Məhkəmə qərarları › İş №2(060)-2297/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2297/2025

24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2297/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Zəkarə oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi maraqlı şəxs Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış VAZ-21060 minik markalı, 50-BC563 qeydiyyat nömrəli avtomobilin Ərizəçi tərəfındən miras əmlakı kimi faktiki qəbul olunması fatkının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olub. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra VAZ-21060 minik markalı, **-BC-*** qeydiyyat nömrəli avtomobil miras əmlakı kimi qalmışdır. Lakin artıq uzun müddətdir ki, sözügedən avtomobil onun faktiki istifadəsində və idarəçiliyindədir. O, qardaşının vərəsəsi kimi adiyyatı üzrə Sumqayıt şəhəri 1 saylı notariat ofısinə müraciət etmiş və onun müraciəti əsasında vərəsəlik işi açılmışdır. Lakin Sumqayıt şəhər 2 saylı notariat ofisi 132 N-li, xx.xx.2025-ci il tarixli məktubu ilə “Notariat haqqmda Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, vərəsəlik hüququ haqqmda şəhadətnamənin verilməsindən imtina edilmiş, həminin həmin məktubla mirasın qəbulu faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olublar. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Zəkarə oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Bayramov Şahin vəfat etmişdir. Avtomobil Şahinin mülkiyyətində olmuşdur. Yeganə vərəsə bacısı Ərizəçidır. Digər şəxslər isə vəfat etmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, ərizəçi maşını digər şəxsə etibarnamə ilə sürmək üçün verib. Miras əmlak faktiki olaraq ərizəçinin mülkiyyətindədir. Nümayəndə qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. 4.Maraqlı şəxs Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, Şahin 6-7 il bundan qabaq rəhmətə gedib. Şahindən bacısı Həyata maşın qalıb və həmin maşın Həyatın istifadəsindədir. 6.Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşdə olan nəqliyyat vasitəsininn qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ- 21060 minik markalı, **-BC-*** qeydiyyat nömrəli avtomobilin sahibi X8r. 8.İşdə olan AZ-İİ 008240 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 565 nömrə ilə qeyd edilmişdir. 9.İşdə olan V-JQ 480567 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X11r. 10.İşdə olan İİİ-JQ 301398 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X11r. 11.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 132 nömrəli, 17 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə əlaqədar bacısı-Ərizəçi müraciəti əsasında Sumqayt şəhəri 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Təqdim olunan sənədlərdən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka- VAZ-21060 minik markalı, 50BC363 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən bacısıƏrizəçi mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və mira əmlakı faktiki qəbul etməmişdir. Bu səbəbdən Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. 12.İşdə olan etibarnamənin surətindən görünür ki, VAZ-21060 minik markalı, 50BC363 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2025-ci il tarixədək X7 həmin nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, qeydiyyata almaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətləri etməyi etibar etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun miras qalmış VAZ-21060 minik markalı, **-BC-*** qeydiyyat nömrəli avtomobili Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. X2 digər vərəsələri yoxdur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış VAZ-21060 minik markalı, **-BC-*** qeydiyyat nömrəli avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir.Belə ki, bu fakt ərizəçinin nümayəndəsinin izahatları, şahid ifadələri və eyni zamanda işdə olan digər sənədlərlə öz təsdiqini tapır. 15.Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 17.Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. 18.Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. 19.“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. 20.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir (10.1). 21.Göstərilənləri və ərizəçinin mərhumun ikinci növbə yeganə vərəsəsi olmasını nəzərə alan məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış VAZ-21060 minik markalı, **-BC-*** qeydiyyat nömrəli avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. 22.Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 23.Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 24.Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Nəticə hissəsi: 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış VAZ-21060 minik markalı, **-BC-*** qeydiyyat nömrəli avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar