Məhkəmə qərarları › İş №2(060)-2435/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2435/2020

22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2435/2020 22.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş olunması barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş olunması barədə” ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2 nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1952-ci il tarixli, 29 saylı doğum haqqında akt qeydində onun soyadının “Əsdanova”dan “Aslanova”-ya dəyişiklik edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, o, xx.xx.1952-ci ildə Laçın rayonu, Cicimli kəndində anadan olmuşdur. X2, anası isə X1r. O, doğum haqqında şəhadətnaməsini dəyişmək üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Oradan ona ünvanlanan cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 2 nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1952-ci il tarixli, 29 saylı doğum haqqında akt qeydində uşaq soyadı “Əsdanova” kimi qeyd edilməsinə baxmayaraq, Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində soyadının “Aslanova” kimi qeyd edilmişdir. Sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində soyadınının “Aslanova”ya dəyişdirilməsi imkan xaricindədir. Ona görə də, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edir ki, onun soyadı “Aslanova”dır. Bu ona məxsus şəxsiyyət vəsiqəsində öz təsdiqini tapır. Ona görə də hesab edir ki, akt qeydinə düzəliş olunmalıdır. Akt qeydinə düzəliş olunması ona yeni doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Akt qeydində olan yalnışlığa görə o, yeni doğum haqqında şəhadətnamə ala bilmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-553/15 nömrəli məktubundan görünür ki, ərizəçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1952-ci il tarixli, 29 saylı doğum haqqında akt qeydində uşaq soyadı “Əsdanova”, kimi qeyd edilməsinə baxmayaraq, Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində soyadı “Aslanova”, kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilmişdir ki, ərizəçinin təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydlərində soyadının “Aslanova"ya, dəyişdirilməsi imkanları xaricindədir. Göstərilənlərə əsasən ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsinin adı qrafasında ərizəçinin soyadı “Aslanova” kimi yazılmışdır. İş materiallarında olan ərizəçiyə məxsus olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin soyadı “Əsdanova”, atasının soyadı “Məmmədov”, anasının soyadı “Aslanova” kimi qeyd edilmişdir. İş materiallarında olan ərizəçiyə məxsus xx.xx.1976-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamədə ərizəçinin soyadı “Aslanova” kimi qeyd edilmişdir. Beləliklə də, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən, onun soyadı “Aslanova” əvəzinə “Əsdanova” kimi qeyd edilmişdir. Ona görə də, məhkəmə belə hesab edir ki, ünvan 2 nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1952-ci il tarixli, 29 saylı doğum haqqında akt qeydində uşağın soyadı qrafasında qeyd edilmiş “Əsdanova” soyadı “Aslanova”-ya dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 339-340-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 2 nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1952-ci il tarixli, 29 saylı doğum haqqında akt qeydində Ərizəçi soyadı “Əsdanova”-dan “Aslanova”-ya dəyişdirilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydində dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar