Məhkəmə qərarları › İş №2(060)-2081/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2081/2025

02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2081/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1957-ci ildə Ermənistan Respublikasının Sisiyan (Qarakilsə) rayonu, Aqudi kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1957-ci ildə Ermənistan Respublikasının Sisiyan (Qarakilsə) rayonu Aqudi kəndində anadan olub. X1 xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Sısıyan (QaraKilsə) rayonu Aqudi kəndində anadan olmuşdur. (doğum haqqında şəhadətnamə əlavə olunur. Özü 1969-cu ildən Sumqayıt şəhərində yaşayır. Ailəlidir. X5 ilə Azərbaycan Respublikası Maraqlı şəxsndə xx.xx.1982-ci il tarixdə 948 nömrə ilə nikaha daxil olmaqla ailə həyatı qurub. Onun doğum haqqında şəhadətnaməsi itdiyi üçün Sumqayıt şəhər Qeydıyyat Şöbəsinə müraciət edərək doğum aktı qeydınin bərpa olunaraq ona təkrar doğum haqqında şəhadətnamə verilməsini xahiş etdi. Onlar xx.xx.2024-cü ıl tarixli 3-16-5/8-Q -4323 /15/2024 saylı məktubla ona doğum haqqında şəhadətnamə verilməsindən imtina etdiblər və bildirlər ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyətı aktlarının qeydiyyatına dair sənədlər Maraqlı şəxs arxivində saxlanılmadığından təkrar doğum haqqında şəhadətnamə verılməsı mümkün deyildir. Həmçinin itmış qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Halhazırda qohumluq münasibətlərinin müəyyən olunması üçün doğum aktı qeydinın bərpa olunması zərurəti yaranmışdır. Odur ki, hazırki ərızə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Esmira onun bacısıdır. Anası ilə atası rəsmi nikah münasibətlərində olmadığından bacısının doğum haqqında şəhadətnaməsində də ata haqqında məlumatlar qeyd edilməmişdir. Anası isə X7r. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi ilə eyni kənddəndirlər. Mətləb 1957-ci ildə Ermənistan Respublikasının Sisiyan (Qarakilsə) rayonu Aqudi kəndində anadan olub. Atasının adı Məmmədqulu, anasının adı isə Gülruba idi. 6.Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarınını qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri Qeydiyyatşöbəsinin arxivində saxlanılmadığından doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.

8. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1957-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. 9.İşdə olan AZ-V 058776 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1962-ci ildə Ermənistan Respublikası Qarakilsə rayonu, Aqudi kəndində doğulmuşdur. X2r.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi 1957-ci ildə Ermənistan Respublikasının Sisiyan (Qarakilsə) rayonu, Aqudi kəndində anadan olmuşdur. X2r. Bu fakt işdə olan sənədlər, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. 12.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1957-ci ildə Ermənistan Respublikasının Sisiyan (Qarakilsə) rayonu, Aqudi kəndində doğulması faktı müəyyən olunmalıdır. 13.Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 14.Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 15.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Nəticə hissəsi: 16.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1957-ci ildə Ermənistan Respublikasının Sisiyan (Qarakilsə) rayonu, Aqudi kəndində doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə ərizəçinin ata qrafasında məlumat qeyd edilməməklə, ana qrafasında X9 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar