Məhkəmə qərarları › İş №2(060)-2057/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2057/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2057/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 fevral 1942-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, 20 noyabr 2024-ci ildə vəfat etmiş X5nun doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 20 fevral 1942-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, 20 noyabr 2024-cü ildə vəfat etmiş X5nun doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum qeydi bərpa edilərkən ata adının X11, ana adının isə X2 qeyd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. Ərizə onunla əsaslandırılmışdır ki, X12 atasıdır. Bunu ona məxsus AZ-T 286304 saylı doğum haqqında şəhadətnamə təsdiq edir. X5 20 fevral 1942-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, 20 noyabr 2024-cıı ildə vəfat etmişdir. Atasına məxsus doğum haqqında şəhadətnamə naməlum səbəbdən itmişdir. Doğum haqqında şəhadətnamə Ermənistan Respublikasının Qafan rayonunda alındığına görə hal-hazırda həmin sənədin dublikatını əldə edə bilmir. Hal-hazırda atası Əhməd Kazımova məxsus olan hüquqmüəyyənedici sənədləri əldə etmək üçün doğum haqqında şəhadətnamə lazımdır. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli imtina məktubu ilə doğum haqqında akt qeydinin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə etmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsinə səbəb doğum haqqında şəhadətnamənin alınması, tam pay üzrə vərəsəlik hüququnun əldə edilməsi üçün ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Bu səbəbdən də doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. AZ-T 286304 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə anadan olmuşdur. X5, anası isə X3r.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X12 ilk dəfə xx.xx.2005-ci il tarixdə AZE seriyalı 04318314 nömrəli, xx.xx.2006-cı il tarixdə AZE seriyalı 05477819 nömrəli, xx.xx.2021-ci il tarixdə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir.

8. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-K- 2xx/xx/2025 saylı məktubdan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından ərizəyə baxılması mümkün olmamış və doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. X9 məxsus Sumqayıt ixtisas musiqi məktəbi tərəfindən verilmiş 27 iyun 1973-cü il tarixli diplomun əslindən görünür ki, X12 1969-cu ildə Sumqayıt musiqi məktəbinə daxil olmuş, 1973-cü ildə həmin məktəbin xanəndəlik ixtisası üzrə tam kursu bitirmişdir.

9. AZ-İİ 471522 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2024cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 862 nömrə ilə qeyd edilmişdir.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi təfindən verilmiş X8 şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının surətindən görünür ki, X12 1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur. X6, anası X4r.

11. Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş 26 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, 1942-ci ildə anadan olmuş X8 nikah haqqında şəhadətnaməsinin və doğum haqqında şəhadətnaməsinin olmadığı, həmçinin Ə.Ə.Kazımovun ata və anasının ölüm haqqında şəhadətnamələri olmadığı üçün ona tam pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmaması səbəbindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-ci madəsinin 1ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

- 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır: - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

- Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - Doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

16. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, mərhum X12 1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur. X12 20 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Onun oğlu hazırki iş üzrə Ərizəçi atasının vərəsəsi olaraq miras əmlakın qəbul edilməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət etmiş, lakin həmin orqanın 26 yanvar 2025-ci il tarixli 207 saylı məktubu ilə təqdim edilmiş sənədlərin natamam olması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmə iclasında mərhum atasının doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən notariat orqanı tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyini bildirmişdir.

17. X1 doğum haqqında şəhadətnaməsi itmiş və bu səbəbdən ərizəçi atasının doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs tərəfindən itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən Ərizəçi müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir.

18. Ərizəçi X8 doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə iclasında ərizəçi X8 anasının X7, atasının X11 olduğunu bildirdi.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

20. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.

21. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

22. Hazırki iş üzrə doğumun qeyd edilməsi faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi ərizəçi tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl atasının doğum haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyəti orqana müraciət edilmiş, lakin həmin orqan tərəfindən Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

23. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının Ermənistanda doğulması səbəbindən hüquqmüəyyənedici sənədin bərpası hazırki vəziyyətdə qeyri-mümkündür. Göründüyü kimi, ərizəçinin mərhum atasının doğum haqında akt qeydinin bərpası mümkün olmadığından həmin fakt yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.

24. Hazırki faktın müəyyən olunması ərizəçiyə X8 mülkiyyətində olmuş Sumqayıt şəhəri, Saray bağlar massivi, 4060A ünvanında yerləşən 0,09 ha torrpaq sahəsini vərəsəlik qaydasında mülkiyyətinə qəbul edilməsi ilə bağlı tələb olunur.

25. Yuxarıda adı qeyd edilən Plenum qərarına əsasən doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

26. Məhkəməyə sorğu əsasında daxil olmuş fərdi uçot kartoçkasından görünür ki, X12 1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X12 ilk dəfə xx.xx.2005-ci il tarixdə AZE seriyalı 04318314 nömrəli, xx.xx.2006-cı il tarixdə AZE seriyalı 05477819 nömrəli, xx.xx.2021-ci il tarixdə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Beləliklə, sözügedən sənədlərlə X8 doğum akt qeydinin əvəllər mövcud olduğu müəyyən edilir. Belə ki, həmin sənədlərin məhz ərizəçinin atasına məxsus doğum haqqında akt qeydi əsasında verilməsi mümkündür ki, sonrakı sənədin, yəni şəxsiyyət vəsiqəsinin mövcudluğu artıq vaxtilə doğum akt qeydinin tərtib edildiyini və onun əsasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparıldığını sübut edir.

27. Məhkəmə qeyd edir ki, ərizəçinin izahatı, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla X8 1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulması faktı sübuta yetirilir.

28. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X8 1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməlidir.

Məhkəmə Xərcləri :

29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. X8 1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda doğumunun qeydə alınması, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X11, ana qrafasında ana adının X2 qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar