Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2521/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X18 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən ümumi sahəsi 17 kvadrat metr olan 8 saylı mənzil order əsasında ona məxsusdur. Həmin mənzil köhnə yataqxana binasında yerləşir. Cavabdeh ilə o uzun müddət qonşu olmuşlar. X5 sonar o ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçməyə qərar vermiş, bu zaman qonşuları olan cavabdeh əlil övladı olduğunu, onunla məşğul olmaq üçün fərdi müəllim tutduğunu, lakin ev şəraiti yaxşı olmadığına görə çətinlik çəkdiyini ona bildirmiş və ondan xahiş etmişdir ki, ona məxsus mənzili müvəqqəti olaraq onun istifadəsinə versin. O da heç bir kirayə və digər ödəniş almadan həmin mənzilə özləri qayıdana qədər onun istifadə etməsinə narazılıq etməmişdir. Həmin zaman onların çox yaxşı münasibətləri olmuşdur. 2003-cü ildə o, iki övladı ilə birlikdə sözügedən yataqxanaya qayıtmalı olmuşdur. Bu zaman mənzilini cavabdehdən tələb etdikdə o, özünəməxsus 14 saylı mənzili ona təklif edərək ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada məskunlaşsın. Səbəb olaraq isə göstərmişdir ki, ona məxsus olan 8 saylı mənzil və özünün yaşadığı 9 saylı mənzil qonşuluqda yerləşdiyi üçün uşağının bütün şəraitini bu formada uyğunlaşdırmışdır. Mənzili qaytarmaq ona çətinlik yaradır. Hal-hazırda 20 ilə yaxın bir müddətdir ki, o 14 saylı mənzildə məskunlaşmış və özünə məxsus olan 8 saylı mənzildən istifadə edə bilmir. Yaşının çox olması ilə əlaqədar gələcəkdə vərəsələrinə miras əmlakın qalması üçün mənzili özəlləşdirmək niyyətindədir. Bununla bağlı müvafiq quruma müraciət etmişdir. Mənzilin qaytarılması ilə bağlı bu yaxınlarda cavabdehə müraciət etsə də, ona kəskin formada mənzili qaytarmayacağını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ona məxsus H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən 8 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, iddia tələbinin əsası isə həmin mənzil sahəsinə köçmək üçün yeganə əsas olan SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu Rayon Mənzil İstismar Hissəsinin 37/1095 nömrəli, 30 avqust 1982-ci il tarixli orderə əsasən iddia ərizəsinin təmin edilməsidir. İddiaçı Mənzil İstismar Hissəsi tərəfindən ona order verildiyini bildirdiyi üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A ünvanda da yerləşən yataqxana binasındakı mənzil sahələrinin, o cümlədən 8 saylı mənzilin Sumqayıt şəhəri yaxud Nasoslu qəsəbəsi XDS İK-nin qərarı ilə xidməti yaşayış sahəsi sırasına daxil edilməsi, hərbi qulluqçu kimi Mənzil İstismar Hissəsində xidmət etməsi, yaxud fəhlə və ya qulluqçu kimi işləməsi, hərbi qulluqçu kimi yoxsa fəhlə və ya qulluqçu kimi xidməti yaşayış sahəsinin verilməsi, qoşun hissəsinin komandanlığı, yaxud qoşun hissəsinin komandanlığı ilə müvafiq həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə ona xidməti yaşayış sahəsinin verilməsi iddiaçının sübutetmə predmetinə daxildir. İddiaçı ərizəsində orderin ona verməsini hesab etdiyi SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu Rayonu Mənzil-İstismar Hissəsində xidmət edib-etməməsi, yaxud fəhlə, qulluqçu kimi onun tabeliyində olan Mənzil-İstismar sahəsində işləyib-işləməməsini, işləyibsə işə qəbul və işdən çıxma tarixini göstərməklə hansı vəzifədə işləməsini, xidmətdən və ya işdən üzrlü səbəblər olmadan öz arzusu ilə və ya başqa əsaslara görə çıxarılmasını, mənzilin xidməti yaşayış sahəsi kimi verilib-verilməməsini, orderin verilməsinə əsas olmuş qoşun hissə komandanlığının və ya qoşun hissə komandanlığı ilə müvafiq həmkarlar komitəsinin qərarı ilə verilməsini bildirməmiş və həmin qərarı iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda yataqxana binasının xidməti yaşayış sahəsi sırasına daxil edib kimi Mənzil İstismar Hissəsinə verilməsi barədə Sumqayıt şəhər XDS İK, yaxud Nasoslu qəsəbəsi XDS İK-nin qərarını iddia ərizəsini əlavə etməmişdir. Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil İstismar Hissəsisi tərəfindən order verildiyi üçün müstəqil tələf sürməyən 3-cü şəxs kimi işə cəlb edilməlidir. Bu məsələlərin aydınlaşdırılması məqsədi ilə Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil İstismar hissəsinə göndərilmiş sorğuya cavab alınmamışdır. Bu məsələlərin ayındlaşdırılması işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alıb hazırlıq iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin olunması üçün zəruri sübutlar əldə olunmuş və iş materiallarına əlavə olunmuşdur. Məhkəmədən idda tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Mənzil-İstismar təşkilatından arayış vardır ki, nümayəndəsi olduğu İddiaçı hal-hazırda 2A, mənzil 14 ünvanında qeydiyyatsız yaşayır. Qarşı tərəfin qonşuların iştirakı ilə tərtib edilmiş akt vardır. O aktdan onlarda da vardır. Qonşuların iştirakı ilə tərtib etmişlər. Lazım olsa həmin aktın surətin təqdim edə bilər. Həmin akta qol çəkən şəxslərə qarşı münasibətdə isə bildirir ki, Hacıyeva Mehriban, Bəbirova İzzət, Niftəliyeva Gülxanım və Quliyeva Gülnarə həmin cavabdeh şəxsin öz işçiləridir. Tabeliyində olan şəxslərdir. Rəcəbova Nigar və Ağaliyev Sahib ümumiyyətlə həmin binanın qarşısında olan həyət evlərində yaşayırlar. Həmin binada yaşamırlar. Quliyeva Gülnarə və Qəhrəmanova Səmayə ümumiyyətlə qonşuluqdakı digər binalarda yaşayırlar. Hesab edir ki, onların mənzilə kifayət qədər hüququ vardır. Bu orderlə təsdiq olunur. Eyni zamanda Dövlət də həmin şəxsi mənzildə qeydiyyatda hesab edir. Razılaşmaya əsasən 14 saylı mənzildə 1982-ci il tarixdən 1995-ci il tarixə qədər həmin ünvanda yaşamışdır. Ailə vəziyyəti ilə əlaqədar 1995-ci il tarixdən 2001-ci il tarixə qədər Sumqayıt Şəhərindən köçmüşdür. 2001-ci il tarixdən həmin mənzildə yaşayır. Qarşılıqlı razılıq şifahi razılıqdır. Hazırda 14 saylı mənzildə yaşayır. Mənzil boşaldılan kimi onlar ünvanı tərk edib oraya köçəcəkdir. Keçən məhkəmə iclasında bildirmişdir ki, İddiaçı həyat yoldaşına ev verilmişdir. Əri zavodda işləmiş və ona verilmişdir. 1982-ci il tarixdə həyat yoldaşı vəfat etdiyinə görə order İddiaçı adına keçmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 8 saylı mənzil onlara məxsusdur. Cavabdehin həmin mənzildən çıxarılmasını xahiş etmişdir. İddiaçının təqdim etdiyi order və 1982-ci il tarixdə mənzilin protokolunun ona verilməsini əsas gətirərək mübahisləndirdiyi üçün hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə 2009-cu il tarixdə qəbul edilmiş Mənzil Məcəlləsi ilə tənzilmlənməlidir. İddiaçı tərəfindən verilən orderdə nömrə göstərilməmişdir. İddiaçı hərbi hissədə nə hərbiçi, nə də işçi kimi işləməmişdir. 14 saylı mənzillə bağlı heç bir məlumat yoxdur. 2000-ci il tarixdən cavabdeh həmin mənzildə yaşayır. Xidməti mənzilin verilməsi üçün qərar verilmədiyindən order etibarsızdır. Orderin etibarsızlığını mübahisələndirmək onların səlahiyyətində deyildir. Hesab edir ki, iddiaçının iddia qaldırmaq üçün sübutları olmalıdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu rayon Mənzil İstismar Hissəsinin 37/1095 nömrəli, 30 avqust 1982-ci il tarixli orderdən görünür ki, İddiaçı adına 17-ci kvartal, 8-ci dom, 2A nömrəli mənzil onun adına verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 2 Vəkil Bürosu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayonu Mənzil-X13 270 və 294 nömrəli sorğular göndərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayonu Mənzil- İstismar Hissəsinin xx.xx.2023-cü il tarixli, 512 nömrəli göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, İddiaçı Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsində işləməmişdir. İddiaçı verilmiş 37/1095 nömrəli 30 avqust 1982-ci tarixli order sənədinin verildiyi hissənin komandanlığı və müvafiq həmkarlar İttifaqı Komitəsinin birgə qərarı barədə hər hansı sənəd Mənzil-İstismar Hissəsinin arxivində yoxdur. Həmin orderdə qərarın nömrəsi göstərilməmişdir. Onun Sumqayıt şəhəri, Nasoslu qəsəbəsi, Kurçatov küçəsi, 2A saylı 8 saylı mənzildə yaşamasını təsdiq edən sənəd Mənzil-İstismar Hissəsinin arxivində yoxdur. Sözü gedən illərdə tərtib edilmiş qərarların və protokolların saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Araşdırma zamanı onun həmin mənzildə yaşaması müəyyən edilməmişdir. Cavabdeh 10 noyabr 1997-ci il tarixdən Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil İstismar Hissəsinin 1 nömrəli Mənzil İstismar sahəsində texnik vəzifəsində işləyir. Müdafiə Nazirliyi Tağıyev Rayon Mənzil İstismar Hissəsi, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar ittifaqı Komitəsi və Müdafiə Nazirliyi Tağıyev Rayonu Mənzil İstismar Hissəsinin Həmkarlar Komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixli 3 nömrəli protokol ilə “Tağıyev-3” hərbi şəhərciyi Kurçatov küçəsi, 2(8) saylı otaq göstərilməklə 9 saylı mənzil Cavabdeh verilmişdir. Sözü gedən illərdə tərtib edilmiş qərarların və protokolların saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Buna görə həmin sənəd Mənzil-İstismar Hissəsinin arxivində yoxdur. Araşdırma zamanı Cavabdeh 1990-cı ilin may ayından bu günədək ailə üzvləri ilə birlikdə iki otaqlı Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2 A, mənzil 9- da yaşayır. Bildirir ki, İddiaçı və Cavabdeh adına Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 14 ünvanına qeyd olunmuş hər hansı bir sənəd yoxdur. Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 8, 9 ünvanına olan mənzil kirayəsi və məişət tullantılarının daşınmasına görə yaşadığı gündən 2022-ci ilin dekabr ayının sonunadək Cavabdeh tərəfindən ödənilmişdir. ünvan 3 ünvanı ünvan 4yış sahəsi kimi 1957-ci ildən Müdafiə Nazirliyinin balansındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar hissəsinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli arayışından görünür ki, mülki işçi Cavabdeh 10 noyabr 1997-ci il tarixdən 1 nömrəli Mənzil-İstismar sahəsində texnik vəzifəsində işləyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar hissəsinin xx.xx.2023-cü il tarixli, 17 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 270 nömrəli sorğuya cavab olaraq bildirir ki, İddiaçı Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsində işləməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar hissəsinin xx.xx.2023-cü il tarixli, 90 nömrəli arayışından görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Hacı Zeynalabdin qəsəbəsi, Çərkəz Qurbanov küçəsi, ev 2A, mənzil 14 ünvanına 2022-ci ilin dekabr ayının sonunadək mənzil haqqı və məişət tullantılarının daşınmasına görə ödənişi İddiaçı etmişdir. 2023-cü ilin yanvar ayından isə ödənişi Çərkəz Qurbanov küçəsi, ev 2A mənzil 6 ünvanına etmişdir. Hacı Zeynalabdin qəsəbəsi, Çərkəz Qurbanov küçəsi, ev 2A, mənzil 8,9 ünvanına 2022-ci ilin dekabr ayının sonunadək mənzil haqqı və məişət tullantılarının daşınmasına görə ödənişi X6 etmişdir. Hacı Zeynalabdin qəsəbəsində Hacıyev Mehriban, Rəcəbova Nigar, Salmanova Zivər, Qədimov Vüqar, Bəbirova İzzət, Niftəliyeva Gülxanım, Ağaliyev Sahib, Quliyeva Gülnarə, Qəhrəmanova Səmayə, Paşayev İmaməddin qızı tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 8,9 ünvanında Məmmədova (Bahəddinova) Qızxanım Cəlal qızı ailəsi ilə birlikdə 1990-cı ilin may ayından etibarən yaşayırlar. Cavabdeh 1997-ci il oktyabr ayından Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsində dalandar vəzifəsində işləmişdir. 2004-cü ilin oktyabr ayının 1-dən hazırki zamana qədər bu idarədə texnik vəzifəsində işləmişdir. Həyat yoldaşı X10 1 nömrəli Mənzil-İstismar sahəsində uzun müddət qaynaqçı vəzifəsində işləmişdir. X3 uzun müddətdir ki, N saylı hərbi hissənin hərbi qulluqçusudur. 2016-cı il döyüşləri və 2020-ci il 44 günlük müharibə iştirakçısı olmuş, müharibə veteranıdır. X2 2017-ci il tarixdən 2022-ci ilin sonunadək 1 nömrəli Mənzil-İstismar sahəsində işləmişdir. Hal-hazırda Cavabdeh ailəsi ilə birlikdə göstərilən ünvanda yaşayırlar. Bütün kommunal xərclərini özü ödəyir. X12 Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 8 ünvanında həqiqətən də heç bir zaman yaşamamışdır. Mənzil-Məişət Komissiyası tərəfindən verilmiş 3 saylı protokoldan görünür ki, məsələ ilə bağlı mənzil komissiyasının üzvü çıxış edərək bildirmişdir ki, 1 saylı işlər idarəsindən xx.xx.1996-cı il tarixli 124 saylı məktubla X1 yaşayış sahəsinə ehtiyac barədə müraciət etmiş və yataqxana Kurçatov küçəsi, ev 2 A, mənzil 9 ünvanının boş olması bildirilərək onun ora yerləşdirilməsini xahiş etmişdir. X1 yataqxana Kurçatov küçəsi, ev 2 A, mənzil 9 ünvanındakı sahəsi 36,5 kvadrat metr olan 2 otaqlı yataqxanaya yerləşdirilməsi təklif olunmuşdur. Təklif isə yekdilliklə qəbul olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 299 nömrəli arayışından görünür ki, Cavabdeh Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 9 ünvanında qeydiyyatdadır və yaşayır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 9 ünvanında yaşayan vətəndaş Cavabdeh ailə üzvləri 3 nəfərdən ibarət olmaqla onlar- 1959-cu il təvəllüdlü həyat yoldaşı X10, 1986-cı il təvəllüdlü oğlu X9, 1990-cı il təvəllüdlü X2dır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar hissəsinin xx.xx.2023-cü il tarixli, 511 nömrəli sorğuya cavab olaraq verilmiş məlumatından görünür ki, Cavabdeh 10 noyabr 1997-ci l tarixdən Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsində texnik vəzifəsində işləyir. İddiaçı dediyinə görə yoldaşı X19 hərbi zavodda işlədiyi müddətdə Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 8 ünvanına order sənədi verilmişdir. Yoldaşı rəhmətə getdikdən sonra 1982-ci ildə order onun adına keçirilmişdir. “Tağıyev-3” hərbi şəhərciyi, Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 8 ünvanı 37/1095 nömrəli 30 avqust 1982-ci il tarixli order sənədi əsasında İddiaçı, “Tağıyev- 3” hərbi şəhərciyi, Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 9 ünvanı ünvanı xx.xx.2000-ci il tarixli 3 nömrəli protokol sənədi əsasında Cavabdeh məxsusdur. Qeyd etmək istəyir ki, nə İddiaçı, nə də Cavabdeh adına Ç.Qurbanov küçəsi, ev 2A, mənzil 14 ünvanına heç bir sənəd yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 mart 2023-cü il tarixli, 3-21-3-31/2-819/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə arayışdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni zamanda, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu rayon Mənzil İstismar Hissəsinin 37/1095 nömrəli, 30 avqust 1982-ci il tarixli orderdən görünür ki, İddiaçı adına 17-ci kvartal, 8-ci dom, 2A nömrəli mənzil onun adına verilmişdir. Mübahisəli H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən 8 saylı mənzili qanuni əsaslarla İddiaçı istifadəsinə keçmiş və adı çəkilən order əsasında onun qeydiyyata alınmışdır. Mübahisəli mənzilin order əsasında iddiaçının manesiz istifadə və yaşamaq hüququ cavabdeh tərəfindən işin mübahisə edilməyən halı olaraq (qarşılıqlı razılıq əsasında digər yaşayış ünvanında 14 saylı mənzildə yaşayaraq) yaşadığı ünvanı tərk etməsi cavabdehin müdaxiləsi və hazırda etiraz edərək mənzildən çıxmaması üçün əsas yaratmır.Bundan əlavə cavabdeh tərəfindən iddia tələbinə etiraz edərək gətdiyi dəlillər iddia tələbinin əsaslılığına xələl gətirməyərək, etirazın əsasları təsdiq olunmamış, verilmiş iddia tələbinin etirafı kimi qiymətləndirilərək, iddiaçının iddia tələbinin hüquqi əsasının sübut olunmasına şərait yaratmışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili orderin protokol əsasında ayrılmasını mübahisələndirərək, ayrılmış “8” və “9” saylı mənzillərin orderdə nömrənin göstərilməməsi barədə gətirdiyi əsas qanuni hesab edilməyərək, iddia tələbinin sübuta yetirilməməsi üçün əsas deyildir. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir.Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbinin əsası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut olunduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 99-cu maddəsinə əsasən yaşayış sahəsi orderi almış şəxslərin hüquqa uyğun olmayan hərəkətləri nəticəsində order etibarsız hesab edildikdə, bu şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Orderdə göstərilmiş vətəndaşlar əvvəllər dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən istifadə etmişlərsə, onlara əvvəl qaldıqları yaşayış sahəsi və ya digər yaşayış sahəsi verilməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iş materiallarında olan sənədlərə, iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilən hallara əsaslanaraq hesab edir ki, işin mübahisəsiz halı İddiaçı order əsasında ayrılmış mənzilə köçməsi iş materialları əsasında təsdiq olunmuşdur. Cavabdeh etirazının əsası məhkəmə tərəfindən əsassız hesab edilərək, qanunvericiliyin tələbinə ziddir. Belə ki, order əsasında olan mənzillərin heç bir hüquqi əsası olmadan şifahi razılaşma əsasında (iddiaçının yaşamaması və sair) cavabdehin gətirdiyi dəlilləri əsaslı hesab etməyərək, iddiaçının mənzildə müəyyən müddət yaşamaması həmin mənzilə özbaşına daxil olaraq formal mülahizələrlə yaşamaq hüququ vermir. Bu baxımdan məhkəmə iddia tələbini əsaslı saymaqla, mübahisələndirilən iddiaçıya order əsasında ayrılmış mənzildən Cavabdeh əşyaları ilə birliktə çıxarılması və mənzilin tam olaraq boşaldılması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Məhkəmə iş materiallarında olan sənədlərə əsasən bu qənaətə gəlir ki, iddiaçının order əsasında ayrılmış mənzilə köçməsi onun mənzilə dövlət qeydiyyatına alınmaqla təsdiq edilmiş, bundan əlavə cavabdehin mübahisəli mənzildə hansı əsaslarla yaşaması, onun mənzilə hər hansı hüququnun yaranması müəyyən edilmir. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən 8 saylı mənzildən Cavabdeh əşyaları ilə birliktə çıxarılmalı və mənzil boşaldılmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 2A-da yerləşən 8 saylı mənzilindən əşyaları ilə birliktə çıxarılsın və həmin mənzil boşaldılsın. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2521/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2521/2023
03.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver