Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2197/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1959-cu il tarixində Ermənistan Respublikasının Amasiya rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, XX.XX.1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. Ona məxsus Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində doğulduğu gün X, doğulduğu ay X olaraq qeyd edilmişdir. Onun doğum tarixi xx.xx.1959-cu ildir. Lakin bu barədə şəxsiyyət vəsiqəsində qeyd aparılmamışdır. Sürücülük vəsiqəsində doğulduğu gün, ay və il bölməsində xx.xx.1959-cu il qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Doğum haqqında şəhadətnamənin yenisinin əldə edilməsi zərurəti yaranmışdır. Bunun üçün o, doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmədə ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 bildirdi ki, ərizəçi 1959-cu Qərbi Azərbaycanda, Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. Ərizəçinin atasının adı Süleyman, anasının adı isə Narındır. Ərizəçi həmin kənddə də orta məktəbə getmişdir. Ərizəçinin hansı ayın hansı günündə doğulduğunu bilmir. Məhkəmə iclasında şahid X3 bildirdi ki, ərizəçi onun əmisioğludur. Ərizəçi 1959-cu ildə Qərbi Azərbaycanda, Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. Ərizəçi ilə həmin kənddə 10-cu sinfə qədər birlikdə oxumuşlar. Ərizəçinin atasının adı Süleyman, ata babasının adı Yəhya, anasının adı Narın, ana babasının adı isə Mustafadır. Ərizəçinin mərhum atası həmişə ona Valehin ondan böyük olduğunu deyərdi. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. - Sürücülük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1959-cu il qeyd edilmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi doğum tarixi 1959-cu il qeyd edilmişdir. - Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. - İ-ЗЖ 106358 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 xx.xx.1962-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 23 saylı akt qeydilə rəsmiləşdirilmiş, arvada Rüstəmova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X4 və xx.xx.1965-ci il təvəllüdlü X1 atası X6, anası X2r. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.2-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə Ərizəçi ərizəsinin qismən təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi faktı müəyyən edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi 1959-cu il, doğulduğu yer Ermənistan Respublikası, Amasiya rayonu qeyd olunmalı, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “1959-cu il”, doğulduğu yer “Ermənistan Respublikası, Amasiya rayonu”, atasının adı qrafasında “X6”, ana qrafasında “X5” kimi qeyd olunmalıdır. Doğum tarixinin ayı və günü şahid ifadələri, sənədlərlə və digər işdəki sübutlarla müəyyən edilmədiyindən ərizə həmin hissədə təmin olunmamalıdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarına əsasən müvafiq qeydiyyat orqanı tərəfindən ərizəçinin arzusu ilə onun doğum ayı və gününü həmin normativ hüquqi aktda müəyyən edilmiş qaydada göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 1959-cu il tarixdə Ermənistan Respublikasının, Amasiya rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “1959-cu il”, doğulduğu yer “Ermənistan Respublikası, Amasiya rayonu”, atasının adı qrafasında “X6”, ana qrafasında “X5” kimi qeyd olunsun. Ərizəçi doğum tarixi 1959-cu il məyyən edildiyindən, onun doğum ayı və günü onun arzusu ilə həmin ilin iyul ayının 1-i göstərilə bilər. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2197/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2197/2023
05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver