Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2188/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payları bəlli birgə mülkiyyətdə olan mənzildə yaşayış sahəsinin paylara uyğun real bölgü əsasında bölünməsi, mənzildən istifadəyə maneçiliklərə qadağa qoyulması və mənzildə qeydiyyatda olmayan qanunsuz yaşayan cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDX “DƏDK və Reyestri” publik hüquqi şəxsin Sumqayıt Şəhər ərazi İdarəsi tərəfindən paylar bəlli birgə mülkiyyət hüquqları **********66-05101-093026 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alındığı və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən payları bəlli birgə mülkiyyət hüquqlarına dair verilmiş çıxarış üzrə ünvan 1 ünvanda yerləşən mənzildə yaşayış sahəsinin mülkiyyət paylarına uyğun real bölgü əsasında bölünməsi, mənzildə qeydiyyatsız və əsassız olaraq yaşayan Cavabdeh2 qohumluq əlaqəsi münasibəti ilə müəyyən vaxtlar gəlib-getməsi istisna olmaqla mənzildə daimi yaşamasına qadağa qoyulması və mənzildən çıxarılması və onlar iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzilə mülkiyyət hüquqlarına cavabdehlər tərəfindən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia ərizəsinin forma və məzmun tələblərinə əməl olunmamış, cavabdehlərin qeydiyyat və yaşayış ünvanları müəyyən edilməmiş, həmçinin bir-biri ilə əlaqəli olmayan tələblər bir icraatda birləşdirilmişdir. İddiaçı tərəfindən verilən tələblərə baxılması və araşdırılması müstəqil olaraq verilməli, iddia ərizəsinin tərtibatında hansı hüquqlarının pozulması göstərilməklə, tələbə cavab verməli olan şəxsə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, elektron sistem vasitəsi ilə əldə edilmiş çıxarışa əsasən cavabdehlərin fin məlumatları aşkar edilməmiş, rəsmi qaydada qeydiyyatda olduqları ünvan müəyyən edilməmişdir. Bütün qeyd olunanlar ərizənin forma və məzmun tələblərinə, aidiyyət qaydalarına əməl edilməməsi ilə nəticələnmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş dövlət rüsumu ödənilməmişdir. Hazırkı iş üzrə məhkəmə qanunvericiliyin aşağıdakı normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə geri qaytarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, verilmiş iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün olmamaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə əməl etdikdən sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payları bəlli birgə mülkiyyətdə olan mənzildə yaşayış sahəsinin paylara uyğun real bölgü əsasında bölünməsi, mənzildən istifadəyə maneçiliklərə qadağa qoyulması və mənzildə qeydiyyatda olmayan qanunsuz yaşayan cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilərlər. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2188/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2188/2024
21.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver