Məhkəmə qərarları › İş №2(060)-2295/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2295/2025

24.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2295/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verilməklə pay hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 - hər birinə 1375 manat olmaqla ümumilikdə 2750 manat məbləğində kompensasiya verilməklə hər iki əmlakda olan pay hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, oğlanları - X7, Nümayəndə1 və həyat yoldaşının 1-ci nikahdan olan uşaqları - Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X3 qanun üzrə vərəsələridirlər. Miras əmlak - “ Mersedes A - 160" minik markalı, 2003-cü il buraxılışı, 5 0-CL-262 dövlət nömrə nişanlı və “BMW X- 51” minik markalı, 2005-ci il buraxılışı, **-NK-*** dövlət nömrə nişanlı iki ədəd nəqliyyat vasitəsindən ibarətdir. Oğlu Nümayəndə1 miras əmlakdan imtina etmişdir. Hər iki miras əmlakda payları belə müəyyənləşdirilmişdir – 1/2 və 1/8 hissədə onun, 1/8 hissədə oğlu İsmayılov Nazimin, 1/8 hissədə Cavabdeh1 və 1/8 hissədə Cavabdeh2. Hazırda miras şərikləri öz aralarında razılığa gələ bilmir və cavabdehlərə kompensasiya verilməklə miras əmlakda olan pay hüquqlarının itirilmiş hesab edilməsini məqsədə uyğun hesab edirlər. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. İddia tələbi əsaslıdır və məhkəmə qaydasında təmin edilməlidir. Yəni, cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 qızma kompensasiya verilməklə hər iki əmlakda olan pay hüquqları itirilmiş hesab edilməlidir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Sumqayıt Şəhər Məhkəməsində ona qarşı kompensasiya verilməklə paylı mülkiyyətdə olan əmlaka mülkiyyət hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsində onlara qarşı "kompensasiya verilməklə paylı mülkiyyətdə olan əmlaka mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsinə etiraz edərək məhkəmənin nəzərinə aşağıdakıları çatdırır. Mübahisə edilən mirasəmlak 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən «Mülkiyyət hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 qalmış əri (arvadı) İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan “Mercedes A160 minik” markalı 50- CL-262 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı “Mercedes A16Q minik” markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: Cavabdeh2, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/8 irs almaldır. Göstərilən avtomaşınlara aid razılığa gəlməməklərinin səbəbi iddiaçının özüdür. Artıq uzun illərdir ki, mənasız iddialarla mənəvi əziyyət verir. Bundan öncə də Sumqayıt Şəhər Məhkəməsinə miras əmlakın qiymətləndirilməsi miras qoyanın sonuncu xəstəliyi zamanı, miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi, idarə edilməsi və digər xərclərinin ümumi miras payından çıxılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-117/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, “Mersedes A160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5000 manat, “BMW X-5” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 24000 manat qiymətləndirilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin əmlakların paylı mülkiyyətçilərinin paylarına uyğun İddiaçı 5/8 hissədə, X4 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə olmaqla aralarında bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manatın İddiaçı, X7, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1494/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-117/2024 nömrəli qətnaməsi qismən iddianın təmin edilən hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İddia təmin olunmamış, qətnamənin mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırki iddia tələbinə etiraz etməyinin səbəbi miras əmlakla bağlı vaxtında razılığa gəlməməkləridir. İddiaçının təklif etdiyi məbləğlə heç cürə razılaşa bilməzlər. İddiaçının təklif etdiyi məbləğdən iki dəfə artıq məbləğ təklif edə bilərlər ki, həmin əmlakları versin. Baxmayaraq ki, payları cuzi hissə təşkil edir, iddiaçı da bundan istifadə etmək niyyətindədir. Hesab edir ki, təklif olunan kompensasiya işin faktiki hallarına uyğun deyil. Ona görə də iddiaçının təklif etdiyi kompensasiya ilə razı deyildirlər.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının övladları X7, Nümayəndə1 və həyat yoldaşının 1-ci nikahdan olan övladları Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş iddiaçının mərhum həyat yoldaşı X3 qanun üzrə vərəsələridir. Miras əmlak Mersedes Aminik markalı, 2003-cü il buraxılışı və BMW X-51 minik markalı, 2005-ci il buraxılışı iki ədəd nəqliyyat vasitəsindən ibarətdir. Nümayəndə1 miras əmlakdan imtina etmişdir. Hər iki miras əmlakda paylar 1/2 və 1/8 hissədə iddiaçının, 1/8 hissədə oğlu İsmayılov Nazimin, 1/8 hissədə Cavabdeh1 və 1/8 hissədə Cavabdeh2 olmaqla müəyyənləşdirilmişdir. Hazırda, miras şərikləri öz aralarında razılığa gələ bilməmiş və cavabdehlərə kompensasiya verilməklə miras əmlakda olan pay hüquqlarının itirilmiş hesab edilməsini məqsədə uyğun hesab edir. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Vərəsələr arasında payların müəyyən olunması ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Kompensasiyanın məbləğini qeyd edərkən iddiaçı ekspert rəyinə əsaslanmışdır. Cavabdehlərin hər birinə 1375 manat olmaqla, ümumilikdə 2750 manat məbləğində kompensasiya verilməklə hər iki əmlakda olan pay hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş edir.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, qarşı tərəf 4 ildir ki, əsassız iddialar ilə məhkəməyə müraciət edir. Birinci instansiya və apellyasiya məhkəməsində iddiaçı onlarla razılıq əldə etmişdir. Lakin daha sonra məhkəməyə müraciət etmişdir. Digər məhkəmə mübahisələri də hazırki məsələ ilə bağlıdır. Avtomobillər atasına məxsus olduğu üçün onların dəyərini ödəyib avtomobilləri götürməyi təklif etsə də, qəbul etməmişdirlər. Eyni zamanda iddiaçı avtomobillərin hərracda satılmasına da razı olmamışdır. Avtomobillər hazırda qarşı tərəfin istifadəsindədir. Qarşılıqlı razılıq yolu ilə mübahisənin həll olunması mümkün deyildir. Bunun üçün cəhdlər edilmiş, lakin nəticə əldə edilməmişdir. Miras əmlakın bölünməsinə razıdır, lakin kompensasiya məbləğinə etiraz edir.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

9. 20 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, X5r, onların hər biri miras əmlakdan ¼ irs almalıdır, şəhadətnamə verilən miras əmlak Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2021-ci il tarixli 14-192 nömrəli məktubuna əsasən 5400 manat dəfn müavinətindən ibarətdir.

10. 20 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri İddiaçı, X5r, onların hər biri miras əmlakdan 1/8 irs almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD333596 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LD78031, mühərrikin nömrəsi 52153478 və buraxılış ili 2005-ci il olan BMW X-5 minik markalı, **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

11. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri İddiaçı, X5r, onların hər biri miras əmlakdan 1/8 irs almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan Mercedes A160 minik markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

12. Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X1 qalmış arvadı İddiaçı nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır, İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD333596 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBAFA91006LD78031, mühərrikin nömrəsi 52153478 və buraxılış ili 2005-ci il olan BMW X-5 minik markalı, **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir, o cümlədən ölmüş ərin ümumi əmlakdan payı BMW X-5 minik markalı, **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir.

13. Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X1 qalmış arvadı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır, İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan Mercedes A160 minik markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir, o cümlədən ölmüş ərin ümumi əmlakdan payı Mercedes A160 minik markalı **-CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir.

14. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh2, Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/8 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB887642 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1681332J977781 və buraxılış ili 2003-cü il olan “Mercedes A160 minik” markalı, **- CL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakda 2/8 hissədə paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakda ½ hissədə paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-117/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat, “BMW X-5” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil 24000 manat qiymətləndirilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilərinin paylarına uyğun – İddiaçı 5/8 hissədə, X6 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə olmaqla aralarında bölünməsi qət edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1491/2024 saylı, xx.xx.2024-cü il traixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-117/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissədə hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir.

Məhkəmə baxışının hədləri:

17. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə görə həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı, 6 dekabr 2024-cü il tarixli qərardadı: 37-ci bəndinə əsasən ilk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. 47-ci bəndinə görə Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

22. Belə ki, iş materiallarından müəyyən olunur ki, 1946-cı il təvəllüdlü X8 xx.xx.2021-ci ildə vəfat etmiş, onun vərəsələri İddiaçı, X7, Cavabdeh2 və, Cavabdeh1dır. Miras qalan əmlak isə “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil və “BMW X-5” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillərdir.

23. Hazırda İddiaçı cavabdehlər tərəfindən onun mülkiyyət hüquqlarının pozulduğuna və Azərbaycan Respublikası MM-nin 220.4-cü maddəsinə istinad edərək cavabdelərin 1/8 hissədə payının dəyərinin, yəni hər bir cavabdehə münasibətdə 1375 manatın iddiaçı tərəfindən cavabdehlərə ödənilməklə (kompensasiya edilməklə) onların pay hüququna xitam verilməsini xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, hazırki mübahisənin obyektiv, hüquqi həlli üçün ilk növbədə “Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması”nı bilavasitə tənzimləyən Mülki Məcəllənin 220.1-220.6-cı maddələrinin dispoziya şərtləri qarşılıqlı şəkildə təhlil edilməlidir.

25. Belə ki, şərh olunan maddələrdə paylı mülkiyyətdə olan əşyanın (əmlakın) bölünməsi yolu ilə ümumi mülkiyyət hüququnun xitamı qaydası nəzərdə tutulub. Burada əmlakın bölünməsi anlayışı iki mənada başa düşülür: birincisi, əmlakın naturada bölünməsi; ikincisi, əmlakda olan payın bölünməsi (Mülki Məcəllənin 220.3-cü maddəsi).

26. Göründüyü kimi, paylı mülkiyyətçilər hər iki halda, yəni əmlakın real (naturada) və ya ideal bölgüsü barədə öz aralarında razılığa gəlmək hüququna malikdirlər. Paylı mülkiyyətdə olan əmlak, bir qayda olaraq, bütün paylı mülkiyyətçilərin razılığı əsasında bölünə bilər, həmçinin hər bir paylı mülkiyyətçi ümumi mülkiyyətdən öz payının ayrılmasını digər mülkiyyətçilərin razılığı olmadan da tələb edə bilər.

27. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220.3-cü maddəsində həm də ümumi mülkiyyətdə olan əmlakın bölünməsinin və ya ondan payın naturada ayrılmasının üsulu və şərtləri nəzərdə tutulub. Belə ki, qanunda əmlakın bölünməsinin və ya ondan payın naturada ayrılmasının iki üsulu fərqləndirilir: birincisi, paylı mülkiyyətçilərin razılığı ilə; ikincisi, məhkəmə qaydasında.

28. Hazırki halda iddiaçı, cavabdehlərin miras əmlakdakı 1/8 payının naturada ayrılmasının qeyri-mümkün olduğunu və 1/8 payın naturada ayrılmasının üsulu və şərtləri barədə cavabdehlərlə hər hansı qaydada, formada razılığa gələ bilmədiyini və bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir.

29. Halbuki sözügedən normaların mənasına görə, miras əmlakdan payın naturada bölünməsi və ya payın ayrılması mümkün olmadığı, yəni qanuna və ya texniki vəziyyətinə görə miras əmlak bölünməz olduğu üçün payın bölünməsini və ya payının ayrılmasını tələb edən mülkiyyətçi kimi iddiaçı ilk nöbədə digər mülkiyyətçilərdən, yəni cavabdehlərdən öz payının dəyərinin ona ödənilməsini tələb edə bilərdi. İşdə isə iddiaçının cavabehlərə qarşı ümumiyyətlə belə bir tələbi olmayıb.

30. Digər tərəfdən, mülki qanunverciliyə görə, paylı mülkiyyətdə olan əmlakdan naturada ayrılan pay (hissə), payın ayrılmasını tələb edən mülkiyyətçinin ümumi əmlakdakı payına uyğun gəlmədikdə (məsələn, az olduqda), ona müvafiq pul məbləği ödənilə və ya başqa kompensasiyalar (məsələn, müəyyən əşyalar, hüquqlar və sair) verilə bilər. Lakin, bu qayda yalnız payın ayrılmasını tələb edən şəxsin razılığı olduqda tətbiq edilə bilər.

31. Eyni zamanda, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.

32. Qeyd edilməlidir ki, payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Hazırkı halda cavabdehlərin ümumiyyətlə belə bir razılığı, iddiası yoxdur və ona qarşı iddianı isə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərinə əsaslanaraq iddiaçı qaldırıb.

33. Sözügedən normanın mənasına görə isə məhkəmə, paylı mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan (digər) iştirakçısının öhdəsinə ona real bazar qiymətinə uyğun kompensasiya ödənilməsi vəzifəsini o halda qoya bilər ki: birincisi, mülkiyyətçinin payı cüzi olsun; ikincisi, real surətdə ayrıla bilməsin; üçüncüsü, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın.

34. Sözügedən maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür və Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsinin başqa qaydası nəzərdə tutulmayıb, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə də zidd olardı.

35. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin tələblərinə görə, mülkiyyət hüququ- fundamental, dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bu baxımdan ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4- cü maddəsi) və mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.5-ci maddəsi).

36. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarındada ifadə olunub.

37. Belə ki, həmin Qərarda qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.

38. Məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız özü ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüququnun müəyyən edilməsinə gətirib çıxarardı.

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 - hər birinə 1375 manat olmaqla ümumilikdə 2750 manat məbləğində kompensasiya verilməklə hər iki əmlakda olan pay hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verilməklə pay hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar