Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2381/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı fərdi evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı fərdi evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və onların azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəlüldlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ünvanında yerləşən, 177K saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası xx.xx.2021-ci il tarixə, saat 10:10-a təyin edilmiş, məhkəmə hazırlıq iclasında iddiaçı iştirak etmiş, lakin cavabdehlər gəlməmişlər, məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə, saat 10:50-ə təyin olunmuş, məhkəmə iclasında iddiaçı iştirak etmiş, lakin cavabdehlər gəlməmişlər, məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə, saat 11:20-ə təxirə salınmış lakin tərəflər məhkəmə iclasına gəlmədiyindən xx.xx.2021-ci il tarixə saat 10:40-a təxirə salınmışdır. Lakin tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı fərdi evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı fərdi evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2381/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2381/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver