Məhkəmə qərarları › İş №2(060)-219/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-219/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-219/2023 30.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X18 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur. xx.xx.1972-ci il tarixində X13 ilə Ermənistan Respublikasında rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan həmçinin Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsindən də görünür ki , onun adı Alira olmasına baxmayaraq şəxsiyyət vəsiqəsində səhvən Əlirə yazılmışdır. Qeyd edilənlərə əsasən X7 xx.xx.1948-ci il tarixində Ermənistan Respublikasının Qafan şəhərində doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnaməsində soyadının “Aslanova”, adının “Alira”, ata adının “Fərəc” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X11, ana qrafasında isə X6 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ilə bağlı ərizə ilə müraciət edərək, onun adının “Əlirə” kimi yox dəyişdirilərək “Alira” kimi qeyd olunmasına yəni doğum haqqında akt qeydinə ad qrafasında “Alira” ata adı qrafasına “Fərəc”, ana adı qrafasında “Gilə” kimi yazılaraq ona yeni doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, 1970-ci ildən Sumqayıt şəhərində yaşayır. xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur. Ailə həyatı qurmamışdan əvvəl soyadı Şxəliyeva, ailə qurduqdan sonra isə Aslanova soyadı olmuşdur. X2, anası isə X3r. Valideynlərinin nikahı olmuşdur. Anası Bakı şəhərində, atası isə Ermənistan Respublikasında rəhmətə getmişdir. O zamanlar anası azyazşlı olduğu üçün nikah şəhadətnaməsi olmamış, ona görə də anasının soyadı verilmişdir. Ondan sonra anadan olan uşaqlara Fərəcov soyadı verilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X4 izahatında bildirdi ki, qızı onun oğlu ilə ailə həyatı qurmuşdur. Qardaşları və bacıları olmaqla Aslanova soyadını daşıyır. İyirmi ildir ki, ərizəçini Alira kimi tanıyır. Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur. X14 1994-cü ilin aprel ayının 4-ündə anadan olmuşdur. On iki ildir ki, qonşudurlar. Ərizəçini Alira adı ilə tanıyır. Oğlu, gəlini və nəvələri ilə yaşayır.Ərizəçinin həyat yoldaşı xeyli vaxtdır ki, dünyasını dəyişmişdir. İş materiallarında olan: Maraqlı şəxs imtina məktubuna əsasən müəyyən edilir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001 ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydlərin yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sumqayıt şəhər qeydiyat şöbəsi yaşadığı rayonun məhkəməsinə müraciət etməyini məsləhət görmüşdür. Sumqayıt şəhər Polis idarəsinin xx.xx.2018-cİ il tarixli, 10832 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ərizəçinin Sumqayıt şəhər Polis idarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. Doğum haqqında şəhadətnaməni təqdim etdikdən sonra onlar tərəfindən ərizəçinin adında dəyişiklik aparıla bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 123-51063-1222 nömrəli sənədddən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi ilkin şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının ksero sürəti göndərilmişdir. Lakin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. Yeni Azərbaycan Partiyası tərəfindən verilmiş 095111 nömrəli üzvlük vəsiqəsindən görünür ki, X15 xx.xx.2000-ci il tarixdə Yeni Azərbaycan Partiyasına üzv olmuşdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X13 ilə X8 1972-ci ilin sentyabr ayının 13-də rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Nikah bağlandıqdan sonra ərə Aslanov, arvada isə Aslanova soyadları verilmişdir. xx.xx.2003-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, ata qrafasında X11, ana qrafasında isə X6 qeyd olunmuşdur. 053191 nömrəli Doğum haqqında şəhadətnamənin sürətində X9 anadan olduğu, ata qrafasında X11, ana qrafasında isə X6 haqqında məlumatlar qeyd olunmuşdur. Əmək kitabçasının sürətində Aslanova(Şxəliyeva) Alira Fərəcovna,diplomun sürətində isə X12, hərbi biletin sürətində X5, attestastın sürətində isə X1 qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Şxəliyeva”, adının “Alira”, ata adının “Fərəc” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X11, ana qrafasında isə X6 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar