Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2354/2020 04.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1910-cu ildə anadan olmuş, xx.xx.1992-ci ildə vəfat etmiş X4 onun atası olması qohumluq münasibətləri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, ona məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında atasının soyadı ona məlum olmayan səbəbdən səhvən anası X1 uyğun qeyd olunaraq «Nəsibov» soyadı göstərilmişdir. Onun atasının soyadı «Pirqələmov» olmuşdur. Hazırda onun soyadı ilə atasının soyadı arasında ziddiyyət olduğundan atasının müharibə iştirakçısı olması ilə bağlı nəzərdə tutulmuş sosial güzəştlərdən istifadə edə bilmir. Odur ki, qohumluq faktının müəyyən edilməsinə zərurət vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarına əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyilsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normaları ilə birgə qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrinirəhbərtutaraq, məhkəmə qərara aldı: Ərizəçi X6 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2354/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2354/2020
04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver