Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2510/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X8 qızının, Üçüncü şəxs X2 vəkili və nümayəndəsi Abasov Nizami Noruz oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətininin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı X3 üçüncü şəxs qismində işə cəlb etməklə “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçıların vəkili X7 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı qismində göstərilmiş İddiaçı2 iddiaçı X1 qanuni nümayəndəsi kimi qəbul edilmişdir. X6 və Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏMDK-nm yanında DƏDRX-nın 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli arayışda bildirilir ki, ünvan 2 ünvanında yerləşən 68 nömrəli mənzil Sumqayıt Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi Şöbəsi tərəfindən verilmiş 14.10.1975-ci il tarixli, 12/267 saylı order və 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 18.01.2019-cu il tarixli, 202 nömrəli mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 nömrəli forma) və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzil özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı1 Əzizağa oğlunun adına qeydiyyata alınmış, İddiaçı1 Əzizağa oğlu 23 mart 2018-ci ildə vəfat etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1648/2020 saylı 11 mart 2020-ci il tarixli qətnaməsi ilə dövlət əmlakını ələ keçirmiş Cavabdeh2 iddiası təmin edilərək iddiaçıların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. İddiaçılar mənzil özəlləşdirilərkən həmin mənzildə qeydiyyatda olmuşlar və həmin mənzil istifadələrində olan yeganə yaşayış sahəsidir. Hesab edirlər ki, mənzil özəlləşdirilərkən qanunvericiliyn tələbləri pozulmuşdur. Belə ki, ölmüş şəxsin adına mənzilin özzəlləşdirilməsi qanunsuz və yol verilməzdir. Bundan sonra iddiaçıların nümayəndəsi və vəkili X4 vəsatəti ilə iddiaçılar İddiaçı1 və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı2 əsl iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini müdafiə edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək icraata xitam verilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Göründüyü kimi araşdırılan mübahisə mülkiyyət hüququnun qeydə alındığı sənədlə bağlı olmaqla cavabdeh qismində inzibati orqan və onun tərəfindən aparılmış qeydiyyat mübahisələndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən DƏDRX və onun ərazi idarələri inzibati orqan hesab edilir. İddia tələbinin əsasından da göründüyü kimi iddiaçı ölmüş şəxsin adına özəlləşdirmənin aparılmasının və mənzilə mülkiyyət hüququnun qeydə alınmasının qanunun tələblərinə zidd olduğunu iddia edir, mənzilin özəlləşdirilməsi ilə bağlın inzibati orqanın hərəkətlərini mübahisələndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, araşıdırlan mübahisə mülki xarakterli münasibətlərin nəticəsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır». Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarından da göstərilmişdir. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarından qeyd olunmuşdur ki, Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eləcə də İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd olunan hüquq normalarına istinadən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlıdır. İddiaçı qeydiyyatın inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirmişdir. Mübahisə bilavasitə inzibati orqanın hüquqdan irəli gələn səlahiyyətlərinin icrası ilə bağlı olmaqla, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə əsaslanmır. Qanunvericiliyin tələbinə görə bu halda işə baxılması mülki məhkəmə icraatına aid olmamaqla, inzibati icraata qaydasında baxılmalıdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətininin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı X3 üçüncü şəxs qismində işə cəlb etməklə “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Almaz Süleymanova