Məhkəmə qərarları › İş №2(060)-2105/2020

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2105/2020

20.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2105/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və xx.xx.2008-ci il təvəllüdlü X7 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 17 nömrəli evin, 2 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, mübahisəli mənzil Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi,ev 17, mənzil 2-də yerləşməklə xx xxxxxx 1977-ci il tarixli orderə əsasən onun həyat yoldaşı X6 və onun ailə üzvlərinə verilmişdir. Həyat yoldaşı xx xxx 2014-cü ildə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 onun övladları, digər cavabdehlər isə onun nəvələridir. Cavabdeh olan qızları uzun illərdir ki, ailə həyatı qurmuş, qızı Nigar oğlu-cavabdeh 25 yaşlı Cavabdeh5 ilə Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsi 5-ci məhəllədə, qızı Aidə isə 11 yaşlı oğlu X11 bağlar massivində yaşayırlar. Cavabdeh4 isə onun nəvəsi olmaqla 7 ildir ki, ərə getmiş və Sumqayıt şəhər Kosmonavtlar küçəsində fərdi yaşayış evində yaşayır və iki övladı vardır. Digər cavabdeh X9 da ailə həyatı qurmaqla daimi olaraq Xaçmaz rayonunda yaşayır. Göründüyü kimi cavabdehlər daimi olaraq bu mənzildən köçmüş və onların formal qeydiyyatı ilə bağlı o, mənzil kirayə və kommunal xidmətlərdən istifadə ilə bağlı əlavə xərc ödəmək məcburiyyətində qalmışdır. Həmin mənzili də özəlləşdirə bilmir. Cavabdehlər mənzili daimi olaraq tərk etdikləri üçün onların mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iş üzrə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və məhkəmə, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi və vəkili X12 ərizə ilə məhkəməyə müracət edərək, cavabdehlərə qarşı iddia tələbinə dair işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdehlər məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçını, onun nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1977-ci il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 17 nömrəli evin, 2 nömrəli mənzili iddiaçının mərhum həyat yoldaşı X3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2014-cü il tariuxdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4, Cavabdeh5 və xx.xx.2008-ci il təvəllüdlü X1 şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 17 nömrəli evin, 2 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4, Cavabdeh5 və xx.xx.2008-ci il təvəllüdlü X13 uzun illərdir ki, həmin mənzildə yaşamırlar. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər mənzildə qeydiyyatda olsalar da, ailə həyatı qurduqlarına görə daimi yaşayış yerlərini dəyişərək mənzildən köçmüşlər və hazırda da onlar mənzildə yaşamırlar, onların özlərinin daimi yaşayış yerləri vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və xx.xx.2008-ci il təvəllüdlü X7 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 17 nömrəli evin, 2 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt şəhər Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar