Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2210/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 08.02.2009-cu il təvəllüdlü X6, 18.06.2014-cü il təvəllüdlü X3 və 14.07.2012-ci il təvəllüdlü Şükürlü Leyla Şənlik qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 9- cu mikrorayon, ev 23, mənzil 10-a olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 10 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı həmin mənzili 2005-ci ildə X1 alqı-satqı müqaviləsi ilə almışdır. Cavabdehlər keçmiş ev sahibinin ailə üzvləridir. Onlar bu günə kimi iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmayıblar. Həmçinin, cavabdehlərin yetkinlik yaşılarma çatmayan uşaqları 08.02.2009-cu il təvəllüdlü X6, 18.06.2014-cü il təvəllüdlü X3 və 14.07.2012-ci il təvəllüdlü Şükürlü Leyla Şənlik qızı da iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan uşaqlarının həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 08.02.2009-cu il təvəllüdlü X6, 18.06.2014-cü il təvəllüdlü X3 və 14.07.2012-ci il təvəllüdlü Şükürlü Leyla Şənlik qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 9- cu mikrorayon, ev 23, mənzil 10-a olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişdir. Mülki- Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 10 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10.08.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 289 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş 11.03.2021-ci il tarixli “akt”dan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23-ün sakinləri İ.Mikayılova, G.Əzizova və sahə ustası R.Namazova 9-cu mikrorayon, ev 23, mənzil 10-da qeydiyyatda olan Cavabdeh1, X6, X4, Şükürlü Leyla Şənlik qızı, Cavabdeh2 10 ildir ki, yaşamadıqlarını və köçüb getdiklərini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 15.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, 08.02.2009-cu il təvəllüdlü X6, 18.06.2014-cü il təvəllüdlü X3 və 14.07.2012-ci il təvəllüdlü Şükürlü Leyla Şənlik qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 10-da qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə baxışı zamanı və iş materiallarına əlavə edilmiş sənəddən müəyyən edilir ki, iş üzrə cavabdehlər kimi göstərilmiş Cavabdeh1 və Cavabdeh2 göstərilən ünvanda 2005-ci ildən yaşamır. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 10-nu alqı-satqı yolu ilə əldə edib. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı çıxarış verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23-də yerləşən 10 saylı mənzildə yaşamadıqlarını və özünə məxsus əmlaklarını götürüb daimi yaşamaq üçün başqa yerə getməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 08.02.2009-cu il təvəllüdlü X6, 18.06.2014-cü il təvəllüdlü X3 və 14.07.2012-ci il təvəllüdlü Şükürlü Leyla Şənlik qızının xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 10-a olan istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 08.02.2009-cu il təvəllüdlü X6, 18.06.2014-cü il təvəllüdlü X3 və 14.07.2012-ci il təvəllüdlü Şükürlü Leyla Şənlik qızının xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 10-a olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2210/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2210/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver