Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2338/2024 22.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğum faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1957-ci ildə Ermənistan Respublikası, Sisyan rayonu, Qızılcuk kəndinə doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydiyyatının ata qrafasında- X9, ana qrafasında- X1 qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1957-ci ildə Ermənistanın Sisiyan rayonunun Qızılcik kəndində dogulmuşdur. 1994-cü ildən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 287-də ailə üzvləri ilə birgə yaşayır. X7 oğlu xx.xx.1926-cı ildə Ermənistanın Sisiyan rayonunda Qızılcik kəndində anadan olub, 1959-cu ildə atası ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. 2009-cu ildə atası X9 vəfat edib. X2 qızı isə xx.xx.1928-ci ildə Ermənistanın Sisiyan rayonunda Qızılcuk kəndində anadan olub, 1959-cu ildə anası ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. 1997-ci ildə anası X4 vəfat edib. Ərizəçi məhkəmədə ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, müvafiq normativ aktlara istinad olunmaqla bildirilmişdir ki, sənədin itmiş qeydinin bərpası sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Odur ki. məhkəməyə müraciət olunmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 17 oktyabr 1957-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Qızılcuk kəndində anadan olmuş Ərizəçi avqust 1995-ci ildən hal-hazırki vaxta kimi həyat yoldaşı X5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbə Şor ərazisi 10 saylı evdə ailəsi ilə birgə yaşayır. İşə əlavə olan AZ-İİ № 318486, 318485 saylı xx.xx.2024-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”lərdən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə, X8 xx.xx.2009-cu il tarixdə ölmüşlər. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Qızılcuk kəndində anadan olması Ərizəçi oglu X3 ilə 30 oktyabr 1986-cı ildə nikaha daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Yuxarıdakılara əsasən Azərbayçan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Qızılcuk kəndində doğum faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Qasımov”, adı “Mayıl", ata adı "Əvəz", doğum tarixi “17 oktyabr 1957-ci il", milliyyəti “azərbaycanlı", doğum yeri “Ermənistan Respublikası, Sisyan rayonu”, “Qızılcuk kəndi”, ata qrafasında “atası X9", ana qrafasında “anası X4 " kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2338/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2338/2024
22.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver