Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2323/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elxan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakmiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 övladlarının soyadlarının dəyişdirilməsinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, övladlarıxx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X1 “Əsgərov” dan “Süleymanlı” ya dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizəni onunla əsaslandırdılar ki, onlar 2017-ci ildə nikaha daxil olmuşlar. Onların birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Övladları dünyaya gəlrəkən onların soyadlarının Süleymanlı olaraq yazdırmaq istəmişlər. “Süleyman” Ərizəçi1 babasının adıdır və babası vəfat edərkən vəsiyyət etmişdir. Həmçinin Ərizəçi1 qardaşı S.Əgərovun uşaqlarının soyadları Əsgərovdan Süleymanlıya dəyişdirilmişdir. Bununla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəmənin qərarı da mövcuddur. Ona görə də ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Maraqlı tərəf Sumqayıt şəhər İcra Hakmiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi ərizənin təmin edilib-edilməməsinin məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X9 arasında xx.xx.2017-ci ildə nikah bağlanmışdır. Arvada Əsgərova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi1 ilə X5 nikahından xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı övladları vardır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərarının surətindən görünür ki, X8 və X14 övladı 2015-ci il təvvəllüdlü X4 “Əsgərov”dan “Süleymanlı”ya dəyişdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 106 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ərizəçilərin övladları, xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X2 “Süleymanlı” kimi dəyişdirilməsi barədə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda ərizəçilərin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçilər 2017-ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı övladları vardır. Süleyman Ərizəçi1 babasının adıdır və babası vəfat edərkən vəsiyyət etmişdir. Həmçinin Ərizəçi1 qardaşı S.Əgərovun uşaqlarının soyadları Əsgərovdan Süleymanlıya dəyişdirilmişdir. Bununla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəmənin qərarı da mövcuddur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 59.1-cü maddəsinə əsasən Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə iclasında ərizəçilər tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir.Həmçinin Ərizəçi1 qardaşı S.Əgərovun övladlarının soyadı “Əsgərova”dan “Süleymanlı”ya dəyişdirilmişdir. Odur ki, məhkəmə ərizənin təmin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 övladları xx.xx.2018-ci il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X3 “Əsgərov”dan “Süleymanlı” ya dəyişdirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-2323/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2323/2021
31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver