Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2445/2020 29.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Maraqlı şəxs Dövlət X3 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Dövlət X3 Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın - əmək stajının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1985-ci ildən 1990cı ilə kimi Laçın rayonunda yerləşən “M.Ə.Sabir” adına kolxozda tütün yığan və 1990-cı ildən xx xxx 1992-ci ilin may ayına kimi isə Laçın rayonunda yerləşən “M.Rəsulzadə” adına kolxozda tütün yığan işləməyi faktını təsdiq edən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Dövlət X3 etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, lakin Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəi isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Dövlət X3 Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın - əmək stajının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2445/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2445/2020
29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver