Məhkəmə qərarları › İş №2(060)-2461/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2461/2025

16.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2461/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" firmasının direktoru Nümayəndə1 və təsisçisi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" firmasına qarşı qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" firmasına qarşı qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyriyaşayış sahəsinə dair verilmiş “"xxxx"” Firmasının adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, sözügedən əmlaka dair onun mülkiyyət hüququnun tanınmasına və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim edərək onun təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" firmasının direktoru Nümayəndə1 və təsisçisi Nümayəndə2 barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, onun təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı və cavabdeh "xxxx" firması arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunazidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu səbəbdən həmin saziş təsdiq edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, 1. Tərəflər hal-hazırda "xxxx" Firmasının balansında olan ünvan 1 ünvanında yerləşən 0,1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyri-yaşayış sahəsinin əldə edilməsinin və tikilməsinin birbaşa İddiaçı sərmayəsi hesabına həyata keçirildiyini qəbul edir. 2. Tərəflər razılaşır ki, ünvan 1 ünvanında yerləşən 0.1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınnmasına və gələcəkdə qeyd edilən əmlaka dair mülkiyyət hüququnun rəsmiləşdirilməsinin, yəni mülkiyyət hüququna dair müvafiq Çıxarışın İddiaçı adına verilməsinə razıdırlar. 3. 2(060)-2461/2025 saylı iş üzrə iddia qaldırıldığı tarixdən (xx.xx.2025-ci il tarixindən) ünvan 1 ünvanında yerləşən 0,1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına keçəcəyi tarixə qədər bağlanmış və ya bağlanacaq bütün əvəzli müqavilələrdən, o cümlədən "xxxx" Firması ilə “X1" MMC arasında imzalanmış, xx.xx.2021 -ci il tarixli, 3M- 553 N-li və "Qızıl – Gül” Firması ilə “Tam Store’’ MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 3M - 1812 N-li icarə müqavilələri də daxil olmaqla, icarə, kirayə və digər müqavilələrdən əldə ediləcək bütün gəlirlər üzərində İddiaçı mülkiyyət hüququ və haqqı tanınsın. 4. Tərəflər sözügedən əmlaka dair bağlanmış əvəzli müqavilələrdən, o cümlədən xx.xx.2021-ci il tarixli, 3N4-553 N-li və xx.xx.2023-cü il tarixli, 3M-1812 N-li icarə müqavilələrindən əldə ediləcək gəlirlərin İddiaçı bu Sazişdə qeyd olunan bank hesabına - AZ21UBAZ**********1010AZN001 (Unibank Sumqayıt filialı) ödənilməsinə dair razılaşırlar.

5. Bu Sazişlə müəyyən edilir ki, İddiaçı xx.xx.2025 - ci il tarixindən ünvan 1 ünvanında yerləşən 0,1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyri-yaşayış sahəsinin istifadəyə verilməsinə görə ödənilməli olan əmlak vergisini, həmin əmlakdan əldə edilən gəlirlərə görə ödənilməli olan vergiləri ödəməyi öz üzərinə götürür. 6. Tərəflər yuxarıda qeyd edilənləri imza ilə təsdiq edirlər. 7. Hazırkı Saziş tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb möhürləndiyi gündən qüvvəyə minir. Bu saziş hər biri eyni qüvvəyə malik 2 nüsxədə tərtib edilir. АR МPМ-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

İddiaçı və cavabdeh "xxxx" firması arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər hal-hazırda "xxxx" Firmasının balansında olan ünvan 2 ünvanında yerləşən 0,1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyri-yaşayış sahəsinin əldə edilməsinin və tikilməsinin birbaşa İddiaçı sərmayəsi hesabına həyata keçirildiyini qəbul edir.

2. Tərəflər razılaşır ki, ünvan 1 ünvanında yerləşən 0.1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına və gələcəkdə qeyd edilən əmlaka dair mülkiyyət hüququnun rəsmiləşdirilməsinin, yəni mülkiyyət hüququna dair müvafiq Çıxarışın İddiaçı adına verilməsinə razıdırlar.

3. 2(060)-2461/2025 saylı iş üzrə iddia qaldırıldığı tarixdən (xx.xx.2025-ci il tarixindən) ünvan 1 ünvanında yerləşən 0,1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına keçəcəyi tarixə qədər bağlanmış və ya bağlanacaq bütün əvəzli müqavilələrdən, o cümlədən "xxxx" Firması ilə “X1" MMC arasmda imzalanmış, xx.xx.2021 -ci il tarixli, 3M-553 N-li və "Qızıl – Gül” Firması ilə “Tam Store’’ MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 3M - 1812 N-li icarə müqavilələri də daxil olmaqla, icarə, kirayə və digər müqavilələrdən əldə ediləcək bütün gəlirlər üzərində İddiaçı mülkiyyət hüququ və haqqı tanınsın.

4. Tərəflər sözügedən əmlaka dair bağlanmış əvəzli müqavilələrdən, o cümlədən xx.xx.2021-ci il tarixli, 3N4-553 N-li və xx.xx.2023-cü il tarixli, 3M-1812 N-li icarə müqavilələrindən əldə ediləcək gəlirlərin İddiaçı bu Sazişdə qeyd olunan bank hesabına - AZ21UBAZ**********1010AZN001 (Unibank Sumqayıt filialı) ödənilməsinə dair razılaşırlar.

5. Bu Sazişlə müəyyən edilir ki, İddiaçı xx.xx.2025 - ci il tarixindən ünvan 1 ünvanında yerləşən 0,1668 ha torpaq sahəsi və üzərində yerləşən 1650 kv.m-lik qeyriyaşayış sahəsinin istifadəyə verilməsinə görə ödənilməli olan əmlak vergisini, həmin əmlakdan əldə edilən gəlirlərə görə ödənilməli olan vergiləri ödəməyi öz üzərinə götürür.

6. Tərəflər yuxarıda qeyd edilənləri imza ilə təsdiq edirlər.

7. Hazırkı Saziş tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb möhürləndiyi gündən qüvvəyə minir. Bu saziş hər biri eyni qüvvəyə malik 2 nüsxədə tərtib edilir. İddiaçı cavabdeh "xxxx" firmasına qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar