Məhkəmə qərarları › İş №2(060)-2393/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2393/2022

20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2393/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X20 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi X7 iştirakı ilə, Ərizəçi X7 maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi X14 maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, qızı xx.xx.1973-cü il təvəllüdlü X15 2002-ci ildə X16 ilə rəsmi nikaha girməklə ailə qurmuş və bu nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X11 anadan olmuşdur. X16 ailəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək, naməlum yollarla Suriya Respublikasına, oradan da İraq Respublikasının ərazisinə gedərək, orada fəaliyyət göstərən “İŞİD” terror təşkilatına qoşulmuşdur. 2016-cı ilin iyun ayında X3 Respublkasının Təlafər şəhərində raket zərbəsi nəticəsində həlak olmuşdur. X8 ölümündən sonra onların xx.xx.2017-ci il tarixdə Cəmilə adlı bir övladları anadan olmuşdur. X6 isə 2017-ci ildə İraq Respublikası silahlı qüvvələri tərəfindən əsir götürülmüş və hal-hazırda əsir düşərgəsində saxlanılır. Onların övladı xx.xx.2003-cü il təvəllüdlü X11 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmiş və baba kimi onun himayəsinə verilmişdir. xx.xx.2017-ci il təvəllüdlü Cəmilə südəmər olduğuna görə onu anasının yanında saxlanmışdır. 2021-ci ilin 4 noyabr tarixində X27nun azyaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü Cəmilə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmiş və onun himayəsinə verilmişdir. Cəmilənin Azərbaycan Respublikasının Bağdad səfirliyindən verilmiş qayıdış şəhadətnaməsində soyadı Abdullayeva, adı Cəmilə, ata adı isə Lutfulla kimi qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 677 saylı Sərəncamı ilə o, nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir. Hal-hazırda qəyyumluğu altında olan xx.xx.2017-ci il təvəllüdlü X2 doğum haqında şəhadətnaməsi yoxdur, buna görə də onun hüquqlarının təmin edilməsini həyata keçirə bilmir. O, qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü Cəmiləyə doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi ona imtina məktubu vermiş və doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyini bildirmişdir. Hesab edir ki, qəyyumluğu altında olan xx.xx.2017-ci il təvəllüdlü X2 doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən qəyyumluğu altında olan X2 xx.xx.2017-ci il tarixində İraq Respublikasında doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnaməsində soyadının “İdrisova”, adının “Cəmilə”, ata adının “Bəxtiyar” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X16, ana qrafasında isə X15 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X14 məhkəməyə yanlışlığın düzəldilməsinə dair ərizə təqdim edərək ərizədə qeyd etdiyi qızının 2002-ci il nikaha daxil olmasının əslində xx.xx.1995-ci il tarixində nikaha daxil olmasını, xx.xx.2003-cü il təvəllüdlü nəvəsi X9 2019-cu il tarixində deyil , əslində 2020-ci il tarixdə Azərbaycan Respublikasına gətirilərək onun himayəsinə verilməsi kimi nəzərə alınmaqla yanlışlığın düzəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X14 ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, hər iki uşağın qəyyumu olduğunu, digər nəvəsinin də doğum faktı məhkəmə qaydasında müəyyən olunmasını məhkəmənin diqqətinə çatdıraraq, onun yanında olduğunu bildirdi. Uşaların atası vəfat etmiş, anaları isə həbsxanadadır. Qızı ilə telefon vasitəsilə əlaqə saxlaya bilirlər. Səfirlik tərəfindən verilən qayıdış şəhadətnaməsinə X1 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X17 izahat verərək bildirdi ki, Əsədova Qumru qardaşı qızıdır. O, İdrisov Bəxtiyarla ailə həyatı qurmuş, birgə nikalarından 3 övladları anadan olmuşdur. Onların yaşca ən kiçik övladının 6 yaşı var, adı Cəmilədir. Cəmilə hazırda babasının himayəsindədir, sağlamdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X17 ifadəsində bildirdi ki, Əsədova Qumru onun dayısı qızı, İdrisov Bəxtiyar isə onun həyat yoldaşıdır. Onlar 2014-c ildə Azərbaycanı tərk etmişlər. Gedən zaman 2 övladları var idi. Cəmilə adlı kiçik övladları isə 2017-ci ildə anadan olmuşdur. Qumrunun yoldaşı 2016-cı ildə vəfat etmiş, özü isə hal-hazırda İraq Respublikasında əsirlikdədir. Əminə ilə Cəmilə hər ikisi baba və nənələrinin himayəsində qalır. İş materiallarında olan Azərbaycan Respublikasının Bağdad səfirliyindən verilmiş qayıdış şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Qəyyum təyin etmə barədə 04 noyabr 2021-ci il tarixli 677 №-li sərəncamı ilə X7 xx.xx.2017-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizəçi X10 ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-811/15 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə ərizəçi X7 ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə ərizəçi X7 məhkəmə iclasında verdiyi izahatı, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, ərizəçi X7 ərizəsi uşağın haqlı mənafelərinə xidmət etdiyi üçün, yəni X5 xx.xx.2017-ci ildə İraq Respublikasında doğulması, qəyyumu olması və doğum faktının məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X5 xx.xx.2017-ci ildə İraq Respublikasında doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “İdrisova”, adının “Cəmilə”, ata adının “Bəxtiyar” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X16, ana qrafasında isə X15 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar