Məhkəmə qərarları › İş №2(060)-2296/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2296/2022

15.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2296/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı1, İddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil qızının iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Sumqayıt şəhəri, 1-ci mkr, 8V/25 saylı evin 3 otaqlı 34-cü mənzilinə istifadə və yaşayış hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.09.2008-ci il təvəllüdlü X1 qanuni nümayəndəsi Cavabdeh ilə birlikdə X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mkr, 8V/25 saylı evin 3 otaqlı 34-cü mənzilinə köçürülməsinə, 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3. kv.m ibarət olan qarajdan və mübahisəli mənzildən cavabdehlərə məxsus əşyaların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin 15.04.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdehlər İddiaçı1, X2 qarşı evdən çıxarılma tələbinə dair 2(060)-81/2022 saylı və iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair 2(060)-2296/2022 saylı işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair 2(060)-2296/2022 saylı mülki iş iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı evdən çıxarılma tələbinə dair 2(060)-81/2022 saylı mülki işlə bir icraatda birləşdirildiyindən hazırki işin “AZEMİS” elektron məhkəmə informasiya sistemində icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair mülki işin “AZEMİS” elektron məhkəmə informasiya sistemində 2(060)-2296/2022 nömrə ilə icraatına xitam verilsin. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar