Məhkəmə qərarları › İş №2(060)-2397/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2397/2024

01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2397/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi və əmlakın vərəsələr arasında düzgün bölünməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ərizəçinin ölən atası X1 miras qalmış Sumqayıt şəhəri,Novxanı bağ massivi 4729D saylı 0.12 torpaq sahəsinin 2/50 hissəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* Çıxarışında pay bölgüsünün düzgün aparılmaması və Açıq Pay qeyd olunduğuna görə bu Çıxarışın qüvvədən düşdüyünə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-927/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət mərkəxində Notariat Ofisi olmaqla miras əmlakı qəbul etmə faktının müəyyn edilməsinə dair ərizəsi üzrə müli iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi eyni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olmuş və yekun qərar qəbul edilmişdir. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 153.2.2-ci maddəsinin tələbi pozulduğundan, ərizənin qəbulundan imtina edilməlidir. Həmçinin həmin ərizəyə görə xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi və əmlakın vərəsələr arasında düzgün bölünməsi tələbinə dair ərizəsi ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. Ərizəçi xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə ödəmiş olduğu 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar