Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2232/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızına və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızına və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 Sumqayıt şəhəri, 347ci məhəllə, ev 12, mənzil 12-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə Sumqayıt şəhər "xxxx" İB-nin TTİ tərəfindən gənc mütəxəssis kimi ona Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil order əsasında verilmişdir. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən vaxtı Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər -Cavabdeh2 5 nəfərlik ailəsi ilə onun mənzilini özbaşına zəbt etmişlər. Hazırda onun 2 qızı ailə quraraq mənzili tərk etmişlər. Xəbərdarlıqlara baxmayaraq cavabdehlər onun mənzilindən çıxmaq istəmirlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Cavabdeh2, Cavabdeh1 Hüseyn qızı və Cavabdeh3 İddiaçı qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı olunun adına Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 12 saylı mənzilə dair xx.xx.2008-ci il tarixdə verilmiş 175 saylı Orderin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdirlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2232/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, məcburi köçkün deyil, sözügedən mənzil ona "xxxx" Dövlət Şirkətində gənc mütəxəssis kimi işlədiyi üçün verilmişdir. Onun İcra Hakimiyyətinə müraciətinə uyğun olaraq həmin mənzilə dair 2008-ci ildə order almışdır. Məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciətindən sonra ona bildirildi ki, cavabdehlər 2020-ci ildə mənzildən çıxarılacaqlar. Daha sonra 2-ci Qarabağ Müharibəsi başladığından məsələ yarımçıq qaldı. Qaçqınların və X3 üzrə Dövlət Komitəsi ona məhkəmə qətnaməsi əsasında onların mənzildən çıxarılmasının mümkün olduğunu bildirmişdir. Qeyd edir ki, cavabdehlər 1993-cü ildə mənzili zəbt ediblər. Ona ev 1995-ci ildə ayrılmışdır. Artıq 28 ildir ki, cavabdehlər ona məxsus mənzildən çıxmırlar. İddianın təmin olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ərizəsində qeyd edib ki, ona 1995-ci ildə mənzilə dair order verilmişdir. O, orderin surətini əldə etmişdir. Order iddiaçıya 2008-ci ildə verilmişdir. Onlar isə mübahisəli mənzildə 1994-cü ildən yaşayırlar. Həmin mənzilə xeyli xərc çəkmişdirlər. Bildirir ki, onlar mənzildə məskunlaşdıqdan sonra iddiaçı həmin mənzilə dair order almışdır. Halbuki, Prezidentin Fərmanına əsasən məcburi köçkünlərin məskunlaşdıqları evlərə dair order verilə bilməzdi. Onlar həmin evdə yaşamağa başlamazdan əvvəl mənzil heç kimə məxsus olmayıb. Onu da qeyd edir ki, yalnız evlə təmin edildikdən sonra mənzildən çıxmağa razıdırlar. Belə ki, onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Bir daha qeyd edir ki, 2008-ci ildə onlar mənzildə yaşadıqları halda həmin mənzilin iddiaçıya verilməsini düzgün hesab etmir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hüseyn qızı Cavabdeh3 dedikləri ilə razı olduqlarını bildirdilər və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 175 nömrəli orderin təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12də yerləşən 2 otaqlı 12 saylı mənzil İddiaçı və onun 4 nəfərlik ailə üzvünə ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 01/1077 nömrəli məktubundan görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkünlər - Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 12 saylı evin 12 nömrəli mənzilində müvəqqəti məskunlaşdıqları və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmadıqları, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin boş mənzil fondu olmadığı üçün sözügedən ailənin başqa yaşayış sahəsi ilə təmin edilməsinin mümkünsüz olması, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərancamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992- 1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmədiyi, ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirildiyi, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlərin, o cümlədən Cavabdeh2 ailəsi də yaşadığı mənzilləri və ictimai binaları tərk edərək öz doğma yurdlarına köçürüləcəkləri bildirilmişdir. İşdə olan 255 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 ailəsi ilə birlikdə 1994-cü ildən məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzildə məskunlaşmışdırlar. İşdə olan Azərkimya Təmir Tresti Mənzil Məişət komissiyasının və HİK-lə birlikdə iclasının 03 nömrəli xx.xx.1995-ci il tarixli protokolundan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil İddiaçı və onun ailə üzvlərinə verilmiş və bununla əlaqədar o ev növbəsindən çıxarılmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin məktubla İddiaçı Azərkimya Təmir Tresti tərəfindən mənzillə təmin olunub olunmaması barədə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində məlumatın olmadığı bildirilmiş və Azərkimya Təmir Trestinə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan "xxxx" İstehslat Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərkimya Təmir Tresti X1 tərkibində fəaliyyət göstərməmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başıçısı Aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil Azərkimya Təmir Trestinin 03 saylı, xx.xx.1995-ci il tarixli protokolu ilə İddiaçı ayrılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil Azərkimya Təmir Trestinin 03 saylı, xx.xx.1995-ci il tarixli protokol qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmiş, bununla əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixli, 175 nömrəli order verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X4rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də 5 mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsinə verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri (həyat yoldaşı və oğlu) tərəfindən zəbt edilmişdir. Halbuki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində 4 təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzilə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları həmin mənzilə gözlənilən mülkiyyət hüququ mövcud olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Bu səbəbdən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh2, Cavabdeh1 Hüseyn qızının və Cavabdeh3 Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızı və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 12 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızı və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı evin 12 saylı mənzilindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2232/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2232/2023
31.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver