Məhkəmə qərarları › İş №2(060)-2126/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2126/2022

23.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2126/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Ərizəçi mirasın qəbulu müddətinin ötürülməsinin uzadılması barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 17 aprel 2015-ci ildə tarixində vəfat etmiş atası mərhum X1 miras qalmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin - miras əmlakın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir (149.2.2.). İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.1.) MPM-ə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir (150.1.2.). İddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.5.). Ərizədən göründüyü kimi ərizəçi atasından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsinin bərpa edilməsini (uzadılmasını) xahiş edir. Belə olan halda o, özünü iddiaçı, müvafiq notariat orqanını isə cavabdeh kimi göstərməklə notariat orqanının yerləşdiyi yer üzrə məhkəməyə iddia icraatı qaydasında müraciət etməli idi. Lakin, ərizəçi belə etməmiş, öz yaşayış yeri üzrə məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Lakin, qeyd edilən tələbə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Eyni zamanda işə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında qəbzdə dövlət rüsumunun ödənilmə təyinatı kimi Ucar Rayon Məhkəməsi göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar