Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2367/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi maraqlı şəxs qismində 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1967-ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Ərizəçiyə məxsus olan AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix olaraq Ermənistan, Əzizbəyov rayonu, xx.xx.1967-ci il olaraq qeyd edilmişdir. Həmçinin ərizəçiyə məxsus olan digər sənədlərdə də eyni məlumatlar qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməni Ermənistandan qaçqın düşən zaman itirmişdir. Bunun üçün doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün iş üzrə maraqlı şəxs 1 saylı Sumqayıt Regional Şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən mənə ünvanlanmış məktub ilə ərizəmin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki: “Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından xahişinizin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.” Yuxarıda qeyd olunan səbəblərə görə cavabdeh orqan tərəfindən ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxx 1967-ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda doğumumun qeydə alınma faktı müəyyən edilməli və akt qeydi bərpa olunmalıdır. Göstərilənlərə əsasən ərizəçinin Ərizəçi xx xxxx 1967-ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda doğumunun qeydə edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan Ərizəçi nümayəndəsi məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Ərizəçi doğum haqqında akt qeydləri kitabında adının “İntizar”, soyadının “Paşayeva”, ata adının “Həsən”, doğum tarixinin xx.xx.1967-ci il, doğum yerinin Ermənistan SSR-in Əzizbəyov rayonunun, atasının adının X9, milliyyəti azərbaycanlı, anasının adı X5, milliyyəti azərbaycanlı olması ilə bağlı doğum akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi nümyəndəsi X10 ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs qismində cəlb olunan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun bacısıdır. 1967-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. X1, anaları X5 olmuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun həm kəndçisi, həm də qohumudur. Ərizəçi 1967-ci il tarixdə Ermənistanda doğulmuşdur. Atasının adı Həsən, anasının adı Aynadır.
9. İş materiallarında olan ASAN-SUMQAYİT tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur.
10. İş materiallarında olan Sumqayıt nikah evi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 13 mart 1991-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 358 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir.
11. İş materiallarında olan Sumqayıt şəhəri VVAQ şöbəsi tərəfindən 18 iyun 1991-ci il tarixində verilmiş XVİ-ЖГ № 288216 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 may 1991-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X7, anası Ərizəçidır.
12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 13 noyabr 2008-ci il tarixində verilmiş AZ-İİ № 194364 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 mart 1993-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X7, anası Ərizəçidır.
13. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvələr olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət etməyi tövsiyyə edilir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonunda anadan olmuş, atası X9, anası isə X2r. Ərizəçi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.
16. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.
19. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
20. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
21. Göründüyü kimi ərizəçi ərinin doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.
22. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
23. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “İntizar”, soyadının “Paşayeva”, ata adının “Həsən”, doğum tarixinin “xx.xx.1967-ci il”, doğum yerinin “Ermənistan Respublikası, Əzizbəyov rayonu”, atasının adının “X9”, milliyyəti “azərbaycanlı”, anasının adı “X5”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizəçi “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “İntizar”, soyadının “Paşayeva”, ata adının “Həsən”, doğum tarixinin “xx.xx.1967-ci il”, doğum yerinin “Ermənistan Respublikası, Əzizbəyov rayonu”, atasının adının “X9”, milliyyəti “azərbaycanlı”, anasının adı “X5”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva