Məhkəmə qərarları › İş №2(060)-2260/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2260/2025

22.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2260/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktorunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru Nümayəndə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 dekabr 2*24-cü il tarixli, 155 əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2*14-cü il tarixdən Sumqayıt şəhəri, M.Füzuli adına 15 nömrəli tam orta məktəbində direktor müavini kimi əmək fəaliyyətinə başlayıb. Cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşıb, daim intizamlı olub, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirib. Rəhbərlik tərəfindən cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmayıb, əksinə bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlib. Daim kollektivin hörmət və etiramını qazanıb. 2*24-cü ilin 12 dekabr tarixində direktor Nümayəndə və direktorun əvəzedicisi Surxan Surxanov onu öz otaqlarına dəvət edərək bildiriblər ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildiriblər ki, guya onun tutduğu vəzifə ilə ixtisası uyğun deyildir. O, buna qəti etiraz edərək bildirdi ki, artıq 1* ildən artıqdır ki, o, hazırki ixtisasa yiyələnib və öz ixtisasının mütəxəssisidir. Bu müddət ərzində tədris etdiyi ixtisas üzrə heç bir problemi olmamış, tədrisdə peşəkar çatışmazlığı və s. müəyyən olunmamış və ona bu barədə heç bir irad tutulmamışdır. Buna baxmayaraq ona bildirdilər ki, özün öz xahişinlə ərizə yazıb işdən çıxmasan “səni Əmək Məcəlləsinin 7*-ci maddəsinin Ç bəndi ilə işdən çıxardacağıq heç vaxt heç yerdə işləyə bilməyəcəksən. Ancaq işdən çıxmaqla bağlı özün ərizə yazsan sənə məktəbdə adi müəllimə kimi iş və kifayət qədər saat verəcəyik”. O, buna razı olmadığını bildirmişdir. Elə həmin gün bundan sonra guya Abşeron-Xızı Regional Təhsil İdarəsinin işçiləri, İman, Xumarə və Səbuhi adlı hüquqşünas onun direktorun otağına çağıraraq könüllü ərizə yazaraq imza atmayacağı təqdirdə məktəbin 8*** manat borcunu da ona ödətdirəcəklərini, Əmək Məcəlləsinin 7*-ci maddəsi ilə işdən çıxaracaqlarını bildirərək ona təzyiq etmişlər. Onun pedaqoji fəaliyyətdən başqa gəlir yeri olmadığı üçün və bir daha heç bir yerdə işləyə bilməyəcəyindən qorxaraq həmin məktəbdə müəllimə kimi qalıb işləməkdən ötrü ərizə yazmağa məcbur olmuşdur. Həmin gün birinci dəfə ərizəsində öz xahişi ilə işdən azad olmağı və adi müəllimə kimi işləməyi ilə bağlı xahiş yazsa da, sonradan hüquqşünas ona ərizənin belə yazılması doğru olmadığını, ümumiyyətlə işdən azad olmaqla bağlı ərizə yazılmalı olmasını bildirmişdir. Əvvəlki ərizəsini cırmışlar və o, yenidən onlar dediyi kimi ərizə yazmışdır. Daha sonra isə yenidən ona ərizə yazdırmışlar və dəqiq tarix göstərilməli olduğu bildirilmişdir. Bundan sonra ərizəni ondan aldılar. Ona bildirdilər ki, 3 gün müddətində onun müəllimə təyin olunmağı ilə bağlı yeni əmr veriləcəkdir. Lakin buna baxmayaraq 3 gün müddətində ona heç bir əmr verilmədi, o, bu barədə soruşduqda ona bir neçə gün də gözləməli olduğu bildirilmişdir. Lakin yenə də heç bir nəticəsi olmadı, o, təhsil idarəsinin rəhbərliyinin qəbulunda olmuş, orada ona bildirilmişdir ki, “biz sizi heç bir işə qəbul edə bilmərik siz öz razılığınızla işdən çıxmısınız”. Daha sonra o, aldadıldığını bilmiş, müxtəlif dövlət orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş, qəbullarda olmuş və paralel olaraq da işə bərpa olunmağı ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiyia seansının baş tutmaması ilə bağlı ona protokol verilmiş və o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru Nümayəndə ilə əvəz edilməsini xahiş etmişdir. 4.Cavabdeh Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktorunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı qarşı “işə bərpa və məcburi işi buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair” iddia ərizəsinə baxılır. Həmin iddia ərizəsi ilə tanış olduqla məlum oldu ki, iddianın özü düzgün tərtib edilməyərək, Mülki- Prosessual Məcəllənin tələblərinə riayət olunmadan tələbin özü qeyri-müəyyən olduğundan iddiaçı nəzərə almamışdır ki, onun özü tərəfindən 17.*2.2*24-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmiş, ona görə ki, 2*18-ci ildən 2*24 cü ilin fevral ayınadək mütəmadi olaraq Əmək Müqaviləsi üzrə işində buraxdığı nöqsanlara görə intizam tənbehinə (töhmətlər) cəlb edilsə də, ondan nəticə çıxarmayaraq, öz işinin öhdəsindən gələ bilməmişdir. Baxmayaraq ki, o, özü uzun müddətdir ki, ixtisası üzrə işləməmiş, psixologiya üzrə bakalavr təhsili almışdır. Əsas məsələ ondan ibarətdir ki, ona yaşadığı ünvana yaxın Abşeron rayonu, Masazır kəndində yerləşən 3 N°-li tam orta ümumtəhsil məktəbində psixoloq vəzifəsi təklif olunsa da, o, müxtəlif instansiyalara yersiz yerə şikayətlər yazmaqla məşğul olmuşdur və 17.*2.2*24-cü il tarixdə ərizə yazarkən rəhbərlik tərəfindən ona təzyiq və təsir göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafıq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfındən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 2* gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazını və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Yuxarıda qeyd edilənlari nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsinə əsasən iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, indiyə qədər töhmət almayıb və adıçəkilən töhmətlərin heç birindən xəbəri yoxdur. Ona töhmət verildiyi halda ona yeni işin necə təklif edildiyini başa düşmür. Ərizə yazdığı gün Regional İdarədən yoxlama gəlmişdi. İdarə tərəfindən ərizələri alındı, belə ki, bütün müavinlər ərizə yazaraq işdən çıxmalı idi. Ərizəni yazmayacaqları təqdirdə isə 7*-ci maddənin Ç bəndi ilə işdən çıxarılacaqları bildirildi. O, fikirini dəqiqləşdirmək üçün 1 gün vaxt istəmiş, lakin icazə verilməmişdir. Ulduz xanım və Saruxan müəllim adlı əməkdaşlar ona yaxınlaşıb hazır məktub göstərdilər ki, o və digər müavinlər yəni, 4 nəfər müavin işdən ərizə yazıb çıxmalıdırlar. O, cavabdeh məktəbdə praktik psixoloq işləyib. Ona ilk dəfə bu işə uyğun olmadığı bildirilmişdi, lakin, o, 1* ildir ki, bu vəzifədə çalışır. O, bu vəzifəyə uyğun sertifikat da alıb. İşdən çıxmaq barədə ərizəni qorxduğu üçün yazıb. Onu da qeyd edir ki, ona məktəbdə başqa vəzifə verilsəydı, razı olardı. O, aldadıldığını bildikdən 5 gün sonra müvafiq orqanlara şikayət ərizələri ilə müraciət etməyə başlamışdır. O, Bakı Dövlət Universiteti psixologiya fakultəsini oxuyub. Əvvəlllər informatika fənni üzrə dərs deyib. Bu fənn üzrə qeyri-ixtisas müəllimləri dərs keçirdi. X9 təhsil idarəsindən iş təklif edilməyib. İdarədən yoxlamaya hüquqşünas Səbuhi müəllim gəlmişdi. Aktda cuzi də olsa, jurnalın yazılması məsələsi ilə bağlı onun adı da var idi. Akt onun telefonuna mesaj kimi göndərilmişdir. Bir daha qeyd edir ki, ərizəni könüllü yazmayıb. Bunu şahidlər də məhkəmədə bildirdilər. Ona dəfələrlə işdən çıxması barədə təzyiqlər edilib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbləri işə bərpa və məcburi iş buraxma ilə əlaqədardır. İddiaçı Sumqayıt şəhəri, 15 nömrəli tam orta məktəbdə uzun müddətdir ki, direktor müavini vəzifəsində işləyir. İddiaçı daim vicdanla və məsuliyyətli şəkildə öz əmək funksiyalarını yerinə yetirib. 12.12.2*24-cü il tarixdə iddiaçını direktor Nümayəndə və direktor əvəzedicisi otaqlarına çağırıb bildiriblər ki, ərizəsini yazıb işdən çıxmalıdır, əks təqdirdə isə 7*-ci maddənin ç bəndi ilə işdən çıxarılacaqdır. Lakin, müəllim kimi qalıb işləməsinə etiraz etmədiklərini bildiriblər. İddiaçıya zorla ərizə yazdırılıb, daha sonra isə 1 dəfə də yeni ərizə yazdırılıb ki, tərəfi ümumiyyətlə işdən azad edilsin. Tərəfinin işdən çıxarılmasına nə şəxsi işi, nə də ki, digər səbəb olmayıb. Tərəfinə ərizəyə tarix qoyması da bildirilib. Bildirir ki, direktora yaxın bir adam artıq vəzifəyə təyin edilmişdir. Əmrdən uzun bir müddət keçməsinə baxmayaraq tərəfi isə heç bir vəzifəyə təyin edilməmişdir. Regional İdarəyə müraciətdə isə tərəfinə heç bir işə bərpa məsələsi olmadığı bildirilib və işdən öz ərizəsi ilə çıxdığı deyilib. İddiaçı aldadıldığını başa düşüb və bu səbəblə də 3*-dan çox dövlət orqanına müraciətlər edib. İşdən öz arzusu ilə çıxan şəxs heç vaxt bunları etməzdi. Ərizə iddiaçının arzu və istəklərini əks etdirmir. İddiaçı aldadılıb və o vəzifəyə direktora yaxın şəxslər gətirilib. Verilmiş töhmətlərlə bağlı qeyd edir ki, onların reyestrdə və ya elektron qaydada qeydiyyatı olmalıdır. Həmçinin töhmətlər tərəfinin əmək kitabçasında yoxdur. Belə bir qeydiyyat olmadığı üçün tərəfini töhmətə görə işdən çıxara bilməyiblər və təzyiq altında ərizə yazdırıblar. Məktəb barəsində 12**** manat korrupsiya iddiaları vardır. İddiaçı təhdid edilib ki, əgər həmin ərizə yazılmasa bütün məsələlər onun üstünə yıxılacaq. İddiaçı də hüquqlarını bilmədiyi üçün qorxub və ona nə diktə edilibsə ərizəyə yazıb. Məktəbdə dərslərin düzgün aparılmaması və maliyyə nöqsanları olmuşdur. Regional idarə tərəfindən bununla əlaqədar akt tərtib edilib və həmin aktda direktorun da adı vardır. Lakin, aktın imzalı forması onlarda yoxdur. İddiaçı maliyyə nöqsanları ilə əlaqədar təhdid edilib və jurnaldakı nöqsanların şişirdiləcəyi bildirilib. Həmçinin sosial şəbəkələrdə cavabdeh məktəblə əlaqədar korrupsiya əməllərinə dair məlumatlar vardır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini könüllü formada yazmayıb, bunu məhkəmədə şahidlər də ifadələrində bildirdilər. Həmin ifadələr iddiaçının könüllü olaraq işdən çıxmasına dəlalət etmir. Məhkəmədə iştirak etmiş şahidlərə məktəb rəhbərliyi tərəfindən təzyiqlər edilir. Məhkəməyə daha çox müəllim gələ bilərdi. Lakin onlar işlərini itirməkdən qorxurlar. İddiaçının ərizələri arasında 2-3 gün fərq var. Bunun məntiqi izahı olmalıdır. Direktorunun fikri məhz müəllimi işdən çıxarmaq olub. Könüllü formada ərizə yazan şəxs ərizəsinə işdən çıxma səbəbini də qeyd edə bilərdi. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktorunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı dəfələrlə işində buraxdığı nöqsanlara görə töhmət alıb. Direktorun bu məsələdə heç bir qeyri-obyektivliyi olmayıb. İddiaçıya İdarə tərəfindən Abşeron rayonu, Masazır kəndi ünvanında iş təklif edilib, lakin xanım getməyib. İddiaçının təzyiq altında ərizə yazması sübut edilmir. Belə ki, iddiaçı ali savadlı yetkinlik yaşına çatmış şəxsdir. Onun nəyəsə məcbur edilməsi inandırıcı deyil. Qeyd edir ki, direktorun iddiaçını işdən çıxarmaq fikri olsaydı, töhmətlər veriləndə iddiaçı işdən çıxarılardı. Lakin, xanım öz ərizəsi ilə işdən çıxmışdır. Onu da bildirir ki, töhmətlər əmək kitabçasında qeyd edilmir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçıya məcburi şəkildə işdən çıxması barədə ərizə yazdırıblar. Əks halda ona “7*-in ç bəndi” ilə işdən çıxarılacağı” bidirilib. Qeyd edir ki, o, özü də məktəbdə direktor müavini işləyirdi, onu da həmin vəzifədən çıxardıblar. Hazırda həmin məktəbdə adi müəllim kimi çalışır. Qeyd edir ki, ərizə yazmaq üçün otağa telefonsuz daxil olublar və heç kimlə əlaqə saxlayıb məsləhət ala bilməyiblər. Onlara ərizə yazdırmaq üçün “8*** manatlıq” korrupsiya məsələsini ortaya çıxartdılar. Qeyd edir ki, iddiaçının işdən çıxmasına əsas onun tutduğu vəzifəsinə ixtisasının uyğun olmaması məsələsi olmayıb. Həmçinin iddiaçının töhmət almasını da eşitməyib. İddiaçının fəaliyyətindəki qüsurlar “fəaliyyət planı” ilə bağlı olub. Onu da bildirir ki, ərizə yazanda Xatirənin yanında olmayıb. Ona şahid kimi danışmağı üçün heç nə deyilməsə də, məktəb tərəfindən izlənildiyini bilir. 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı təlim tərbiyə üzrə 8 ildir ki, direktor müavini işləyirdi. İddiaçının işdən çıxarılması onu təəccübləndirir. Direktorun otağından çıxanda Xatirə ona təzyiq göstərib ərizə yazdırdıqlarını, “7*-in Ç bəndi” ilə işdən çıxarılacağı və ya “üstünə filan qədər pul qoyacaqalarını” dediklərini bildirdi. Bunu Xatirəyə direktor müavini və Ulduz xanım bildirib. Onun özünə işdən çıxması barədə ərizə yazması üçün təzyiq göstərilməyib. Həmin vaxt o işdə olmayıb. 1*. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. İş materiallarında olan cavabdeh Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin 17.12.2*24-cü il tarixli, 155 nömrəli əmrindən görünür ki, həmin əmrlə məktəbin tədris işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə 17.12.2*24-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

12. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28.*1.2*25-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 6* manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

13. İşdə olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı 21.*1.2*25ci il tarixli məktubdan görünür ki, 17.12.2*24-cü il tarixli ərizəsində həmin gün işdən azad edilməyi xahiş etmiş və qeyd olunan tarixdə də işdən azad olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsi Əınək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmişdir. Onun əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi olmadığı nəzərə alınmalıdır. 14.İşdə olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, 17.12.2*24-cü il tarixli ərizəsi nəzərə alınaraq, onunla bağlanılmış əmək müqaviləsinə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinin 17.12.2*24-cü ii tarixli, 155 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən həmin tarixdən xitam verilmiş və müvafiq qeyd əmək kitabçasına işlənilmişdir. Öz təşəbbüsü ilə verdiyi işdən çıxma barədə ərizəsində direktor müavini vəzifəsindən azad edilməyi və ixtisasına uyğun psixoloq vəzifəsi üzrə işlə təmin olunmağına kömək göstərilməsini məktəb rəhbərliyindən xahiş etdiyinizdən həmin ərizə nəzərə alınaraq, Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəb, tərəfindən İdarəyə 1*.*1.2*25-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin tabeliyində olan təhsil müəssisələrində vakant iş imkanlərı araşdırılmış və 1*.*1.2*25-ci il tarixli, 3-29-36/2- 46/2*25 nömrəli məktuba əsasən ixtisasının nəzərə alınaraq Abşeron rayonu Masazır kəndi 3 nömrəli tam orta ümumtəhsil məktəbində psixoloq vəzifəsi məktəbə təklif olunmuşdur. Qanunverici fərdi əmək mübabisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, onun tərəfindən Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinə və İdarəyə qarşı məhkəməyə qədər mediasiya prosesi başladılmış, işə bərpa olunmaqları istiqamətində işəgötürənlə barışıq sazişinin bağlanması baş tutmamışdır. İzah edilmişdir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, yuxarıda qeyd olunan fərdi əmək mübahisəsinə baxılması üçün aidiyyəti üzrə məhkəmədə iddiaya cavab verməli olan şəxsə (işəgötürənə) qarşı iddia irəli sürmək hüququ vardır. 15.İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 42 saylı Sumqayıt Birinci Seçki Dairəsinin Dairə Seçki Komissiyasının Abşeron-Xızı Regional Təhsil İdarəsinə ünvanladığı 28 noyabr 2*24-cü il tarixli arayışından görünür ki, Nümayəndə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 36.1 və 38.1 maddələrini əsas tutaraq 42 saylı Sumqayıt birinci seçki dairəsinin 9 saylı seçkı məntəqəsinin məntəqə seçki komissiyasının-həlledici səs hüquqlu üzvü olduğu üçün 28.11.2*24 - 31.*1.2*25-cı il tarixlərində əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti işdən azad edilmişdir. 16.İşdə olan 17.12.2*24-cü il tarixli ərizədən görünür ki, İddiaçı 17.12.2*24-cü il tarixdən tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsini, ixtisasca “psixoloq” olmağını nəzərə alaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən onu müvafiq işlə təmin edilməsini xahiş etmişdir. 17.İşdə olan Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən X1 Abşeron-Xızı Regional Təhsil idarəsinə ünvanladığı 7* saylı, 17.12.2*24-cü il tarixli təqdimatdan görünür ki, 3-4 dekabr 2*24-cü il tarixlərində Abşeron-Xızı Regional Təhsil idarəsi tərəfindən məktəbdə monitorinq aparılmışdır. Məktəbin direktor müavini X2 ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad olunmağı və məktəbdə ixtisası üzrə müəllim saxlanmasını (ingilis dili üzrə 18 saat dərs tədris edir. sertifikasiya balı 52 bal) xahiş etmişdir. Digər psixoloq ixtisaslı direktor müavini İddiaçı isə tutduğu vəzifədən azad olunmağı və ixtisası üzrə Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabe müəssisələrdən birində işlə təmin olunmasını xahiş etmişdir. 18.İşdə olan Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən X6-Xızı Regional Təhsil idarəsinə ünvanladığı *7 saylı, 1*.*1.2*25-ci il tarixli məktubundan görünür ki, məktəbin direktor müavini psixoloq ixtisaslı İddiaçı öz ərizəsinə əsasən (17.12.2*24-cü il tarixli) tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı hər hansı bir işlə təmin olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. 19.İşdə olan 3*.1*.2*18-ci il tarixli, *4.*6.2*2*-ci il tarixli, 12.*5.2*22-ci il tarixli əmrlərdən çıxarışlardan görünür ki, işdə yol verdiyi nöqsanlara görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. 2*.İşdə olan 24.*9.2*22-ci il tarixli əmrdən çıxarışlardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilmişdir. 21.İşdə olan *1*3583 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15.*9.2*14-cü il tarixdən Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 15.*2.2*14-cü il tarixdən Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilmişdir. İddiaçı 17.12.2*24-cü il tarixli ərizə ilə müraciət edərək, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin 17.12.2*24cü il tarixli, 155 nömrəli əmri ilə məktəbin tədris işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə 17.12.2*24-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı 17 dekabr 2*24-cü il tarixli, 155 əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 24.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 25.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 26.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 27.Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. (ƏM-nin 68-ci maddəsinin a bəndi).

28. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbə qarşı qaldırılmalı olduğu halda, iddiaçı tərəfindən məktəbin direktoru cavabeh qismində qoyulmaqla hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir.

29. Lakin məhkəmə hesab edir ki, buna baxmayaraq iddia tələbinin hüquqi cəhətdən əsaslı olub-olmamasına məhkəmə tərəfindən qiymət verilməlidir. 3*. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işdən azad olunmasına dair ərizə verilməsi və bununla əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.

31. Belə ki, iddiaçı belə bir ərizə verməsinin səbəbinin ona hədə-qorxu gəlinməsi və təzyiq göstərilməsi ilə əsaslandırmışdır.

32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

33. Göründüyü kimi əmək qanunvericiliyi yalnız işçinin iradə ifadəsinin zədələndiyi, yəni əmək münasibətlərinə xitam verməsinə məcbur edildiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələblərinin işəgötürən tərəfindən pozulduğu hallarda işçinin həmin əsaslarla verdiyi ərizəni mübahisələndirmək hüququnun olduğunu təsbit etmişdir.

34. Başqa sözlə, yalnız işəgötürən tərəfindən işçiyə qarşı zor işlədilməsi; işəgötürənin işçiyə hədə-qorxu gəlməsi; işəgötürənin hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etməsi hallarında bu hallar nəzərə alına bilər.

35. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi işdən çıxma barədə ərizəsini hədə qorxu altında yazmasına istinad etsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

36. Məhkəməyə təqdim edilən şahid ifadələri ilə əlaqədar isə məhkəmə qeyd edir ki, hər iki şahid iddiaçının ərizə yazarkən tək olduğunu, onun yanında olmadıqlarını, iddiaçının sonradan onlara ərizə yazmağa məcbur edildiyini dediyini bildirmişdir.

37. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

39. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 4*. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya işəgötürən tərəfindən əmək müqaviləsini ləğv etmək üçün zor tətbiq edilməsi, hədə-qorxu gəlinməsi və ya hər hansı digər üsulla müqavilənin ləğvi barədə ərizə verməyə məcbur edilməsi əsaslı şübhədənkənar mötəbər sübutlarla təsdiqini tapmır.

41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru Nümayəndə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

42. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdeh Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru Nümayəndə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar