Məhkəmə qərarları › İş №2(060)-2355/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2355/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2355/2020 08.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun və xx.xx.2012-ci il təvəllüdlü oğlu Allahverdiyev Ömər Andrey oğlunun Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə köçürülmələri və onlara yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və Cavabdeh2 ona qarşı olan iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, 6-cı mkr., ev 27-də yerləşən 80 saylı mənzil xx.xx.1992-ci il tarixli, 52/283 saylı order əsasında onun adına verilmişdir. Cavabdehlər onun qızlarıdır. Cavabdeh1 2012-ci il tarixindən ailə quraraq köçmüş və yaşayış sahəsini daimi olaraq tərk etmişdir. Digər Cavabdeh2 da 2012-ci ildən qeyd olunan ünvanda yaşamır. Qızları əcnəbi vətəndaşla ailə quraraq ölkəni tərk etmiş və hazırda da xarici ölkədə yaşayırlar. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin 2-ci bəndinə görə vətəndaşlar daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə qeydiyyatdan çıxarılırlar. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Cavabdehlər uzun müddətdir ki, ailə qurub başqa evə gəlin köçüblər. Qanuna uyğun olaraq onların yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunan mənzili "Mənzil Fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən özəlləşdirmək istəsə də, qeydiyyatda olan, lakin burada yaşamayan qızlarının razılığı olmadan bu proseduru həyata keçirə bilmir. Qeyd edilənlərə əsasən onun iddia tələbinin təmin edilməsi və iddiaçı Cavabdeh2 ona qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və onun İddiaçı qarşı iddia tələbini müdafiə edərək göstərdi ki, o, xx.xx.1991-ci ildə Sumqayıt şəhəri, 6-cı mkr., ev 27-də yerləşən 80 saylı mənzilində anadan olmuşdur. O, anadan olan gündən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Həmin mənzil dövlət mənzil fonduna məxsus orderli evdir. O və azyaşlı övladı hal-hazırda həmin mənzildə rəsmi olaraq qeydiyyatdadırlar. Lakin xeyli müddətdir ki, atası onu həmin mənzilə buraxmır. Bu səbəbdən də, o, azyaşlı övladı ilə birlikdə küçələrdə qalmaq məcburiyyətindədir. Hesab edir ki, onun və azyaşlı övladının mübahisəli mənzildə yaşamaq hüququ vardır və bu hüquqları məhdudlaşdırıla bilməz. Lakin cavabdeh olan atası buna mane olur. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O dəfələrlə mübahisəli mənzilə köçüb yaşamaq istəsədə, atası buna imkan verməmişdir. Buna səbəb isə onun başqa millətdən olan oğlanla ailə qurmasıdır. Hesab edir ki, onun daimi yaşayış yeri olmadığına görə o, mübahisəli mənzilə köçürülməlidir. Bundan başqa atası, onun Almaniyada ailəsi ilə birlikdə yaşayan bacısını da qeydiyyatdan çıxarmaq istəyir. O, bu barədə bacısı Cavabdeh1 məlumat vermiş, bacısı Almaniyada vətəndaşlıqla bağlı məsələlərdə onun qeydiyyatının olmaması ona problem yarada biləcəyindən ehtiyyat edərək atasına müraciət edib onu qeydiyyatdan çıxarmamasını xahiş etsədə atası razı olmamışdır. Qeyd edilənlərə əsasən atasının onlara qarşı iddiasının rədd edilməsini, onun iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğuyer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia tələbi qismən təmin edilməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1992-ci il tarixli, 52/283 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzili order əsasında İddiaçı verilmişdir. Həmin orderin surətindən o da görünür ki, həmin orderdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da adı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İş materiallarında olan 13 saylı MKS tərəfindən təsdiq edilmiş aktlardan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2012-ci ildən Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilində yaşamırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ciil 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eynizamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999cuiltarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə, həmçinin proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh Hüseyn X4 şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilindəqeydiyyatda olmasına baxmayaraq,o, 2012-ci ildə ailə quraraq mübahisəli mənzildən köçmüş, sonra isə ailəsi ilə birlikdə Almanyaya gedərək, hazırda da orada yaşayır. Ona görə dəməhkəməhesabedirki, Cavabdeh1 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyindən və bu müddət ərzində mübahisəli mənzilə qayıtmaq və yaşamaq yönündə iradəsi olmadığından, onun mənzilə istifadəhüququ itirilmiş hesab edilməlidir. Məhkəmə, Cavabdeh2 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə və onun cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia tələbinə gəldikdə isə hesab edir ki, onun mübahisəli mənzilə istifadəhüququ itirilə bilməz, ona görə də onun iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 ilə Cavabdeh2 arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuş və akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmişdir. Məhkəmə qətnaməsi ilə onların birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü Allahverdiyev Ömər Andrey oğlu anası- Cavabdeh2 himayəsinə verilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 boşandıqdan sonra qeydiyyatda olduğu mənzilə köçmək istəsədə, başqa millətdən olan şəxslə ailə həyatı qurduğuna görə atası ona icazə verməmiş və onun hal-hazırda daimi yaşayış yeri yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi isə təmin edilməli, və Cavabdeh2 və azyaşlı övladı xx.xx.2012-ci il təvəllüdlü oğlu Allahverdiyev Ömər Andrey oğlu ilə birlikdə Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə köçürülməli və onlara yaradılan maneələr cavabdehə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi təmin edilsin. Cavabdeh2, xx.xx.2012-ci il təvəllüdlü oğlu Allahverdiyev Ömər Andrey oğlu ilə birlikdə Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin, 80 saylı mənzilinə köçürülsün və onlara yaradılan maneələr İddiaçı qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar