Məhkəmə qərarları › İş №2(060)-2322/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2322/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2322/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə Sumqayıt şəhəri 12-ci mikrorayon X10 1005, Koroğlu küçəsi 2 saylı evin 111 saylı (xüsusi təyinatlı) mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 yanvar 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan doğulmuş 2007-ci il təvəllüdlü X6, 2009-cu il təvəllüdlü X7 və 2011-ci il təvəllüdlü X8 adlı üç övladları var. Cavabdehlə birgə nikahda olduqları zaman 3 otaqlı 111 saylı mənzil 2018ci ildə Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh ayrılmışdır. Həmin mənzil Cavabdeh, ona və övladlarına birlikdə yaşamaları üçün verilmişdir. Hazırda aralarında olan ər-arvad münasibətləri faktiki olaraq pozulmuş, cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun yaşamağa yeri yoxdur. Onun övladları ilə birgə kirayədə yaşamağa gücü çatmır, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli 2(060)-2322/2021 saylı qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər 08 yanvar 2002-ci il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində nikah bağlayaraq, ailə qurmuşlar. Onların birgə nikahlarından doğulmuş 30.05.2007-ci il təvəllüdlü X6, 18.11.2009-cu il təvəllüdlü X7 və 21.09.2011-ci il təvəllüdlü X8 adlı üç uşaqları var. Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 06 avqust 2019-cu il tarixdə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ailə tərkibi (özündən başqa himayəsində arvadı və 3 övladının olması) olduğu nəzərə alınaraq, Sumqayıt şəhəri 12-ci mikrorayon X10 – 1005, Koroğlu küçəsi 2 saylı evin 3 otaqlı 111 saylı mənzili Cavabdeh kirayəyə verilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, bu səpkili müqavilələr bağlanarkən mənzillərin otaqlarının və kirayəçilərin ailə üzvlərinin sayı nəzərə alınır. Cavabdehə 3 otaqlı mənzilin kirayəyə verilməsinin səbəbi, onun ailəli olmaqla, arvadı və 3 övladının olmasıdır. Tənha yaşayan insanlarla kirayə müqavilələri bağlanarkən, onlara kirayə verilən mənzillərin otaq sayı az olur (əksər hallarda 1 otaq). İşin faktiki hallarından göründüyü kimi, müqavilə bağlanarkən, həmçinin Repatriasiya Departamenti tərəfindən 0237 saylı köçürmə vərəqəsi verilərkən cavabdehin ailə üzvlərinin soyadı, adı, atasının adı da qeyd edilmişdir. Tərəflər arasında münasibətlər pozulduğundan, iddiaçı övladları ilə birlikdə həmin mənzildə yaşaya bilmir. İddiaçı məhz bu səbəbədən, iddia əizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər 08 yanvar 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qursalar da, mübahisəli mənzillə bağlı tərəflər arasında hüquq münasibətləri 06 avqust 2019-cu ildə yaranmışdır və mübahisəyə həmin dövrdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. «X3rşı iş üzrə» Avropa İnsan Hüquqları Məhkəməsinin 24.11.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının və övladlarının qeyd olunan mənzildə həmin mənzildə yaşayan digər şəxslər kimi yaşamaq hüquqları var. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları 30.05.2007-ci il təvəllüdlü X6, 18.11.2009-cu il təvəllüdlü X7 və 21.09.2011-ci il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri 12-ci mikrorayon X10 1005, Koroğlu küçəsi 2 saylı evin 111 saylı (xüsusi təyinatlı) mənzilinə köçürülməlidir. Ödənilmiş 11 manat dövlət rüsumu cavbdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları 30.05.2007-ci il təvəllüdlü X6, 18.11.2009-cu il təvəllüdlü X7 və 21.09.2011-ci il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri 12-ci mikrorayon X10 1005, Koroğlu küçəsi 2 saylı evin 111 saylı (xüsusi təyinatlı) mənzilinə köçürülsün. Ödənilmiş 11 manat dövlət rüsumu iddiaçı Cavabdeh alınaraq iddiaçı X1 ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar