Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2209/2020 04.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi, vəkili və nümayəndəsi Vəkil Elman oğlunun iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlışəxs qismində işə cəlb etməklə“hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlışəxs qismində işə cəlb etməklə“hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmasının müəyyən edilməsinə, atasının X7, anasının X2 olmasına dair doğum aktı qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. Atası X7, anası X1r. Hər iki valideyni vəfat edib. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyildir. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi vəərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili tələbi müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, doğum aktının bərpa edilməsi ərizəçiyə yeni doğum haqqında şəhadətnamə alması üçün tələb olunur. Doğum şəhadətnaməsi olmadığından ərizəçi bir sıra sosial hüquqlarını həyata keçirə bilmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadə verərək göstərdi ki, ərizəçinin bacısıdır. Onlar ailədə üç bacı, beş qardaşdırlar. Rəna dördüncü övladdır. Ataları X7, anasıX2 olmuşdur. Valideynləri vəfat edib. Bacısı Rəna xx xxxx 1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olub. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. AZE seriyalı 13669354 saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2209/2020 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının kserosurətlərindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, atasıX7, anası X3r. Mülki iş materiallarına əlavə edilmiş Ermənistan SSR Amasiya rayonunun Güllübulaq kənd soveti tərəfindən verilmiş İ-JZ seriyalı 68474 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 1964-cü ildə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş, atası X7, anası X1r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-cü il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinəəsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinəəsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.3-cü maddələrinəəsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Ərizəçi xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması və doğumunun qeydə alınması tədqiq olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum akt qeydi aparılarkən ata qrafasında X7, ana qrafasında X2 göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydi aparılarkən ata qrafasında X7, ana qrafasında X2 göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2209/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2209/2020
04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver