Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-240/2020 08.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi Dayanıqlı və X12 Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «övladlığa götürmənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «övladlığa götürmənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X4 onun tərəfindən övladlığa götürülməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx.xx.2005-ci il təvəllüdlü X6 2006-cı ildə 1 saylı Bakı uşaq evindən övladlığa götürmüşdür. xx.xx.2005-ci il təvəllüdlü X10 iki dəfə evdən qaçmış və polislər tərəfindən tapılaraq ona verilmişdir. 2019-cu ilin avqust ayında Aysun üçüncü dəfə evdən çıxıb getmişdir. Sonradan Aysun Bakı şəhərində polislər vasitəsi ilə tapılaraq Sumqayıt şəhəri 4-cü PB-nə gətirilmişdir. Bölmədə Aysun onlarla yaşamaqdan və onlardan imtina etdiyini bildirmiş, yaşadığı mənzilə qayıtmaq istəməmişdir. Hazırda Aysunun harada yaşadığı barədə onun heç bir məlumatı yoxdur. Aysun mənzildən çıxıb gedənə qədər onların ailə münasibətləri yaxşı olmuş və aralarında heç bir konflikt olmamışdır. Sumqayıt şəhər Pİnin 4-cü PB-də Aysun ondan imtina etməsinin səbəbi kimi, öz valideyinlərini axtarması və tapdığı halda onlarla yaşamaq istəməsini göstərmişdir. Bundan başqa onun mərhum həyat yoldaşı X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 məhkəmə iclasında bildirdi ki, xx.xx.2005ci il təvəllüdlü X4 hal-hazırda yaşadığı yer məlum olmadığından onun Komissiyada istirakını təmin etmək mümkün olmamış,bununla da qeyd olunan iddia tələbi ilə bağlı obyektiv rəyin verilməsi qeyri mümkündür. Odur ki, mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə verir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi Dayanıqlı və X12 Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X7 məhkəmə iclasında göstərdi ki, onlar da xx.xx.2005-ci il təvəllüdlü X4 yaşadığı yeri müəyyən etmək üçün bütün zəruri tədbirlər görsələr də, heç bir nəticə əldə edə bilməmişlər. Ona görə də övladlığa götürmənin ləğv edilməsinin uşağın mənafeyinə uyğun olub olmamasını müəyyən etmək mümkün deyildir. Göstərilənlərə əsasən mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə verir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2-1171/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X8 və İddiaçı Vəfa Əliyevanı övladlığa götürməyə dair ərizəsi təmin edilmiş, Nəsimi rayon VVADQ şöbəsinə doğum akt qeydləri kitabında aşağıdakı məzmunda qeydin aparılması tapşırılmış, körpənin soyadı, adı, atasının adı “X10”, valideyinləri- atası “X8”, anası- “İddiaçı”, doğum günü , ay, il və yer: “xx.xx.2005-ci il, Bakı şəhəri” qeyd olunması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 atası qrafasında “X8”, anası qrafasında “İddiaçı” qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 51 nömrəli, xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Komissiya hesab etmişdir ki, qərardadın qəbul edilməsindən 2 ay keçməsinə baxmayaraq, xx.xx.2005-ci il təvəllüdlü X1 iclaslarına gəlmədiyinə görə qeyd olunan iddia tələbi ilə bağlı obyektiv rəyin verilməsi qeyri mümkündür və xx.xx.2005-ci il təvəllüdlü X4 İddiaçı tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi məsələsinin həllini uşağın mənafeyi nəzərə alınmaqla məhkəmənin mülahizəsinə vermişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 131.1-ci maddəsinə əsasənövladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir: 132.1.1. övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə; 132.1.2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə; 132.1.3.övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə; 132.1.4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda. 132.2. Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə xx.xx.2005-ci il təvəllüdlü X4 İddiaçı tərəfindən övladlığa götürülməsinin ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Həmçinin xx.xx.2005-ci il təvəllüdlü X4 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 132.2-ci maddəsinin tələbləri baxımından da mübahisəyə qiymət vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «övladlığa götürmənin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «övladlığa götürmənin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-240/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-240/2020
08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver