Məhkəmə qərarları › İş №2(060)-2103/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2103/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2103/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2008-ci ildə alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 6/79, 36 saylı mənzili X1 tam dəyərini ödəməklə almışdır. Hal-hazırda həmin mənzil xx.xx.2008-ci il tarixli çıxarış əsasında onun adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər formal olaraq mənzilində pasport qeydiyyatındadır. X2 mənzili satarkən bir ay müddətində qeydiyyatdan çıxacaqlarına söz vermişdir. Lakin cavabdehlər mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 6/79, 36 saylı mənzilində heç bir əmlakı yoxdur. Cavabdehlərin ona aid mənzildən qeydiyyatdan çıxmaması onun mənzilindən sərbəst istifadə etməyinə maneçilik törədir və hüquqlarını həyata keçirməyə mane olur. Cavabdehlərin harada yaşamalarını bilmir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 6/79, 36 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 6/79, 36 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək digər Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verib, iddianının təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Mehtiyev X3 şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 36 saylı mənzilini 16970 manata X1 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 36 saylı mənzili tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 36 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş 7 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 36 saylı mənzilində mənzilə hüququ olmayanlar kimi qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş məhkəmə bildirişindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduqları Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 36 saylı mənzilində yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə 7 saylı MKS tərəfindən müvafiq qeyd yazılmış və məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamamaları, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 36 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 36 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar