Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-230/2023 02.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah münasibətindədirlər. Cavabdehə məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi 4018 ünvanında yerləşən 0.2402 hekar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdeh tərəfindən hamilə vaxtı, yəni xx.xx.2022-ci il tarixdə çıxarılmışdır. Hazırda himayəsində bir azyaşlı qızı var və onların yaşamaq üçün yerləri yoxdur. Odur ki, cavabdehə məxsus mənzilə köçürülmə və həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasını həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun həmin mənzilə gəlin köçdüyünü, mənzildə cehiz əşyalarının olduğunu nəzərə alınaraq Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbinin təmin olunmasını, İddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivi 4018C ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən: İddiaçı izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, Saray bağlar massivi 4018C ünvanına köçürülməsini xahiş edir. O, 3 ay həmin ünvanda yaşadıqdan sonra cavabdehin anası heç bir səbəb olmadan onu adıçəkilən ünvandan çıxarmışdır. O, cavabdeh ilə 2021ci ilin noyabr ayının 20-də faktiki nikah münasibətlərinə daxil olmaqla, həmin ilin dekabr ayında rəsmi nikaha daxil olmuşlar. Mənzil isə cavabdehə məxsusdur. Nikahın pozulması ilə bağlı cavabdeh məhkəməyə müraciət etsə də, o hamilə olduğu üçün işin icraatına xitam verilmişdir. O, hamilə olduğu müddətdə cavabdehin anasının ruhi xəstəliyi olmuş və bu səbəbdən uşaq təhlükədə olduğuna görə onu evdən çıxartmışdırlar. 2022-ci il fevral ayının əvvələrində isə cehiz və digər əşyaları çıxartdırmışlar. O, ailəsinin bərpa olunmasını və uşağın atasının himayəsində yaşamasını istəyir. Hazırda öz ailəsinin maddi təminatının zəif olduğunu nəzərə alaraq cavabdehdən aliment tutulması ilə bağlı ərizə də təqdim etmişdir. Uşaq altı aylıqdır və cavabdeh bir dəfə də olsun uşaq ilə görüşməyib. Bu müddət ərzində üç yüz manat pul göndərmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı ətraflı izahat vermişdir. Cavabdeh öz övladını görməmişdir. Cavabdeh valideyn təsiri altında olduğu üçün öz iradəsi ilə hərəkət edə bilmir. Bundan əlavə mənzilə köçürülməkdə əsas məqsəd ailənin dağılmaması, bərpa olunmasıdır. Ərizədə qeyd olunan normalara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Torpaq sahəsinə aid olan mülkiyyət hüququ cavabdehə məxsusdur. Kommunal xərclərinin ödənişini də cavabdeh etmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən və SMS xəbərdarlıqdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 avqust 2022-ci il tarixli, MŞB/2-01420 nömrəli arayışdan görünür ki, 24 avqust 2022-ci il tarixdə saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt ünvanına məktub göndərilməklə və telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini ödədi. Nikah haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasında nikah xx.xx.2021-ci il taixdə, Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, 4018 C torpaq sahəsinin 0,10 ha sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3814/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehə məxsus cehiz əşyalarının iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 4018 ünvanında yerləşən 0,2402 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması barədə iddiası təmin edilməmişdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iş materiallarında olan sənədlərə, iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilən hallara əsaslanaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh 07 dekabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və cavabdehə məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi 4018C ünvanına gəlin köçmüşdür. Mübahisəli mənzilin tikildiyi torpaq sahəsi cavabdehə məxsusdur. İddiaçı gəlin gəldikdən sonra bir müddət həmin evdə yaşamış, lakin öz iradəsindən aslı olmayaraq həmin ünvandan çıxarılmışdır. Hal-hazırda da tərəflər arasında nikah pozulmamışdır. Bu baxımdan məhkəmə iddia tələbini əsaslı saymaqla, hesab edir ki, İddiaçı cavabdehə məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi 4018C ünvanına köçürülməsi məsələsinə 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Belə ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in: 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivi 4018C ünvanında yerləşən 0,2402 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-230/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-230/2023
02.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver