Məhkəmə qərarları › İş №2(060)-2518/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2518/2022

20.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2518/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 20 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, nəvələri X1 02.12.2015-ci ildə və Usama Sabir oğlunun isə 27.02.2016cı ildə İraq Respublikasında doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, qızı X2 2010-cu ildə X4 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah olmamışdır. Onların faktiki nikahlarından 02.12.2015-ci il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. 2013-cü ildə qızı yoldaşı ilə birlikdə İraq Respublikasına getmiş və geri qayıtmamışdır. Qızı orada X6 adlı şəxslə də faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin şəxsdən 27.02.2016-cı il təvəllüdlü Usama Sabir oğlu dünyaya gəlmişdir. Qızının hər iki övladı İraq Respublikasının Bağdad şəhərində yerləşən kimsəsizlər evində aşkar olunmuşdur. Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin vasitəsilə nəvələri Azərbaycan Respublikasına gətirilmişdir. Bundan sonra o, Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək nəvələrinin üzərində qəyyum təyin olunmağını xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin 04.11.2021-ci il tarixli sərəncamı ilə o, nəvələri 02.12.2015-ci il təvəllüdlü X5 və 27.02.2016-cı il təvəllüdlü Usama Sabir oğlu üzərində qəyyum təyin edilmişdir. Bildirir ki, nəvələrinin doğumu bu günə kimi qeydə alınmamışdır. Ona görə də o, Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək nəvələri 02.12.2015-ci il təvəllüdlü X5 və 27.02.2016-cı il təvəllüdlü Usama Sabir oğlunun doğumunun qeydə alınmasını xahiş etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona yazılı şəkildə bildirilmişdir ki, “Azərbaycan Respublikası Naziriər Kabinetinin 31.10.2003-cü il tarixii 145 nömrəli Qəranna əsasən təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın doğumun qeydə alınması bölməsinin 2.5.4-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənərda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Siz göstərilən sənədi təqdim edə bilmədiyinizə görə, bu Qaydaların 2.6-cı bəndinə müvafiq olaraq doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyiniz xahiş olunur”. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, doğum faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Doğum faktının müəyyən olunması ona nəvələrinə doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə il eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, qızı hələ də İraqdadır və yayda bura gəlməlidir. Onun himayəsində orada daha bir uşağı var. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 04.11.2021-ci il tarixli, 676 nömrəli sərəncamının surətindən görünür ki, Ərizəçi nəvələri 02.12.2015-ci il təvəllüdlü X5 və 27.02.2016-cı il təvəllüdlü Usama Sabir oğlunun üzərində qəyyum təyin edilmişdir. X5 02.12.2015-ci il tarixdə, Usama Sabir oğlu 27.02.2016-cı il tarixdə İraq Respublikasında doğulmuşdur. (İş materiallarına əlavə olunmuş AA0148265 və AA0148266 nömrəli qayıdış şəhadətnamələrin surətinə əsasən) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 18 yanvar 2022-ci il tarixli, 05/Q-228/15 nömrəli məktubundan görünür ki, Ərizəçi nəvələrinin doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə Ərizəçi qəyyumu olduğu nəvələri X5 02.12.2015-ci ildə, Usama Sabir oğlu isə 27.02.2016-cı ildə İraq Respublikasında anadan olmuşdur. Bu fakt iş materiallarında olan X3 və Usama Sabir oğluna məxsus qayıdış şəhadətnamələri, ərizəçinin izahatı və digər iş materialları ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 02.12.2015ci ildə, Usama Sabir oğlunun isə 27.02.2016-cı ildə İraq Respublikasında doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X1 02.12.2015-ci ildə, Usama Sabir oğlunun isə 27.02.2016-cı ildə İraq Respublikasında doğulması faktı müəyyən olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar