Məhkəmə qərarları › İş №2(060)-2140/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2140/2021

16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2140/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Məhkəmə iclas katibi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959cu ildə Sumqayıt şəhərində doğulmuş, 1976-cı ildə Sumqayıt şəhər 9 saylı orta məktəbi bitirdikdən sonra 1977-1979-cu il tarixlərdə Sovet Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1981-ci ildən 1984-cü il tarixədək Sumqayıt şəhər Avtobazasında sürücü vəzifəsində, 1984-cü ildən 1988-ci il tarixədək isə Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizat Müəssisəsində sürücü vəzifəsində işləmişdir (əmək haqqı 120-150 rubl). 1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan 2 övladı var. 2007-ci il tarixdən Rusiya Federasiyasının Tatarıstan Respublikasına köçmüş və Rusiya Federasiyasının vətəndaşıdır. Hazırda yaşadığı Tatarıstan Respublikasında təqaüdə çıxmağı ilə əlaqədar müraciət etmiş, əmək kitabçası naməlum şəraitdə itdiyinə görə 1981-ci ildən 1984-cü ilədək Sumqayıt şəhər Avtobazasında sürücü vəzifəsində işlədiyinə dair arayışı pensiya fondu tərəfindən qəbul edilmişdir. Lakin, 1984-cü ildən 1988-ci il tarixədək isə Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizat Müəssisəsində sürücü vəzifəsində işləməyini şahid ifadələri ilə sübut edə bilər. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli, xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa “əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən onun 1984-cü ildən 1988-ci il tarixədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizat Müəssisəsində sürücü vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iddia ərizəsinə etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi 1977-1979-cu illərdə Sovet Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olduğunu, xidməti başa vurduqdan sonra 1981-ci ildən 1984-cü ilədək Sumqayıt şəhər Avtobazasında sürücü, 1984-cü il tarixdən 1988-ci il tarixədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizatı müəssisəsində sürücü vəzifəsində işlədiyini qeyd etmişdir. Ərizəçi 2007-ci il tarixdən Rusiya Federasiyasının Tatarıstan Respublikasına köçmüş və Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Hazırda yaşadığı Tatarıstan Respublikasında təqaüdə çıxması ilə əlaqədar müraciət etmiş, əmək kitabçası naməlum şəraitdə itdiyinə görə 1981- 1984-cü illərdə Sumqayıt şəhər Avtobazasında sürücü vəzifəsində işlədiyinə dair arayış pensiya fondu tərəfindən qəbul edilsə də, 1984-cü il tarixdən 1988-ci il tarixədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizatı müəssisəsində sürücü vəzifəsində işləməsini təsdiqləmək mümkün olmamışdır. Ərizəçi 1984-cü il tarixdən 1988-ci il tarixədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizatı müəssisəsində sürücü vəzifəsində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki iş üzrə ərizəçinin 1984-cü il tarixdən 1988-ci il tarixədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizatı müəssisəsində sürücü vəzifəsində işləməsi faktının təsdiqlənməsi Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki şahidin iştirakı ilə mümkündür. Bu hallar mövcud olmadığı üçün yuxarıda şərh olunanlara əsasən, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iddia ərizəsinə etiraza əlavə verərək Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən “hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, ərizəçinin müəyyən etmək istədiyi fakt ilk öncə hüquqi əhəmiyyət daşımalı və müəyyən bir nəticə yaratmalıdır. Lakin iş materiallarından məlum olduğu kimi Ərizəçi məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyi fakt sosial təminat sahəsində heç bir hüquqi nəticə yaratmır. Belə ki, əriəçinin hüquqi əhəmiyyətli fakt kimi təsdiqlətmək istədiyi dövr 4 il təşkil etdiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı tamamlanmır. Eyni zamanda, 4 il (hazırki qanunvericiliyə əsasən) sonra pensiya hüququ yaranan ərizəçinin yalnız 4 il sonra qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatdığı halda mövcud mübahisə ilə bağlı inzibati orqana və ya məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalananları nəzərə alaraq Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, o Rusiya Federasiyası vətəndaşıdır, hal-hazırda Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində yaşayır. Onun 1984-1988-ci illərdə dövlət təchizatı müəssisəsində əmək stajının təsdiq edilməsi səbəbilə iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Həmin qərar Rusiya Federasiyası ərazisində əmək pensiyasının təyin edilməsi üçün pensiya təminatı orqanlarına sənədləri təqdim etməyə görə lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 etirazda göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır, 1984cü ildən avtobazda sürücü işləmişdir. O Avtobazada 1980-ci ildən 1998-ci ilədək işləmiş, əvvəl metal, taxta-şalban materialları satmışlar. O hamıdan axırda işdən çıxmış, müəssisə ləğv edilmiş, özəlləşdirilib başqa şəxslərə verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 1979-cu ildən 1996-cı ilə kimi Metalbazada sürücü işləmiş, Ərizəçi tanıyır, Badir 1984-cü ildən sürücü işləyib. Hazırda müəssisə fəaliyyət göstərmir. Məhkəmə, ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasdən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli etibarnamədən görünür ki, Ərizəçi Rusiya Federasiyası, Tatarıstan Respublikası, Naberejniye Çelni şəhəri, Moskovski prospekt, ev 53, mənzil 86 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər KTİB tərəfindn verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12 saylı məhəllə, 103/13 saylı evdə 2007-ci ilə kimi qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 539 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Kimyəvi və Rezin məhsullarının Tədarükü müəssisəsinin arxiv materialları Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 1980-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizat Müəssisəsində sürücü işləmişdir. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 1979-cu ildən 1996-cı ilə kimi Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizat Müəssisəsində sürücü işləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 1984-cü ildən 1988-ci il tarixədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizat Müəssisəsində sürücü vəzifəsində işləməsi faktı məhkəmə araşdırması zamanı həmin müəssisədə işləmiş şahidlərin ifadələri ilə tam təsdiq olunmuşdur. Hazırda Ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır, Tatarıstan Respublikası, Naberejniye Çelni şəhəri, Moskovski prospekt, ev 53, mənzil 86 ünvanında yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Plenum həmçinin əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı olduğunu qeyd etməklə, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməli olduğunu nəzərə çatdırmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi 1984-cü ildən 1988-ci il tarixədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizat Müəssisəsində sürücü vəzifəsində işləməsi faktı tam təsdiq olunduğundan və əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən təqdim edə bilmədiyindən, eləcə də ərizəçinin pensiya hüququnun əmələ gəlməsi bu faktın müəyyən edilməsindən asılı olduğundan, faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi 1984-cü ildən 1988-ci il tarixədək Azərbaycan Respublikası Maddi-Texniki Təchizat Komitəsinin Sumqayıt Metal Məmulatı Təchizat Müəssisəsində sürücü vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar