Məhkəmə qərarları › İş №2(060)-2056/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2056/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2056/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxslər qismində cəlb etməklə "nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə "nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Kazımov Əhməd Əli oğlu ərizəçinin atası, X4 isə anasıdır. Bunu ərizəçiyə məxsus AZ-T №-286304 saylı doğum haqqında şəhadətnamə təsdiq edir. Atası Kazımov Əhməd Əli oğlu 20 fevral 1942-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, 20 noyabr 2024-cü ildə vəfat etmişdir. X1 01 oktyabr 1949-cu ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, 15 aprel 2017-ci ildə vəfat etmişdir. Ərizəçinin atası Kazımov Əhməd Əli oğlu ilə X1 arasında 03 dekabr 1965-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda qeydə alınmış nikah haqqında şəhadətnamə naməlum səbəbdən itmişdir. Nikah haqqında şəhadətnamə Ermənistan Respublikasının, Qafan rayonunda alındığına görə hal-hazırda ərizəçi həmin sənədin dublikatını əldə edə bilmir. Təkrar nikah haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli imtina məktubu ilə doğum haqqında akt qeydinin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Nikah haqqında akt qeydinin bərpa edilməsinə səbəb nikah haqqında şəhadətnamənin alınması, tam pay üzrə vərəsəlik hüququnun əldə edilməsi üçün ərizəçidən tam Kazımov Əhməd Əli oğlu ilə anam X4 arasında 03 dekabr 1965-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda qeydə alınmış nikah haqqında şəhadətnamə tələb olunmuşdur. Bu səbəbdən də nikah haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəçinin atası Kazımov Əhməd Əli oğlu ilə X1 arasında 03 dekabr 1965-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda qeydə alınmış nikah haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

6. Məhkəmə ərizəçinin, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Atası Kazımov Əhməd Əli oğlu, anası isə X2r. Aralarında rəsmi nikah olmuşdur, lakin hazırda sənəd itmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Atası Kazımov Əhməd Əli oğlu, anası isə X2r. Valideynləri 03 dekabr 1965-ci ildə rəsmi nikaha daxil olmuşlar, lakin hazırda sənəd itmişdir.

9. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-T № 286304 saylı doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Kazımov Əhməd Əli oğlu, anası isə X2r.

10. İş materiallarında olan 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ № 408800 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə mədəciklərin fibrilyasiyası xəstəliyindən ölmüşdür.

11. İş materiallarında olan 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 471522 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Kazımov Əhməd Əli oğlu xx.xx.2024-cü il tarixdə miokardın kəskin transmural infarktı xəstəliyindən ölmüşdür.

12. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Kazımov Əhməd Əli oğlu ilə X3 xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda qeydə alınmış nikah haqqında təkrar şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından xahişinizin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir.İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edilir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun nikah haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər.

13. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 2(060)-2056/2025 №-li (daxilolma xx.xx.2025-ci il, № 3-48/1-1382/2025) vətəndaş Kazımov Əhməd Əli oğlu və vətəndaş X4 barəsində olan sorğuya cavab olaraq bildirilir ki, Ermənistan SSR-də anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların sosial-hüquq xarakterli hər hansı bir sənədi, o cümlədən doğum, ölüm və nikah haqqında VVAQ sənədləri Azərbaycan Respublikasının dövlət arxivlərində mövcud deyil. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin valideynləri Kazımov Əhməd Əli oğlu və X4 03 dekabr 1965-ci il tarixdə Ermənistan Respublikasında rəsmi nikaha daxil olmuş və birgə nikahlarından övladları olmuşdur. Birgə təsərrüfat aparmış, birlikdə yaşamışlar. Nikah haqqında şəhadətnamənin naməlum şəraitdə itməsi və zəruri sənədlərin Ermənistan SSR-də qalması səbəbindən nikah akt qeydinin bərpa olunması mümkün olmamışdır. Ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

16. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

17. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

19. Göründüyü kimi ərizəçi nikah akt qeydini başqa qaydada bərpa etdirə bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

21. Həmin Qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.

22. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

23. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Kazımov Əhməd Əli oğlu ilə X4 arasında 03 dekabr 1965-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Kazımov Əhməd Əli oğlu ilə X4 arasında 03 dekabr 1965-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilsin. Hazırkı qətnamə nikah haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar