2015-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0137 ha torpaq sahəsinin ipotekaya əlavə edilməsinə etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin “Fərdi Yaşayış evinin Qiymətləndirilməsi barədə” 07.06.2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin 07.06.2021-ci il tarixə olan bazar dəyəri 50000 (əlli min) manat, Likvid dəyəri 42500 (qırx iki min beş yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 08.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 27.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 Yardımlı rayonu, Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 46-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29/17, mənzil 47də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit xətti müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borc üzrə 14258,57 dolları, faiz borcu üzrə 15209,13 ABŞ dolları, cərimə borcu üzrə 12429,11 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 03A000024012 saylı kredit müqaviləsi və ona edilmiş əlavə sazişlər üzrə 14258,57 ABŞ dolları kredit borcunun və 15209,13 ABŞ dolları faiz borcunun tutulması barədə tələb əsaslıdır, kredit müqaviləsi üzrə hesablanmış 12429,11 ABŞ dolları məbləğində dəbbə pulu isə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 12429,11 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 300 ABŞ dolları müəyyən edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar ona borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə 22.09.2020-ci il tarixli 2/929 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş 05.10.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-nin “Fərdi Yaşayış evinin Qiymətləndirilməsi barədə” 07.06.2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin 07.06.2021-ci il tarixə olan bazar dəyəri 50000 (əlli min) manat, Likvid dəyəri 42500 (qırx iki min beş yüz) manat təşkil edir. Məhkəmə həmin qiymətləndirmə ilə bağlı mübahisənin olmadığını nəzərə alaraq göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh3 14.04.2015-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0137 ha torpaq sahəsinin ipotekaya əlavə edilməsinə etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəliyinə götürmüşdür. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0137 ha torpaq sahəsi tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsinə və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, cavabdehlərin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması və boşaldılaraq alıcıya təhvil verilməsi hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixdə bağladığı 03A000024012 saylı kredit müqaviləsinin və ona edilmiş əlavə sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14258,57 ABŞ Dolları məbləğində kredit borcu, 15209.13 ABŞ Dolları məbləğində faiz borcu və 300 ABŞ Dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 29767 (iyirmi doqquz min yeddi yüz altmış yeddi) ABŞ Dolları 64 (altmış dörd) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulmalı, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin likvid dəyəri 42500 (qırx iki min beş yüz) manat müəyyən edilməklə açıq hərracdan satılması və torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə olunmuş məbləğin cəmi 29767 (iyirmi doqquz min yeddi yüz altmış yeddi) ABŞ Dolları 64 (altmış dörd) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsi və fərdi evə olan istifadə hüquqları itirilməli, cavabdehlər həmin fərdi evə və torpaq sahəsindən çıxarılmalı, fərdi ev və torpaq sahəsi boşaldılmalı və alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixdə bağladığı 03A000024012 saylı kredit müqaviləsinin və ona edilmiş əlavə sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14258,57 ABŞ Dolları məbləğində kredit borcu, 15209.13 ABŞ Dolları məbləğində faiz borcu və 300 ABŞ Dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 29767 (iyirmi doqquz min yeddi yüz altmış yeddi) ABŞ Dolları 64 (altmış dörd) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evinə yönəldilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evin likvid dəyəri 42500 (qırx iki min beş yüz) manat müəyyən edilsin. Mənzil açıq hərracdan satılsın və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 29767 (iyirmi doqquz min yeddi yüz altmış yeddi) ABŞ Dolları 64 (altmış dörd) sent məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləği Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulsun. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 0.0137 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 51.3 kv.m. ümumi, 38.4 kv.m. yaşayış, 12.9 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 20A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi evə və torpaq sahəsinə istifadə hüququ itirilsin, cavabdehlər həmin evdən çıxarılsın, ev və torpaq sahəsi boşaldılsın və alıcıya təhvil verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar