Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2113/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Triumf-25” X2 nümayəndəsi Süleymanov Mübariz İrasim oğlunun, cavabdehlər Süleymanova Nəzakət Rasim qızı və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə Ramiz oğlunun iştirakları ilə, İddiaçı Triumf-25” X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Süleymanov Mübariz İrasim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 məxsus torpaq sahəsi və tikili üzərində firmanın sahiblik hüququnun bərpa edilməsi, Cavabdeh1 zəbt etdiyi ərazidən və tikilidən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı X4 ünvan 1 ünvanında yerləşən 0,3 ha torpaq sahəsi və üzərindəki tikilidə firmanın pozulmuş sahiblik və istifadə hüququnun bərpa edilməsi, Cavabdeh1 və X3 zəbt etdiyi ərazidən və tikilidən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 aprel 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iddiaçı Süleymanov Mübariz İrasim oğlu əsl İddiaçı X6 ilə əvəz edilmişdir. 16 may 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında tərəflər öz aralarında barışıq sazişi bağlandığından iddia tələbinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və təsdiqlənmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.2 İddiaçı "xxxx" X6 cavabdehlərə qarșı "torpaq sahəsinin boşaldılmasr" barədə iddia tələbindən imtina edir. Həmçinin Binəqədi rayon məhkəməsində 2(001)-3181/2025 saylı mülki iş üzrə iddiaçılar Süleymanov Mübariz İrasim oğlu, X9 oğlu, X5, Süleymanov Mübariz İrasim oğlu və X7 Cavabdeh2 qarşı "ünvan 2 ünvanında yerləşən mənzilin üzərində 1/2 pay hüququnun və Süleymanov Mübariz İrasim oğlunun, X7 və X9 oğlunun, X1 ünvan 3 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması barədə iddia tələbindən imtina edirlər. 1.3. Eləcə də Binəqədi rayon məhkəməsində 2(001)-3181/2025 saylı mülki iş üzrə ilkin iddia üzrə iddiaçılar X9 oğlu, X5, Süleymanov Mübariz İrasim oğlu va X7 ünvan 4 ünvanında yerləşən həmin mənzildən 1 ay müddətində qeydiyyatdan çıxacaqlarına dair öhdəliyi öz üzərlərinə götürürlər. 1.4. Binəqədi rayon məhkəməsində 2(001)-3181/2025 saylı mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbindən imtina edir. 1.5. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 saylı iş üzrə iddiaçının nümayəndəsi Süleymanov Mübariz İrasim oğlu Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 sayli iş üzrə “Triumf-25" X4 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin su və işıq təchizatında yaradılmıș maneələri aradan qaldırmağı öz öhdəsinə götürür. 1.6. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 saylı iş üzrə cavabdeh tərəflər Cavabdeh2 ve Süleymanova Nəzakət Rasim qızı Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 saylı iş üzrə iddiaçı "xxxx" X4 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin bir ay müddətinə ( özünə məxsus olan bütün əşyaları götürməklə) boșaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyini öz üzərinə götürür. 1.7. Qeyd edilən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 saylı iş üzrə iddiaçı "xxxx" X6 və nümayəndəsi Süleymanov Mübariz İrasim oğlu hər hansı maneələrin yaradılmaması öhdəliyini öz üzərinə götürür. AR MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. AR MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Mülki iş materiallarından görünür ki, hazırki iddiaya görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "Triumf-25” X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.2 İddiaçı "xxxx" X6 cavabdehlərə qarșı "torpaq sahəsinin boşaldılması" barədə iddia tələbindən imtina edir. Həmçinin Binəqədi rayon məhkəməsində 2(001)-3181/2025 saylı mülki iş üzrə iddiaçılar Süleymanov Mübariz İrasim oğlu, X9 oğlu, X5, Süleymanov Mübariz İrasim oğlu və X7 Cavabdeh2 qarşı "ünvan 2 ünvanında yerləşən mənzilin üzərində 1/2 pay hüququnun və Süleymanov Mübariz İrasim oğlunun, X7 və X9 oğlunun, X1 ünvan 3 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması barədə iddia tələbindən imtina edirlər. 1.3. Eləcə də Binəqədi rayon məhkəməsində 2(001)-3181/2025 saylı mülki iş üzrə ilkin iddia üzrə iddiaçılar X9 oğlu, X5, Süleymanov Mübariz İrasim oğlu va X7 ünvan 4 ünvanında yerləşən həmin mənzildən 1 ay müddətində qeydiyyatdan çıxacaqlarına dair öhdəliyi öz üzərlərinə götürürlər. 1.4. Binəqədi rayon məhkəməsində 2(001)-3181/2025 saylı mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbindən imtina edir. 1.5. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 saylı iş üzrə iddiaçının nümayəndəsi Süleymanov Mübariz İrasim oğlu Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 sayli iş üzrə “Triumf-25" X4 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin su və işıq təchizatında yaradılmıș maneələri aradan qaldırmağı öz öhdəsinə götürür. 1.6. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 saylı iş üzrə cavabdeh tərəflər Cavabdeh2 ve Süleymanova Nəzakət Rasim qızı Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 saylı iş üzrə iddiaçı "xxxx" X4 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin bir ay müddətinə ( özünə məxsus olan bütün əşyaları götürməklə) boșaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyini öz üzərinə götürür. 1.7. Qeyd edilən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2113/2025 saylı iş üzrə iddiaçı "xxxx" X6 və nümayəndəsi Süleymanov Mübariz İrasim oğlu hər hansı maneələrin yaradılmaması öhdəliyini öz üzərinə götürür. xx.xx.2025-ci il tarixdə **********30 №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2113/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2113/2025
16.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver