Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2426/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsi və uzadılmasına dair ərizəsi ( Maraqlı şəxs: Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X4na məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Nəqliyyatçı” BY465 saylı torpağı miras əmlakın qəbulu müddətinin bərpa edilməsi və uzadılması, həmin bağı (yəni torpağı) vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4na məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Nəqliyyatçı” BY465 saylı torpağı miras əmlakın qəbulu müddətinin bərpa edilməsi və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi “Nəqliyyatçı” BY465 torpaq sahəsi var. Həmin torpaq sahəsi 1211.2015-ci il tarixli çıxarışa əsasən X4nun mülkiyyətində olmuşdur. X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2015-ci il tarixli ******* №-li çıxarışa əsasən torpaq X4na verilmiş, onun mülkiyyətində olmuşdur. Atası öldükdən sonra ərizəçi və onun ailə üzvləri qanunla nəzərdə tutulmuş formada Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişlər. Müddət ötürüldüyünə görə Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat kontoru mirası rəsmiləşdirməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli məktubu ilə xahişi təmin edilməmiş və ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X12 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 aprel 2021-ci il tarixdə Covid-19 virusu ilə əlaqədar ölmüşdür. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* saylı çıxarışındab görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Nəqliyyatçı” BY465 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X9 məxsusdur. - doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X7 və xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi X4, anası X2r. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Şəfiqə Əliqulu qızı ilə xx.xx.1984-cü ildə Azərbaycan SSR Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. - Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, Ərizəçi mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, ərizəçi Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə atası X3 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Ərizəçinin hüquqi savadı olmadığından mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Ərizəçi X8 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə Ərizəçi X8 qanun üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin 12 aprel 2021-ci ildə ölmüş X4ndan miras qalmış əmlakın (Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Nəqliyyatçı” BY465 saylı torpaq sahəsi) qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçinin 12 aprel 2021-ci ildə ölmüş X4ndan miras qalmış əmlak (Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Nəqliyyatçı” BY465 saylı torpaq sahəsi) qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2426/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2426/2022
02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver