Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2431/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) nəvəsi X2 01.01.2018-ci ildə, İraq Respublikasında doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X4 2017-ci ildə X7 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah olmamışdır. Onların faktiki nikahlarından 01.01.2018-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. 2011-ci ildə qızı İraq Respublikasına getmiş və geri qayıtmamışdır. Qızının övladı 01.01.2018-ci il təvəllüdlü X1 Respublikasının Bağdad şəhərində yerləşən kimsəsizlər evində aşkar olunmuşdur. Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin vasitəsilə nəvəsi Azərbayca Respublikasına gətirilmişdir. Bundan sonra o, Sumqayıt şəhər İcra Hakimiyyətin müraciət edərək nəvəsinin üzərində qəyyum təyin olunmağını xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin 04.11.2021-ci il tarixli sərəncamı ilə o, nəvəsi 01.01.2018 ci təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. Doğum faktının müəyyən olunması ərizəçiyə nəvəsi üçün doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, X5 ərizəçinin qızı Rəsmiyyənin övladıdır. O, burada evlənib. Sonra yoldaşı ilə əvvəl Suriyada Rakka şəhərinə getmiş, lakin müharibə sonrası İraqa köçməli olmuşlar. Qızının yoldaşı vəfat edib. Qızı hazırda orada həbsxanadadır. Prezident Aparatına, Xarici İşlər Nazirliyinə edilən müraciətdən sonra nəvəsini dövlət Azərbaycana göndərmişdir. Nəvəsi əvvəlcə uşaq evinə gətirilmiş, 10 gün orada saxlanılmışdır. Ondan sonra uşağın qəyyumluğu ona verilmişdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1966-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 04.11.2021-ci il tarixli, 679 nömrəli sərəncamına əsasən ərizəçinin X2 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətinə əsasən X5 01.01.2018-ci ildə, İraq respublikasında anadan olmuşdur. Ərizəçi ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs 01.03.2022-ci tarixli, 05/Q-773/15 saylı məktubunda bildirmişdir ki, 01.01.2018-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” –nın Doğumun qeydə alınması Bölməsinin 2.5.4 bəndinə əsasən, doğumun qeydə alınmasıüçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Ərizəçi göstərilən sənədi təqdim edə bilmədiyinə görə, bu Qaydanın 2.6 bəndinə müvafiq olaraq , doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi nəvəsi X2 doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin nəvəsi X2 01.01.2018-ci ildə, İraq Respublikasında anadan olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin nəvəsi X2 doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin nəvəsi X2 01.01.2018-ci ildə, İraq Respublikasında anadan olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2431/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2431/2022
24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver