Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2052/2021 25.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı «torpağın mülkiyyətə verilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibai binasında məhkəmə iclasından kənar qayadada baxaraq, müəyyən etdi: İddiaçı «torpağın mülkiyyətə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X1 verilmiş şəhadətnamədə ata adı Mədəd əvəzinə oğlu Müşfiq yazıldığını, həmin yanlışlığın düzəldilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının tələbi, onların öz tələbini əsaslandırdıqları hallar göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, iş üzrə cavabdeh, onun poçt ünvanı göstərilməmişdir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, ərizəçi tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar dövlət rusumunun ödənilməsini təsdiq edən və ya dövlət rüsumu ödənilməsindən azad edilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş halların mövcud olmasına dair sənədlər təqdim edilməmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli və ya notriat qaydada təsdiq ediliş surəti əlavə edilməmişdir. Halbuki, iş üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlər yazılı sübutlar hesab olunur ki, mülki prosessual qanunvericiliyin tələbinə görə həmin sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim olunmalıdır. (MPM-nin 89.3m) Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «torpağın mülkiyyətə verilməsi» tələbinə dair ərizəsi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2052/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2052/2021
25.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver