Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-239/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, X6 Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh3, AR ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə və Sumqayıt Bələdiyyəsinə qarşı torpaq müsabiqəsinin protokolunun, şəhadətnamənin, mülkiyyət hüquqlarının qeydiyyatının (çıxarış) və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər AR ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi 5 saylı Sumqayıt ərazi şöbəsinə, AR ƏMDK yaninda DƏRDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə, Sumqayıt Bələdiyyəsinə və Cavabdeh3 qarşı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən icarə müqaviləsi ilə İddiaçı MTK-ya aid olan 1.8 ha torpaq sahəsinin 1,3 ha hissəsinə dair Azərbaycan Respublikası ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə keçirilmiş torpaq müsabiqəsinin, həmin müsabiqə əsasında Cavabdeh3 adına verilmiş şəhadətnamənin və çıxarışın, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh3 arasında qeyd olunan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, 84 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə verərək, cavabdeh Auksion Mərkəzi 5 saylı Sumqayıt ərazi şöbəsinin AR ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi iləəvəz edilməsini, cavabdehlər sırasından AR ƏMDK yanında Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xaric edilərək üçüncü şəxs olduğunu qeyd etmiş, sözügedən əmlakla bağlı Azərbaycan Respublikası ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə keçirilmiş torpaq müsabiqəsinin protokolunun, həmin müsabiqə əsasında Cavabdeh3 adına verilmiş şəhadətnamənin və mülkiyyət hüquqlarının qeydiyyatının (çıxarış), Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh3 arasında qeyd olunan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, 84 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, Sumqayıt şəhər icra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 124 saylı sərəncamı ilə Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41-ci məhəllənin qarşısında "Vicdan-1" firmasına abadlaşdırma və müasir tipli tikintiquraşdırma işləri aparılması məqsədi ilə ayrılmış hər birinə 1, 3 ha torpaq sahəsindən 0.9 ha torpaq sahəsi olmaqla geri qaytarılması və "İddiaçı" MTK və “xxxx" MTK-nın adına rəsmiləşdirilməsi qərara alınmışdır. Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 25,12.2014-cü il tarixli 285 saylı sərəncamı ilə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41-ci məhəllənin qarşısındakı 1.8 ha torpaq sahəsində 5 ədəd hündür mərtəbəli yaşayış binaları kompleksi, ticarət mərkəzi və iaşə obyektlərinin tikintisinə icazə verilmişdir. Tikintinin 2015-ci ildə inşaat pasportu və layihələri hazırlanaraq AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət AgentliyininBaş Ekspertiza İdarəsindən keçirilməsi üçün hazırlıq işləri gedərkən tikinti Sumqayıt şəhər İH vəzifəli şəxslərinin qeyri-rəsmi müdaxiləsi nəticəsində dayandırılmışdır. Hər iki torpaq sahəsi Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41-ci məhəllənin qarşısındakı ünvanda bir-birinə bitişik vəziyyətdədir, icarə müqaviləsinin təyinatı müasir tipli tikintiqurşadırma işlərinin aparılması üçün nəzərdə tutulmuşdur. İcarəyə götürülmüş torpaq sahələri hazırda "İddiaçı" MTK-nın sahiblik və istifadəsindədir. Kooperativ tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərək icarə haqqı tam ödənilmiş və qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Sumqayıt Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 13 nömrəli protokoluna əsasən "İddiaçı" MTK və “xxxx" MTK-nın adına verilmiş torpaq sahələrinin rəsmiləşdirilməsi haqqında Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı iclasının qərarlarının ləğv edilməsi qərara alınmışdır. 2015-ci ildə "İddiaçı" MTK tərəfindən qeyd olunan 1.8 ha torpaq sahəsində 5 ədəd hündür mərtəbəli mənzillərin tikilməsi üçün hazırlıq işlərinə başlanarkən heç bir qanuni əsas olmadan Sumqayıt şəhər icra Hakimiyyətinin vəzifəli şəxsləri qeyri-rəsmi müxtəlif bəhanələrlə tikintinin aparılmasına ciddi maneçilik törətmişlər. Onların fəaliyyətinin qanuni olmasını dəfələrlə onların üzərinə çatdırmaqlarına baxmayaraq qanuni iradələrinə zidd olaraq tikinti dayandnlıb, həmin torpaq sahəsində qazon düzəltdirilirək ağaclar əkilmişdir. Sumqayıt şəhər icra Hakimiyyəti ilə apardıqları danışıqlarda bir sahibkar kimi mütəmadi şəkildə hüquqlarım pozulmuşdur. Dəfələrlə bu hərəkətlərin qanunsuz olduğunu İcra Hakimiyyəti Orqanının nümayəndələrinin diqqətinə çatdırsalar da, heç bir faydası olmamışdır. Sumqayıt Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarında isə göstərilib ki, məhz Sumqayıt səhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin təqdimatı ilə Sumqayıt Sələdiyyəsinə müraciət etmiş və guya torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi aşkarlanmış, torpağın daha səmərəli istifadə edilməsi üçün qərarın ləğv edilməsi zərurətinə əsaslanmışlar. Bu fakt bir daha sübut edir ki, bu tam qanunsuzluq və özbaşınalıqdır, icra hakimiyyətinin vəzifəli şəxsləri tikintinin aparılmasına icazə vermir, əvvəlki başçının sərəncamını heçə sayır, bələdiyyəyə də təqdimat verirlər ki, torpaq sahəsi təyinatı üzrə istifadə edilmir. İddiaçı MTK-nın, "İddiaçı" MTK və "xxxx" MTK-nın adına verilmiş torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı iclasının qərarlarının ləğv edilməsinə dair Sumqayıt Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsi barədə Sumqayıt Bələdiyyəsinə qarşı iddia tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinnin 2-1 (85)-1242/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi izahat verərək təqdim olunmuş sənədlərə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq qeydiyyatın aparıldığını bildirdi və iddianın həllinin məhkəmənin mülahizəsinə uyğun həll edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: -Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 13 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 0,9 ha torpaq sahəsi İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. -xx.xx.2019-cu il tarixli, 128/2 nömrəli protokolun surətindən görünür ki, Sumqayıt şəhəri 41-ci məhəllədə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 1,3 ha torpaq sahəsi üzrə hərrac keçirilmiş, hərracda Cavabdeh3 və X5 iştirak etmiş, hərracın qalibi Cavabdeh3 olmuşdur. -AM seriyalı, 008962 nömrəli şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri 41-ci məhəllədə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 1,3 ha torpaq sahəsi üzrə xx.xx.2019-cu ildə keçirilmiş hərracın qalibi Cavabdeh3dur və həmin torpaq sahəsi 14400 manata ona satılmışdır. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1242/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı MTK-nın və “xxxx” MTK-nın adına verilmiş torpaq sahələrinin rəsmiləşdirilməsi haqqında Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı iclasının qərarlarının ləğv edilməsinə dair Sumqayıt Bələdiyyəsinin xx xxxx 2016-cı il tarixli 13 saylı qərarı ləğv edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilməmişdir. -xx.xx.2019-cu il tarixli AR ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 41-ci məhəllədə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 1,3 ha torpaq sahəsinin icarəçisi Cavabdeh3dur. -torpaq icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri 41-ci məhəllədə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 1,3 ha torpaq sahəsi Cavabdeh3 icarəyə verilmişdir. -Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki,Sumqayıt Bələdiyyəsinin 06 saylı protokolu ilə rəsmiləşdirilmiş xx xxxx 2019-cu il tarixli 3 saylı qərarı ləğv edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhər icra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 124 saylı sərəncamı ilə Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41-ci məhəllənin qarşısında "Vicdan-1" firmasına abadlaşdırma və müasir tipli tikinti-quraşdırma işləri aparılması məqsədi ilə ayrılmış hər birinə 1, 3 ha torpaq sahəsindən 0.9 ha torpaq sahəsi olmaqla geri qaytarılması və "İddiaçı" MTK və “xxxx" MTK-nın adına rəsmiləşdirilməsi qərara alınmışdır. Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 25,12.2014-cü il tarixli 285 saylı sərəncamı ilə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişdiyi 41-ci məhəllənin qarşısındakı 1.8 ha torpaq sahəsində 5 ədəd hündür mərtəbəli yaşayış binaları kompleksi, ticarət mərkəzi və iaşə obyektlərinin tikintisinə icazə verilmişdir. Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 13 saylı qərarı ilə Sumqayıt şəhəri 41-ci məhəllədə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 0,9 ha torpaq sahəsi İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli, 128/2 nömrəli protokol ilə Sumqayıt şəhəri 41-ci məhəllədə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 1,3 ha torpaq sahəsi üzrə hərrac keçirilmiş, hərracda Cavabdeh3 və X5 iştirak etmiş, hərracın qalibi Cavabdeh3 olmuşdur. AM seriyalı, 008962 nömrəli şəhadətnaməsi ilə Sumqayıt şəhəri 41ci məhəllədə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 1,3 ha torpaq sahəsi üzrə xx.xx.2019-cu ildə keçirilmiş hərracın qalibi Cavabdeh3dur və həmin torpaq sahəsi 14400 manata ona satılmışdır. İddiaçı MTK-nın, "İddiaçı" MTK və "xxxx" MTK-nın adına verilmiş torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı iclasının qərarlarının ləğv edilməsinə dair Sumqayıt Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsi barədə Sumqayıt Bələdiyyəsinə qarşı iddia tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinnin 2-1 (85)- 1242/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2ci maddəsinə əsasən mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mübahisə etmək hüququ maraqlı şəxsə mənsubdur. Mübahisə edilən əqdin etibarsız sayılması tələbini bu Məcəllədə göstərilən şəxslər irəli sürə bilərlər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nətiçələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu çür nətiçələri öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin məcəllənin 560.2-ci maddsəinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. AR Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Bu Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda;hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə;dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda;torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə xitam verilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Bu Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi əsas olmuş Sumqayıt Bələdiyyəsinin qərarı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə ləğv olunduğundan, habelə mülkiyyət hüquqlarını qeydə alan inzibati orqan qanunvericiliyin formal tələblərini pozmasa da, nəticə etibarı ilə mülki qanunvericiliyin tələbləri pozulduğundan iddia təmin olunmalı, Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində 1.8 ha torpaq sahəsinin 1,3 ha hissəsinə dair Azərbaycan Respublikası ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə keçirilmiş torpaq müsabiqəsinin protokolu, həmin müsabiqə əsasında Cavabdeh3 adına verilmiş şəhadətnamə və mülkiyyət hüquqlarının qeydiyyatı (çıxarış), Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh3 arasında qeyd olunan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, 84 saylı torpaq icarə müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində Koroğlu prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən 1.8 ha torpaq sahəsinin 1,3 ha hissəsinə dair Azərbaycan Respublikası ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə keçirilmiş torpaq müsabiqəsinin protokolu, həmin müsabiqə əsasında Cavabdeh3 adına verilmiş AM seriyalı, 008962 saylı şəhadətnamə və mülkiyyət hüquqlarının qeydiyyatı (çıxarış), Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh3 arasında qeyd olunan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, 84 saylı torpaq icarə müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-239/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-239/2021
10.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver