Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2409/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və girov Predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və girov Predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2804.81 manat əsas borc və 447.45 manat faiz borcu olmaqla, cəmi 3252.26 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulmasına və eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş Boyunbağı-1 ədəd və Saat-1 ədəd, 583 əyyarlı, çəkisi 30.40 qram, Sırğa-1 cüt, 500 əyyarlı, çəkisi 18 qram, Qolbağ-2 ədəd, Sırğa-1 cüt və Klon-2 ədəd, 750 əyyarlı, çəkisi 35.40 qram olan qızızinət əşyalarına yönəldilməsi, həmin qızı-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13 sentyabr 2019 il tarixli, 200805-519673/7 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 3700 manat məbləğində kredit verilmişdir. 13 sentyabr 2019 il tarixli, 200805-519673/7 nömrəli “Girov müqaviləsi” nə əsasən 13 sentyabr 2019 il tarixli, 200805-519673/7 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən, Cavabdeh tərəfindən girov qoyulmuş Boyunbağı-1 ədəd və Saat-1 ədəd, 583 əyyarlı, çəkisi 30.40 qram, Sırğa-1 cüt, 500 əyyarlı, çəkisi 18 qram, Qolbağ-2 ədəd, Sırğa-1 cüt və Klon-2 ədəd, 750 əyyarlı, çəkisi 35.40 qram olan qızıl-zinət əşyaları, qəbul edilmə aktına əsasən xüsusi paketə qoyularaq, bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 21 yanvar 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2804.81 manat məbləğində əsas borc və 447.45 manat faiz borcu olmaqla, ümumilikdə 3252.26 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13 sentyabr 2019 il tarixli, 200805- 519673/7 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 3700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 sentyabr 2019 il tarixli, 200805-519673/7 nömrəli “Girov müqaviləsi” nə əsasən 13 sentyabr 2019 il tarixli, 200805-519673/7 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən, Cavabdeh tərəfindən girov qoyulmuş Boyunbağı-1 ədəd və Saat-1 ədəd, 583 əyyarlı, çəkisi 30.40 qram, Sırğa-1 cüt, 500 əyyarlı, çəkisi 18 qram, Qolbağ-2 ədəd, Sırğa-1 cüt və Klon-2 ədəd, 750 əyyarlı, çəkisi 35.40 qram olan qızıl-zinət əşyaları, qəbul edilmə aktına əsasən xüsusi paketə qoyularaq, bankın pul anbarına saxlanca verilmişdir. İş materiallarında olan 21.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 2804.81 manat əsas borc və 447.45 manat faiz borcu olmaqla, cəmi 3252.26 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh kredit borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 299.2-ci maddəsinə əsasən girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlı çəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2804.81 manat əsas borc və 447.45 manat faiz borcu olmaqla, cəmi 3252.26 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə bankı pul anbarına saxlanca qəbul edilmiş Boyunbağı-1 ədəd və Saat-1 ədəd, 583 əyyarlı, çəkisi 30.40 qram, Sırğa-1 cüt, 500 əyyarlı, çəkisi 18 qram, Qolbağ-2 ədəd, Sırğa-1 cüt və Klon-2 ədəd, 750 əyyarlı, çəkisi 35.40 qram olan qızı-zinət əşyalarına yönəldilməli, həmin qızı-zinət əşyaları açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul vəsaiti hesabına 2804.81 manat əsas borc və 447.45 manat faiz borcu olmaqla, cəmi 3252.26 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2804.81 manat əsas borc və 447.45 manat faiz borcu olmaqla, cəmi 3252.26 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş Boyunbağı-1 ədəd və Saat-1 ədəd, 583 əyyarlı, çəkisi 30.40 qram, Sırğa-1 cüt, 500 əyyarlı, çəkisi 18 qram, Qolbağ-2 ədəd, Sırğa-1 cüt və Klon-2 ədəd, 750 əyyarlı, çəkisi 35.40 qram olan qızılzinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın. Satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 2804.81 manat əsas borc və 447.45 manat faiz borcu olmaqla, cəmi 3252.26 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-2409/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2409/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver