Məhkəmə qərarları › İş №2(060)-2370/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2370/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2370/2021 03.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı cavabdeh İsgəndərova (Sadıqova) Aytən Qafar qızına qarşı «qeydiyyatından çıxarılma tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyat Haqqında DƏDR-ndən verilmiş Seriya MH ******* N-li Çıxarış-a əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan, ünvan 1 ünvanda yerləşən evindən cavabdeh 07.06.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş İsgəndərova (Sadıqova) Aytən Qafar qızının və onun azyaşlı övladları: 15.05.2013-cü il təvəllüdlü X1 və 26.05.2015-ci il təvəllüdlü X2 qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı tələbində cavabdeh İsgəndərova (Sadıqova) Aytən Qafar qızının ünvan 1 ünvanına olan pasport qeydiyyatından çıxarılmasını xahiş edir. Belə olan halda pasport qeydiyyatına düşməsi və çıxması müvafiq icra hakimiyyəti orqanı (Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsi) tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı (Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsi) inzibati orqan olduğu üçün birinci növbədə sonuncuya müraciət etmək, imtina alındıqda isə İnzibati Məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara çıxara bilər. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149- 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh İsgəndərova (Sadıqova) Aytən Qafar qızına qarşı «qeydiyyatından çıxarılma tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar