Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-252/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin, 65 saylı mənzili Azərbaycan SSR Sumqayıt şəhər, Zəhmətkeş deputatlar Soveti icraiyyə komitəsi tərəfindən 12/261 saylı orderlə ailə üzvləri ilə birlikdə iddiaçıya verilmişdir. Cavabdeh1 iddiaçının oğlu, digər Cavabdeh2 isə iddiaçının nəvəsidir. xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri, 10 saylı MKS-nın və qonşuların tərtibi haqqında aktdan da görünür ki, 2002-ci ildən cavabdehlər həmin ünvanda yaşamırlar. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin 1 və 3-cü məhəllələri üzrə 1 saylı məhəllə komitəsinin sədri Xəlil Abbasovun verdiyi arayışdan da görünür ki, Cavabdeh1 ailə üzvləri üzrə birlikdə digər cavabdehlə birlikdə Sumqayıt şəhəri, X16 1-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. 20 ildən çoxdur ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Hal-hazırda onların faktiki yaşayış yeri oİduğundan cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 65 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Sumqayıt şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, 12/261 nömrəli orderə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 65, mənzil 34 İddiaçı verilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2003-cü ildən etibarən X11, X5, X4, X8, Cavabdeh2, X6, X9, Cavabdeh1 ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, 65 saylı mənzildə qeydiyyatdadırlar.
11. İş materiallarında olan 10 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası Əliyeva Sənəm, X2 və X7 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, ünvan 2-də qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 2002-ci ildən göstərilən ünvanda hal-hazıra kimi yaşamırlar.
12. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 65 saylı mənzilin hüquqi rejiminə dair məlumat verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 65 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
13. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 841 saylı arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 842 saylı arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır.
15. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi X16 1-3-5-ci məhəllələr üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1, X19 oğlu və Cavabdeh2 Sumqayıt şəhəri, X16, məhəllə 1-də qeydiyyatsız yaşayırlar.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil 1975-ci ildə dörd nəfər ailə tərkibi ilə İddiaçı istifadəsinə verilmiş, mənzilin icarədar İddiaçıdur. Cavabdehlər icarədarın ailə üzvü kimi həmin ünvanda yaşamışlar, lakin hazırda həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq, xeyli müddətdir ki, (iyirmi üç ilə yaxındır) həmin mənzildən köçüb getmişlər. Cavabdehlər özlərinə məxsus daimi yaşayış yeri olmaqla, ailələri ilə birlikdə özlərinə məxsus digər ünvanlarda yaşayırlar.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
21. Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. İş üzrə toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iyirmi üç ilə yaxındır ki, mübahisə predmeti olan mənzildə yaşamırlar. Cavabdehlər özlərinə başqa yaşayış yeri seçməklə bu ünvanda qeydiyyatları formal xarakter daşıyır.
23. Məhkəmənin hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən uzun müddət və davamlı olaraq könüllü istifadə etməmələri yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddia əsaslı hesab edilməli və təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 65 saylı mənzilinə istifadə hüquqları itirilimiş hesab edilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, 34 saylı evin 65 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva