Məhkəmə qərarları › İş №2(060)-2038/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2038/2022

17.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2038/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Faı̇ q qızının cavabdeh Əhmədova Sevı̇ l Mı̇ rzəxan qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9cu mkr, ev 72-də yerləşən 22 saylı mübahisəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 02 fevral 2022-ci il tarixli arayışından göründüyü kimi Sumqayıt şəhəri 9-cu mkr,ev 72-də yerləşən 22 nömrəli mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 12/590 saylı order, Sumqayıt şəhər icra Hakimiyyəti MTİİB 14 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 5246 nömrəli mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə xx.xx.2007-ci il tarixli, 4546 saylı arayış (2 nömrəli forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. O, Cavabdeh gəlini, ailə üzvü qismində mübahisəli mənzilə köçmüş, həmin mənzildə yaşayarkən cavabdehin X2 ilə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X8 xx.xx.2012-ci il təvəllüdlü Əhmədov Nərmin Namiq qızı anadan olmuşlar. Cavabdehlə birgə yaşayıb ümumi təsərrüfat idarə etmişlər. Cavabdehin onları mübahisəli mənzilə pasport qeydiyyatına almadığına görə məhkəməyə müraciət etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə onun Sumqayıt şəhəri 9-cu mkr,ev 72-də yerləşən 22 saylı mübahisəli mənzilə istifadə və yaşayış hüququ tanınmışdır. Sumqayıt şəhəri, 9-cu mkr, ev 72-də yerləşən 22 saylı mübahisəli mənzilə köçürülməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh onu və uşaqlarını mənzilə buraxmamışdır. Qeyd olunanlara əsasən onun azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci təvəllüdlü Əhmədova Nərmin Namiq qızı ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mkr, ev 72-də yerləşən 22 saylı mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Əhmədova Sevı̇ l Mı̇ rzəxan qızı cavabdeh İddiaçı və X4 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun gəlnidir. Mübahisəli mənzil ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil ona məxsusdur. Cavabdeh İddiaçı digər cavabdeh olan X2 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, onun mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü Əhmədova Nərmin Namiq qızı adlı üç övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011ci il tarixli qətnaməsi ilə mülkiyyətində olan sözügedən mənzilə cavabdehlərdən İddiaçı istifadə hüququ tanınmışdır. Elə həmin vaxtdan da aralarında böyük münaqişə baş vermiş, cavabdehlər uşaqları ilə birlikdə kirayə evə köçmüşlər. Artıq 10 ildən çoxdur ki, cavabdehlər onun mənzilində yaşamırlar. Lakin buna baxmayaraq, cavabdehlər bu illər ərzində onun və digər oğlunun vəsaiti hesabına ayaqda durmuşdular. Hal-hazırda da bütün təqaüdü onlar üçün xərclənir. Belə ki, mənzildən çıxandan sonra konkret olaraq 2013-cü ildə razılaşmışlar ki, mənzili girov qoyaraq, cavabdehlərə pul versinlər, cavabdehlər də özlərinə ev alsınlar. Bu məqsəd ilə "xxxx" ASC-nin "Yasamal" filialı ilə X2 arasında xx.xx.2013-cü il tarixli, №10122013/124362 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X2na 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi onunla bank arasında xx.xx.2013-cü il tarixli, №10122013/124362 saylı ipoteka müqaviləsi bağlanaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ildən də onun çətin günləri başlamışdır. 26 faizin ağırlığını bügün də çəkir. Həmin 25.000 (iyirmi beş min) ABŞ dolları onun üçün az qala 35.000 (otuz beş min) manat olmuşdur. Bütün məbləği onlar ödəmişlər. Hal-hazırda da ödəməyə davam edirlər. 25.000 (iyimi beş min) ABŞ dollarından da o bir manat belə olsun götürməmişdir. Mənzil hələ də ipotekadadır, hələ də ödənməmiş 6.000 manat borcu qalmışdır. Lakin cavabdehlər həm pulu alıblar, həm də yenidən onunla mənzil iddiası edirlər. Ona görə də hesab edir ki, onların mənzilə dair istifadə hüquqları itirilməlidir. Cavabdehlərin pasport qeydiyyatı formal xarakter daşıyır. Onlar mənzilə dair heç bir hüquq vəzifə yerinə yetirmirlər. Cavabdehlərin mənzilə yaşayış hüququnun itirilmiş hesab edilmələrinə dair müvafiq orqanlara müraciət etsə də, bunun yalnız məhkəmə yolu ilə mümkün olduğunu bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanları rəhbər tutaraq məhkəmədən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilindən cavabdehlər İddiaçı və X3 azyaşlı uşaqları ilə birlikdə əvvəl verdiyi kompensassiya məbləği nəzərə alınmaqla, mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilmısini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-3415/2011 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə X6 cavabdehlər siyahısından çıxarılmış, cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi ürzə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında iddia tələbini müdafiə etdyini bildirərək, məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi ürzə iddiaçı Cavabdeh izahatında bildirdi ki, oğlu və gəlini onun evini girov qoyaraq pul götürüb başqa ev almaq istəmiş, o isə bunun üçün onlara köməklik etmişdir. X2 və gəlini İddiaçı ona hörmət etməmiş, birliktə yaşamaqları mümkün olmamışdır. Buna görə də evdən çıxıb getmiş, kirayə yaşamağa başlamışlar. Oğlunu evləndirdikdən sonra gəlini dava-dalaş salmağa başlamışdır. Hazırda da Amrahbakdan götürülən pul, onlara köməklik göstərilməsi üçün götürülmüşdür. Ödəniş isə digər oğlu tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi ürzə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, 2011-ci ildə məhkəmə qətnaməsinə əsasən mənzilə hüququ tanınmış, mübahisə də həmin vaxtdan başlanmışdır. 2013-cü ildə iddiaçının əri anasının evini yüklü edərək pul götürmüş, iddiaçının əri Namiq kredit borcunu lazımınca icra edə bilmədiyindən ödənişləri cavabdehin digər oğlu Natiq etmişdir. Həmin vaxtdan aralarında olan razılığa əsasən iddiaçı ailəsi ilə birlikdə mübahisəli mənzildən köçmüşdür. Əmrahbank məhkəmədə iddia qaldırdığından mənzil əldən çıxmasın deyə cavabdeh 20 min və 6 min manat olmaqla banka ödənişlər etmişdir. Hazırki günə qədər də ödənişlər cavabdeh tərəfindən həyata keçirilir. Ona görə də məhkəmədən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 382 №-li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Faı̇ q qızı ailə üzvləri X6, X11, X8 və Əhmədova Nərmin Namiq qızı ilə birlikdə ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Əhmədova Sevı̇ l Mı̇ rzəxan qızı, X6, X7, İddiaçı Faı̇ q qızı və azyaşlılar X11, X8 və Əhmədova Nərmin Namiq qızı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı Faı̇ q qızı arasında bağlanmış nikah Sumqayıt şəhər Nikah evində xx.xx.2005-ci il tarixində akt qeydləri kitabında 27 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2008-ci il, X8 xx.xx.2010-cu il, Əhmədova Nərmin Namiq qızı xx.xx.2012-ci il tarixində doğulmuşlar. X1, anaları İddiaçı Faı̇ q qızıdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 22 nömrəli mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 12/590 saylı order, Sumqayıt Şəhəri İcra Hakimiyyəti MTİİB 14 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 5246 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə xx.xx.2007-ci il tarixli, 4546 saylı arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məlumat üçün bildirilmişdir ki, sözügedən mənzil KM/№:10122013/124362 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Bankın xx.xx.2015-ci il tarixli, 190 nömrəli məktubu əsasında əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 10122013/124362 saylı girov müqaviləsindən görünür ki, girovsaxlayan "xxxx" ASC Yasamal filialının direktoru X14 ilə borcalan – girov qoyan X6 bu müqaviləni bağlamışlar. Həmin müqaviləyə əsasən X6 25000 USD pulu 30 ay müddətinə illik 26 % dərəcəsi ilə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC Yasamal filialı ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10122013/124362 saylı saylı bank hesabı və kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 26 faiz hesablanmaqla 30 ay müddətində 25000 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-3415/2011 saylı qətnaməsindən görünür ki, İddiaçı Faı̇ q qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mənzildən istifadə və yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı Faı̇ q qızının Sumqayıt şəhəri, 9-cu mkr, 72 saylı evin 22 saylı mənzilindən istifadə və yaşayış hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə ilkin iddia tələbinin təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzili mülkiyyət hüququ ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsusdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçının gəlnidir. İddiaçı X6 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, Cavabdeh mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü Əhmədova Nərmin Namiq qızı adlı üç övladları olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-3415/2011 saylı qətnaməsindən görünür ki, İddiaçı Faı̇ q qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mənzildən istifadə və yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı Faı̇ q qızının Sumqayıt şəhəri, 9-cu mkr, 72 saylı evin 22 saylı mənzilindən istifadə və yaşayış hüququnun tanınmasının qət edilməsinə baxmayaraq Cavabdeh İddiaçı və onun azyaşlı uşaqlarını həmin mənzildə yaşamalarına maneçilik törədir. Ona görə də ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-3415/2011 saylı qətnaməsinə əsasən İddiaçı Faı̇ q qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mənzildən istifadə və yaşayış hüququnun tanınması tələbinə dair iddiası təmin edilərəkən onun həmin mənzildə 7 il müddətində mübahisəli mənzilin sahibi Cavabdeh X2 ilə rəsmi nikaha daxil olaraq yaşaması, birgə təsərrüfat idarə etməsi, həmin mənzilə razılıqlarına əsasən cehiz əmlakları ilə birliktə gəlin köçməsi, əmlaklarının olması, mübahisəli mənzildə iki övladının anadan olmasına istinad etmiş, məhkəmə aktı ilə hal-hazırda işin mübahisə edilməyən halı olaraq müəyyən edilərək qeydiyyatda olduğu ünvanda yaşamaması tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, iddiaçının mənzilə hüququ məhkəmə aktı ilə tanınmış, mübahisə etdikləri üçün yaşamadığı işin mübahisəsiz halı olaraq təsdiq olduğu üçün iddiaçı X5 həmin mənzilə köçürülməsi tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur (məhkəmə aktı ilə təsdiq olunmuş), yəni onun mübahisəli evə istifadə hüququ mövcud olduğu üçün evə köçürülmə tələbi əsaslı sayılaraq təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Göstərilənlərdən göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Məhkəmə qarşılıqlı iddia tələbinin rədd olunması qənaətinə gəlməsi işin faktiki halları, tərəflərin məhkəmə iclasında bildirdikləri dəlillər, bundan əlavə qarşılıqlı iddiaçının tələbinin hüquqi əsası təşkil edən hallar yəni (məhkəmə iclasında bildirdiyi və qeyd etdiyi kimi, əslində banka olan öhdəliyin mənzilə olan məhkəmə qətnaməsi ilə ilkin iddiaçının hüququnun tanınması barədə qətnaməyə əsasən pul məbləğinin kompensasiya olaraq ödənilməsi ilə bağlı qeyd etdikləri) bu məqsədlə "xxxx" ASC-nin "Yasamal" filialı ilə X2 arasında xx.xx.2013-cü il tarixli, №10122013/124362 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X2na 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilməsi, kreditin qaytarılmasının təminatı kimi onunla bank arasında xx.xx.2013-cü il tarixli, №10122013/124362 saylı ipoteka müqaviləsi bağlanaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil ipoteka ilə yüklü edilməsi, 26 faizin ağırlığını hal hazırda onun çəkməsi, həmin 25.000 (iyirmi beş min) ABŞ dolları onun üçün az qala 35.000 (otuz beş min) manat olması, bütün məbləğin onun tərəfindən ödənilməsi, hazırda da ödəməyə davam etməsi, 25.000 (iyimi beş min) ABŞ dollarından onun tərəfindən götürülməməsi, hələ də ödənməmiş 6.000 manat borcu qalmasının hansı məqsədlə götrülməsi, aralarında belə razılığa gəlinməsi, yəni ilkin iddiaçının bu məsələyə hər hansı bağlılığının olması öz təsdiqini tapmayaraq sübut olunmamışdır. Bütün qeyd olunanlar məhkəmənin qarşılıqlı iddia tələbinin hüquqi əsası olmamaqla, yalnız mülhazələrdən ibarət, əssasız iddia olmaqla, iddia tələbinin rədd olunması nəticəsinə gəlməsinə səbəb olur. Həmçinin işin mübahisə olunmayan halı onu göstərir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların təkrar mübahisələndirilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi təmin olunaraq İddiaçı azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci təvəllüdlü Əhmədova Nərmin Namiq qızı ilə birlikdə Sumqayıt şəhəri, 9cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzilinə köçürülməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin olunsun. İddiaçı azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci təvəllüdlü Əhmədova Nərmin Namiq qızı ilə birlikdə Sumqayıt şəhəri, 9cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzilinə köçürülsün. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar