Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2523/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi , İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun övladları 25 aprel 2009-cu il təvəllüdlü X5 və 27 avqust 2010-cu il təvəllüdlü Əhmədli Leyla Emin qızının Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 2A mənzil 18-dən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İş üzrə cavabdeh Əhmədov Cavabdeh iddiaçının qardaşıdır. O, ilə 20 dekabr 2006-cı ildə X4 nikaha daxil olmuşdur. Onların nikahından 25 aprel 2009-cu il təvəllüdlü X5 və 27 avqust 2010-cu il təvəllüdlü Əhmədli Leyla Emin qızı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(060)-10592/2017 saylı qətnaməsi ilə X2 Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi təmin edilərək 25 aprel 2009-cu il təvəllüdlü X5 və 27 avqust 2010-cu il təvəllüdlü Əhmədli Leyla Emin qızının yetkinlik yaşma çatanadək hər ay hər uşaq üçün 137 manat, cəmi 274 manat alimentin Cavabdeh tutularaq X3 ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(060)-3122/2020 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq iddiaçının X3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” tələbi təmin edilərək cavabdeh X2 Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 2A mənzil 18-ə olan istifadə hüququna xitam verilməsi və həmin qətnamənin göstərilən şəxsin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasının qət edilməsini bildirilmişdir. İş materiallarına əlavə edilmiş səndlərin surətindən göründüyü kimi, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 2A mənzil 18 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh və onun övladları 25 aprel 2009- cu il təvəllüdlü X5 və 27 avqust 2010-cu il təvəllüdlü Əhmədli Leyla Emin qızı 2 ildən artıq müddətdir iddiaçının mülkiyyətində olan mənzildə yaşamırlar. Cavabdeh və onun övladları 25 aprel 2009-cu il təvəllüdlü X5 və 27 avqust 2010-cu il təvəllüdlü Əhmədli Leyla Emin qızının Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 2A mənzil 18-dən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasında iddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi ******* saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü Əhmədli Leyla Emin qızı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3122/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 ünvan 1-ə olan istifadə hüququna xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 2A mənzil 18 mülkiyyət hüququ ilə iddiamı İddiaçı məxsusdur. Bundan əvvəl mənzil Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyat və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 13 noyabr 1999- cu il tarixli 25/156 saylı order əsasında iddiaçının atası X1 istifadəsinə verilmişdir. Atası öldükdən sonra 21 noyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqnda şəhadətnamə əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququ 29 mart 2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdeh həmin mənzilə istifadə hüququ yaranmışdır. Daha sonra cavabdeh mənzili tərk etmiş, həmin müddətdə fasiləsiz olaraq mübahisəli mənzildə yaşamamışdır. Cavabdeh və onun uşaqları 2 ildən artıqdır ki, iddiaçının mülkiyyətində olan mənzildə yaşamadıqlarından, onların mənzildə pasport qeydiyyatları formal xarakter daşıyır. Cavabdehin və onun azyaşı uşaqlarının mənzildə formal olaraq pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən - yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və onun övladları 25 aprel 2009-cu il təvəllüdlü X5 və 27 avqust 2010-cu il təvəllüdlü Əhmədli Leyla Emin qızının Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivində yerləşən 2A saylı evin 18 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2523/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2523/2022
02.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver