Məhkəmə qərarları › İş №2(060)-2496/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2496/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2496/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 11911,63 ABŞ dolları əsas borc, 2247,79 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14159,42 ABŞ dolları kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-DZ-*** dövlət qeydiyyat nişanlı, «Hyundai İX35» markalı (buraxılış ili 2012, Ban-KPTA0B18SEP179775, rəngi – AG UNİVERSAL) avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC BOKT-ə ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması və satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddia ərizəsi ilə birlikdə ərizə təqdim edərək, Cavabdeh məxsus «Hyundai İX35» markalı **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və DYP-nin cərimə meydançasında saxlanılması və istifadəsinin qadağan edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2496/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə «Hyundai İX35» markalı **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı QSC BOKT xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini və bütün növ iddia təmin tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasına gəlməməklərinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə qəbul olunmalı, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə olduqda məhkəmə hesab edir ki, əhəmiyyətini itirdiyindən iddia təmin etmə ləğv olunmalı, avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçının tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2496/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh məxsus «Hyundai İX35» markalı **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv olunsun. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar