Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2498/2021 01.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13.04.2011-ci il tarixli 03L000006764 saylı kredit xətti müqaviləsinin, 28.06.2019-cu il tarixli 03L000006764S saylı sazişin, 28.06.2019-cu il tarixli 003R********** saylı kredit razılaşmasının və 14.04.2020-ci il tarixli 003R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 15227,26 manat məbləğində kredit borcu, 1838,95 manat məbləğində faiz borcu və 2025,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19091 manat 44 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda 14/21 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 41,7 kv.m ümumi, 29.1 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 19 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə cəmi 19091 manat 44 qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh1 ümumi müştərək qaydada tutulması,Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda 14/21 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 41,7 kv.m ümumi, 29.1 kv.m yaşayış, 12.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 19 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 01.06.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda iddiaçının nümayəndəsi Aysel Əhmədova ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə» dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-2498/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2498/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver