Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2051/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cı il tarixdə Ermənistan Respublikasının Cermuk kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979cı il tarixdə Ermənistan Respublikasının Cermuk şəhərində doğumun qeyd edilməsi, doğum faktı qeydin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, ana qrafasında X7 göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikasının Cermuk şəhərində anadan olmuşdur. Özünə məxsus “doğum haqqında şəhadətnamə”ni itirmişdir. O, “doğum haqqında şəhadətnamə”nin təkrar alınması üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona imtina arayışı verilmişdir. Hal-hazırda sənədi təkrar ala bilmir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən müəyyən problemlərlə rastlaşırdı. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, onun xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikasının Cermuk şəhərində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum faktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilməsi, “doğum haqqında şəhadətnamə” verilərkən ata qrafasında X6, ana qrafasında X7 göstərilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Qardaşı xx.xx.1979-cu ildə Ermənistan Respublikasının Cermuk şəhərində anadan olmuşdur. Onun atası X6, anası isə X3r. Onların ailəsi 1988-ci ildən Azərbaycan Respublikasında yaşayırlar. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Ərizəçi Amin xx.xx.19796-cu ildə Ermənistan Respublikasının Cermuk şəhərində anadan olmuşdur. O, onlara məlum olmayan səbəblərə görə doğum haqqında şəhadətnaməsini itirmişdir. Onlar 1988-ci ildən Azərbaycan Respublikasında yaşayırlar. Məhkəmə Ərizəçi, şahidlər X2 və X4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Cermukda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin 08.01.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sumqayıt şəhər qeydiyyat şöbəsi yaşadıqları rayonun məhkəməsinə müraciət etməyi məsləhət görmüşdür. İş materiallarında olan Ərizəçi tərəfindən “Sumqayıt ictimai-siyasi qəzetinin №7(8365) saylı, 06.03.2021-ci il tarixli buraxılışın 4-cü vərəqəsində Ərizəçiunun adına 1979-cu ildə Ermənistan Respublikası Cermuk şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə itdiyi üçün etibarsız sayılması barədə elan vermişdir. İş materillarında olan doğum haqqında şəhadətnaməyə əsasən X5 24.03.1981-ci il tarixində Ermənistan Respublikası Cermuk şəhərində doğulmuş, bu barədə Ermənistan Respublikası Cermuk şəhəri VVAQ şöbəsində 02.04.1981-ci il tarixində 492351 saylı qeyd edilmişdir. İş materillarında olan doğum haqqında şəhadətnaməyə əsasən X7 04.09.1952-ci il tarixində Ermənistan Respublikası Sisiyan rayonu, Qızılcıx kəndində doğulmuş, Ermənistan Respublikası Sisiyan Rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında 06.04.1955-ci tarixində 11 №-lə qeyd edilmişdir. İş materillarında olan doğum haqqında şəhadətnaməyə əsasən X6 08.04.1950-ci il tarixində Ermənistan Respublikası Cermuk şəhərində doğulmuş, Ermənistan Respublikası Əzizbəyov Rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında 21.07.1955-ci tarixində 22 №-lə qeyd edilmişdir. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X5 və X7 ifadə verərək Ərizəçi həqiqətən də xx xxx 1979-cu ildə Ermənistan Respublikası, Cermuk şəhərində doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Cermuk şəhərində doğulması faktı müəyyən edilməli, doğum faktı qeydin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, ana qrafasında X7 göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Cermuk şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədə Ərizəçi xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Cermuk şəhərində doğulması, akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin, yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, ana qrafasında X7 göstərilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2051/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2051/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver