Məhkəmə qərarları › İş №2(060)-2122/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2122/2023

23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2122/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsini cəlb etməklə «doğum aktı qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsini cəlb etməklə «doğum aktı qeydinin bərpa edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuşdur. Ona bu barədə doğum haqda şəhadətnamə verilib və bunun əsasında pasport, sonradan isə şəxsiyyət vəsiqəsi almışdır. Doğum haqda şəhadətnamə verilərkən soyadı Muxtarova olmuşdur. Ərizəçi ailə qurduqdan sonra soyadı Əbdürəhmanova olmuşdur. Hazırda soyadını dəyişmək üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Bu məqsədlə Qeydiyyat Şöbəsi tərəfindən müvafiq sorğular verilmiş, lakin Bərdə rayon Qeydiyyat şöbəsində onun doğum qeydi aşkar edilməmişdir. Bu səbəbdən ərizəçinin soyadının dəyişdirilməsi barədə ərizəsi təmin edilə bilməmiş və ona bunun səbəbi barədə arayış təqdim edilmişdir. Ərizəçi qeyd edir ki, qeydiyyat şöbəsi tərəfindən sistemdə sorğu verilərkən digər bacı-qardaşlarının doğum qeydləri aşkar edilmişdir. Lakin ərizəçi ilə bərabər üç digər bacı və qardaşının doğum qeydləri aşkar edilməmişdir. Bu faktın müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə alınması üçün zəruridir. Doğum qeydə alınarkən həmin qeyddə “ata” və “ana” sahələri də doldurulur. Bu zaman onun doğum qeydində “ata” sahəsində “X15”, “ana” sahəsində isə “X17” yazılması zəruridir. Valideynlərinin məhz bu ad və soyadda olmalarını ərizəyə əlavə etdiyi bacısına məxsus doğum haqqında şəhadətnamə də təsdiq edir. Ona görə də doğum qeydi aparılarkən bu halların da nəzərə alınması zəruridir. Göstərilənlərə əsasən ərizəçi X3 xx.xx.1965-ci il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmağının qeydə alınması faktının müəyyən edilməsi, doğum haqda qeyd aparılarkən “ata” sahəsində “X15”, “ana” sahəsində “X18” qeydinin aparılmasına barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan ərizəçi X2 məhkəməyə ərizəsinin dəqiqləşməsi ilə bağlı müraciət edərək, ərizəsində xahiş olunan hissəyə əlavə olaraq atası X7 və anası X11 milliyətinin “azərbaycanlı” yazılması, eləcə də doğum haqqında şəhadətnamə verilərkən onun qızlıq soyadı olaraq soyadının “Muxtarova” formasında yazılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs qismində cəlb olunan 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun bibisidir. xx.xx.1965-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuşdur, atası X15, anası isə X16r.

8. İş materiallarında olan İİ-JQ № 401484 saylı, xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1956-cı ildə Bərdə rayonunda doğulmuş, atası X15, anası isə X16r

9. İş materiallarında olan ASAN-Sumqayıt tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur.

10. İş materiallarında olan Sumqayıt 1 Saylı Regional Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 916/05/70 nömrəli arayışdan məlum olur ki, X1 X9 xx.xx.1988-ci il tarixli nikahları akt qeydləri kitabında 837 nömrəsi ilə qeyd olunmuşdur. Nikah Sumqayıt Nikah Evində bağlanmış və nikahdan sonra ərə Əbdürəhmanov, arvada Əbdürəhmənova soyadı verilmişdir. X5 vəfat etmiş və Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə akt qeydləri kitabında 375 nömrəsi ilə qeydə alınmışdır.

11. İş materiallarında olan 1 saylı Sumqayıt regional Maraqlı şəxs qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-Ə/1-919/2023 nömrəli arayışdan məlum olur ki, X3 Bərdə rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1962-1968-ci illər Bərdə rayon qeydiyyat şöbəsi və Mustafaağalı İcra nümayəndliyi tərəfindən tərtib edilmiş akt qeydləri üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmışdır.

12. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir.

13. İşin materiallarında olan 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələbinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara görə ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş, atasının adı X15, anasının adı isə X16r. Ərizəçi 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

16. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

18. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

19. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

20. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

21. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

22. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

23. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi xx.xx.1965-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “Lilpar”, soyadının “Muxtarova”, ata adının “Cəmşid”, doğum tarixinin “xx xxxxxx 1965-ci il”, doğum yerinin “Bərdə rayonunun Mustafaağalı kəndi”, atasının adının “X15”, milliyyəti “azərbaycanlı”, anasının adı “X18”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi «doğum aktı qeydinin bərpa edilməsi»nə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “Lilpar”, soyadının “Muxtarova”, ata adının “Cəmşid”, doğum tarixinin “xx xxxxxx 1965-ci il”, doğum yerinin “Bərdə rayonunun Mustafaağalı kəndi”, atasının adının “X15”, milliyyəti “azərbaycanlı”, anasının adı “X18”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar