Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-253/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1, 3-cü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yataqxanaya köçürülmə və cavabdehlər tərəfindən olunan manelərin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu azyaşlı övladları 07 mart 2009-cu il təvəllüdlü X3 və 10 iyun 2012-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri 18ci məhəllədə yerləşən 3 saylı yataqxananın 30 saylı evinin 32 və 34 saylı otaqlarına köçürülməsi və cavabdehlər tərəfindən olunan manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, İddiaçı, azyaşlı övladları 07 mart 2009-cu il təvəllüdlü X3 və 10 iyun 2012-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri 18-ci məhəllə, H.Əliyev prospektində yerləşən 3 saylı yataqxananın 30 saylı evinin 34 saylı otagına istifadə hüququnun tanınması, həmin otağa köçürülməsi və cavabdehlər tərəfindən olunan manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh3 ilə 22 oktyabr 2007-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 07 mart 2009-cu il təvəllüdlü X3 və 10 iyun 2012-ci il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. O, 2007-ci il tarixdə cehiz əmlakları ilə birgə qaynatasına məxsus Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 3 saylı yataqxanasının 32 və 34 saylı otaqlarına gəlin köçmüşdür. Gəlin köçərkən hər iki otaq təmirsiz, yaşamaq üçün əlverişsiz şəraitdə idi. Birgə nikah dövrü zamanı yoldaşı ilə həmin yataqxananın 34 saylı otağına əlavə tikililər tikmişlər. 32 saylı otaq bir otaqdan ibarətdir, əlavə heç bir şəraiti isə yoxdur. Artıq 13 ilə yaxındır ki, onlar həmin ünvanda yaşayır və bərabər təsərrüfat aparmışlar. 2022-ci il tarixdə cavabdehlə aralarında bəzi münaqişələr yaranmışdır. O, nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbi iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İş məhkəmə mübahisəsi mərhələsində olandan bəri qaynanası onları yaşadıqları otağın qıfılını dəyişərək ona və uşaqlarına da 34 saylı otaqda yaşamaqlarına maneə yaratmışdır. 30 saylı otaq şəraitsiz və bir balaca otaqdan ibarətdir. Həmin otaqda iki uşaqla yaşamaq mümkün deyildir. O uşaqları ilə birlikdə yataqxanada qeydiyyatdadırlar. Həmin evlərin ayrıca girişləri olsa da, otaqlara içəridən də qapı var. Onlar hər iki otaqdan istifadə etmişlər. Lakin o, gəlin gəldiyi 34 saylı otağa köçməsini istəyir. İddiaçı, nümayəndələri Nümayəndə1 və Vəkil2 iddia tələbini hər biri ayrılıqda müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi Vəkil1 iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı Cavabdeh3 ilə birlikdə 2007-ci ildə ailə qurmuşlar və İddiaçı Sumqayıt şəhəri, 18-ci məhəllə, H.Əliyev prospekti, Yataqxana 3, ev 30, otaq 32-yə köçərək Cavabdeh3la həmin mənzildə yaşamışdır. Cavabdeh1 işlədiyi Boru-prokat zavodunun rəhbərliyinin və Həmkarlar təşkilatının ümumi yığıncağının 24 oktyabr 1989-cu il tarixli, 17 №-li Qərarına əsasən 3 saylı Yataqxana, ev 30, mənzil 34 ona və ailəsinə yaşamaq üçün verilmişdir və 1989-cu ildən bu günə kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fasiləsiz olaraq 34 nömrəli mənzildə yaşayırlar. Qonşuluqda yerləşən 32 nömrəli mənzil 2007-ci ildən İddiaçı və Cavabdeh3 istifadələrindədir, 32 nömrəli mənzildə onlar ər-arvad və 2 uşaqları ilə birgə yaşamışlar, hazırda da İddiaçı 2 uşağı ilə birlikdə yaşayır. Cavabdeh1 1989-cu ildən 3 saylı Yataqxananın 34 nömrəli mənzilinə köçdükdən 1-2 il sonra həmin otağın eyvanında özləri üçün kiçik hamam otağı düzəltdirmişdir. Bundan təxminən uzun illər sonra oğlu Cavabdeh3 İddiaçı ilə evlənmişdir və iddiaçı 32 nömrəli mənzilə gəlin gəlməsindən 15-16 əvvəl 34 nömrəli mənzilin hamam otağı var idi. İddiaçı İddiaçı iddia ərizəsində 34 nömrəli mənzildə hamam otağı, sanuzel tikməsi tamamilə yalan və uydurmadır. Ümumiyyətlə, gəlin gəldiyi ilk gündən İddiaçı 32 nömrəli mənzildə əri Cavabdeh3la qalmış, 34 nömrəli mənzilə onun heç bir aidiyyatı olmamışdır və heç vaxt 34 nömrəli mənzildən qonaq otağı kimi istifadə etməmiş, onun 34 nömrəli mənzildə heç bir əmlakı, əşyası olmamış və hazırda da yoxdur. 32 nömrəli mənzilə köçdüyü ilk gündən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə münasibətləri yaxşı olmamış, onlarla birgə təsərrüfat aparmamış, 34 nömrəli mənzilin hamam və tualetindən, ümumiyyətlə həmin otaqdan istifadə etməmiş, orada yemək bişirməmişdir. Cavabdehlər iddiaçı zavodan verilən qanuni orderlə yaşadıqları 34 nömrəli mənzilə İddiaçı buraxmamışlar, İddiaçı son bir günə kimi və hazırda da 32 nömrəli mənzildə 2 uşağı və əri R. Həsənovla yaşamış, yataqxananın ümumi hamam, tualeti və mətbəxindən istifadə etmişdir, heç vaxt cavabdehlərin yaşadıqları 34 nömrəli mənzildən istifadə etməmişdir. 32 və 34 nömrəli mənzillərin hər birinə Yataqxananın dəhlizindən ayrı-ayrılıqda giriş vardır. 1989-cu ildə Cavabdeh1 34 nömrəli mənzilə order aldıqdan və həmin mənzilə ailəsi və uşaqları ilə köçdükdən sonra, onun mərhum qaynı (1-ci Qarabağ müharibəsində şəhid olubdur) qonşuluqda yerləşən 32 nömrəli mənzili sənədsiz zəbt etmişdir, lakin orada yaşamamışdır və cavabdehlər 32 nömrəli otağa müəyyən köhnə əşyalarını yerləşdirmişlər və bu məqsədlə 32 nömrəli otaqla 34 nömrəli otağın arasında qapı qoymuşlar. Lakin 2007-ci ildə Cavabdeh3 iddiaçı İddiaçı ilə evləndikdən sonra, həmin otaqda olan əşyalarını oradan çıxarmışlar, İddiaçı və Cavabdeh3 32 nömrəlimənzilə öz əşyalarını yerləşdirmişlər, otaqların arasında olan qapı cavabdeh Cavabdeh1 tərəfindən içəridən bağlanmışdır və həmin vaxtdan otaqların arasında qapı qalsa da, 32 nömrəli mənzildən 34 nömrəli mənzilə keçid kimi istifadə olunmamışdır. Mənzillərin hər birinin ayrı-ayrılıqda təxminən 17-18 kv. metr sahəsi vardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1989-cu ildən hal-hazıra kimi 34 nömrəli mənzildə yaşayırlar, İddiaçı iddia ərizəsində qeyd edib ki, guya onlar Yaşıl Dərə adlanan ərazidə ev tikdiriblər, orada yaşayırlar, bu həqiqətə uyğun deyil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilk gündən Yataqxanın 34 nömrəli mənzilində yaşamışlar və bu gün də orada yaşayırlar. 34 nömrəli otaqda cavabdehlər Cavabdeh1 və arvadı Cavabdeh2 yaşayırlar, onların orada çarpayıları, bütün lazımi məişət avadanlıqları vardır, həmin otaqdan həm yataq, həm də qonaq otağı kimi istifadə edirlər. İddiaçı və onun yetkinlik yaşına çatmayan uşaqlarının 34 nömrəli otağa heç bir aidiyyatı yoxdur. İddiaçı Yerli icra hakimiyyəti orqanının balansında olan 32 nömrəli mənzili zəbt edərək oradan qanunsuz istifadə etməklə yanaşı, özgəsinin potensial mülkiyyətində olan 34 nömrəli mənzilə də qanunsuz şəkildə istifadə hüququ əldə etmək istəyir. İddiaçı və onun uşaqlarının Sumqayıt şəhəri, 18-ci məhəllə, H.Əliyev prospekti, Yataqxana 3, ev 30, 34 nömrəli mənzilə istifadə hüquqları yoxdur. Heç vaxt istifadə etmədiyi əmlaka dair şəxsin həmin əmlakdan istifadə hüququ tanına bilməz. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı 32 nömrəli mənzildə əşyaları ilə birlikdə uşaqları ilə birgə yaşayır. Bundan əlavə, Sumqayıt Şəhər Məhkəməsində baxılan İddiaçı Cavabdeh3 qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsinə əsasən 2(060)–54/2023 saylı mülki işin məhkəmə icraatı zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası tərəfindən İddiaçı uşaqları ilə qanunsuz şəkildə yaşadığı 32 nömrəli mənzili müayinə etmişlər və bu barədə komissiyanın tərtib etdiyi Müayinə aktında qeyd olunur ki, İddiaçı Sumqayıt şəhəri, 18- ci məhəllədə yerləşən yataqxana 3, otaq 32-də yaşayır. Sanitar qovşağı, sanuzel ümumi istifadədədir, mənzil mebel və digər zəruri əşyalarla təchiz edilmişdir, mənzilin şəraiti azyaşlıların yaşaması və sağlam böyüməsi üçün əlverişlidir. Müayinə aktından da görünür ki, İddiaçı ümumi istifadədə olan sanitar qovşağından, hamamdan istifadə edir, 32 nömrəli otağın şəraiti yaşayış üçün əlverişlidir. İddiaçı və onun uşaqlarının 34 nömrəli mənzildə əmlakı və avadanlığı yoxdur. İddiaçı dedikləri yalnız söz yığımından ibarətdir. İddiaçı azyaşlı övladları ilə birlikdə Sumqayıt şəhər MKTİB-nin balansında olan 3 saylı Yataqxananın 32 nömrəli mənzilində heç bir hüququ olmadan qanunsuz şəkildə yaşayır. İddiaçı 2007-ci ildə Cavabdeh3la nikaha daxil olmuş, bir müddət başqa ünvanda yaşamışlar, sonradan 3 saylı Yataqxananın 32 nömrəli mənzilinə köçərək yaşamışlar, 34 nömrəli mənzildə Cavabdeh1 və Cavabdeh2 yaşamışlar. Cavabdeh1 34 nömrəli mənzilin mülkiyyətçisi deyil, qanuni istifadəçisidir, o, İddiaçı 34 nömrəli mənzilə köçürməmiş, onun orada yaşamağına və onunla bərabər istifadə etməyinə icazə verməmişdir. İddiaçı əri Cavabdeh3la 32 nömrəli mənzildə ayrıca təsərrüfat aparmışlar, yataqxananın ümumi istifadədə olan sanitar qovşağından istifadə etmişlər. İddiaçı 32 nömrəli otaqda yaşadığı ilk gündən İddiaçı qayınanası Cavabdeh2 ilə münasibətləri kəskin olmuşdur, oğlunun İddiaçı ilə evlənməsinin qəti əleyhinə olmuşdur. Bununla yanaşı 1989-cu idən 34 nömrəli mənzilə sahiblik və istifadə hüququ olan Cavabdeh1 və Cavabdeh2 əmlak hüquqlarına toxunur, potensial mülkiyyətlərindən sərbəst şəkildə istifadə etmək hüquqlarını məhdudlaşdırır. Mənzildən istifadə hüququ iddiaçıya İddiaçı verilməsi yolverilməzdir ona görə ki, o, və uşaqları 34 nömrəli mənzildən heç vaxt istifadə etməmiş, cavabdehlər ilə birgə təsərrüfat aparmamışdır. 32 nömrəli otaqda sanitar qovşağın olmaması İddiaçı 34 nömrəli mənzildən istifadə hüququnun tanınması üçün əsas hesab edilə bilməz. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi və göstərdi ki, 18-ci məhəllə H.Əliyev prospekti, ev 30 yataqxana 3 Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 746 nömrəli, 01 noyabr 1999-cu il tarixli sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən 3 saylı yataqxananın 30 saylı evinin 34 saylı otağı Cavabdeh1 Boru-Prakat zavodunun rəhbərliyinin və Həmkarlar təşkilatı tərəfindən 24 oktyabr 1989-cu il tarixli 17 saylı verilmiş order əsasında verilmişdir. İddiaçının həmin orderdə ailə üzvü kimi göstərilməmişdir. Hazırda İddiaçı qeydiyyatı həmin yataqxananın 32-ci otağınadır və orada yaşayır. İş üzrə Cavabdeh3, Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri, nümayəndələrinin izahatını, dinləyib, iş materiallarını araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 22 oktyabr 2007-ci ildə Cavabdeh3 ilə nikaha daxil olmuş, bu nikahdan 07 mart 2009-cu il təvəllüdlü X3 və 10 iyun 2012-ci il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. İşdə olan Azərboru ASC tərəfindən 24 oktyabr 1989-cu il tarixli 17 saylı verilmiş orderdən müəyyən olunur ki, Sumqayıt şəhəri Dostluq küçəsində yerləşən 3 saylı yataqxananın 30 saylı evinin 34 saylı otağı Cavabdeh1 Şərbətəli oğluna arvadı və 3 övladı ilə birlikdə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İH 22 saylı MKS-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, akt tərtib ona görə ki, İddiaçı yataqxana 3, 30 saylı evin 32-ci otağında əşyaları ilə birlikdə 2 övladı ilə yaşayır. İşdə olan Sumqayıt şəhər İH-nin 22 saylı MKS-nin 25 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, 18-ci məhəllə H.Əliyev prospekti, ev 30 yataqxana 3 Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 746 nömrəli, 01 noyabr 1999-cu il tarixli sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Yataqxana binası əvvəllər X9 nəzdində olub. Yataqxana təhvil verilən zaman otaq 32, 34-də Cavabdeh1 Şərbətəli oğlu həyat yoldaşı və 3 övladı ilə birlikdə yaşayırdı. Bütün ailə 22 dekabr 1998-ci il tarixdən otaq 32-də pasport qeydiyyatındadır. Otaq 34 isə, Azərboru ASC tərəfindən 24 oktyabr 1989-cu il tarixli 17 saylı order əsasında Cavabdeh1 Şərbətəli oğluna verilmişdir. Hal-hazırda otaq 32-də qonşuların tərtib etdiyi akta əsasən Cavabdeh1 gəlini, İddiaçı, iki övladı 07 mart 2009-cu il təvəllüdlü F.R.Həsənzadə və 10 iyun 2012-ci il təvəllüdlü Ö.R.Həsənzadə ilə birlikdə yaşayır. Otaq 34-də isə Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayır. İşə əlavə olan 24 oktyabr 2022-ci il tarixli qonşuların tərtib etdiyi akta əsasən İddiaçı yataqxana 3, 30 saylı evin 32-a otağında əşyaları ilə birlikdə iki övladı ilə yaşayır. İş materiallarında olan AZE seriyalı, N-000***** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, yataqxana 3, H.Əliyev prospektində yerləşən 30 saylı evin 32 saylı otağında qeydiyyatdadır. İşdə olan İddiaçı mənzil-məişət və həyat şəraitinin müayinə aktından görünür ki, cavabdeh İddiaçı mənzil məişət və həyat şəraiti müayinə edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ qaynatası Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 3, otaq 32 ünvanında yaşayır. Mənzil 1 otaqdan ibarətdir. Mənzil yataqxana olduğundan sanitar qovşağı, sanuzel ümumi istifadədədir. Mənzil mebel və digər zəruri əşyalarla təchiz edilmişdir. Göstərilən evin şəraiti azşyalıların yaşaması və sağlam böyüməsi üçün əlverişlidir. Mənzilə İddiaçı ilə birgə övladları-X4 (2009) və X5 (2012) yaşayır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-54/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh3 arasında 22 oktyabr 2007-ci il tarixdə bağlanmış 1647 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvüllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh3 xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq höququn ömumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarına görə Sumqayıt şəhəri 18-ci məhəllə, H.Əliyev prospektində yerləşən 3 saylı yataqxananın 30 saylı evinin 34 saylı otağı cavabdehlərin mülkiyyətində deyildir. Bu səbəbdən üzərində mülkiyyət hüququ olmayan evə faktiki sahiblik edən şəxsin razılığı ilə köçmüş və orada yaşamış digər şəxslərin (evə faktiki sahiblik edən şəxsin arvadı, uşaqları və s.) yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. Bununla belə, iddiaçıların köçürülməsini tələb etdiyi sahənin yataqxana olması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı ailə üzvləri ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə qeyd edir ki, hazırkı işdə nə birinci nə də ki ikinci halın mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçı köçmək istədiyi otaqda yaşaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 24 oktyabr 1989-cu il tarixli 17 saylı order əsasında Cavabdeh1 Şərbətəli oğluna və ailə tərkibinə birlikdə Sumqayıt şəhəri 18-ci məhəllə, H.Əliyev prospektində yerləşən 3 saylı yataqxananın 30 saylı evinin 34 saylı otağı işlədiyi müəssə tərəfindən verilmiş, İddiaçı Cavabdeh1 oğlu Rövşənlə 22 oktyabr 2007-ci il tarixdə nikaha daxil olmuş, həmin vaxtdan yataqxananın 32 saylı otağına qeydiyyata alınaraq, orada yaşamış, hazırda həmin otaqda iki azyaşlı uşaqları ilə yaşayır, hazırda Cavabdeh1 oğlu Rövşənlə aralarında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı iddiası ona yönəlmişdir ki, MKTİB-nin sırf balansında olan 32 nömrəli mənzillə Cavabdeh1 istifadəsində olan 34 nömrəli mənzili birləşdirməkdir. Hüquqi vəziyyəti fərqli olan yataqxana mənzillərinin birləşdirilməsi yolverilməzdir. Odur ki, məhkəmə İddiaçı 32 nömrəli mənzildə yaşaya-yaşaya eyni zamanda yataqxananın 34 nömrəli mənzilinə istifadə hüququnu tanıyarsa, onda İddiaçı hər iki mənzili 2 otaqlı ev kimi birləşdirib istifadə etməsinə qərar vermiş olar. Məhkəmə qeyd tdir ki, 1989-cu ildən Sumqayıt şəhəri, 18-ci məhəllə, H.Əliyev prospekti, Yataqxana 3, ev 30, mənzil 34 üzərində Cavabdeh1 sahiblik, istifadə hüquqları vardır. Artıq 30 ildən artıq müddətdir ki, sözü gedən mənzil onun daimi sahibliyi və istifadəsindədir, potensial, gözlənilən mülkiyyətdir, artıq demək olar ki, həmin mənzilə xüsusi mülkiyyət hüququ əldə etmişdir. İddiaçı iddiası Cavabdeh1 mülkiyyətinə müdaxilə kimi qiymətləndirilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2007-ci ildən yarandığını, yəni iddiaçının mübahisəli evə cavabdeh ilə 2007-ci ildə rəsmi nikaha daxil olmaqla, qeyd olunan evə 2007-ci ildə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçmək hüququnun olub-olmadığını 01 oktyabr 2009cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Qeyd olunan müddəaların mənası baxımından kollegiya hesab edir ki, İddiaçı cavabdehlə birgə yaşamamış, birgə təsərrüfat aparmamaqla ailə üzvü kimi Sumqayıt şəhəri, 18-ci məhəllə, H.Əliyev prospekti yataqxana 3, 30 saylı evin 32 otağda azyaşlı övladları ilə birgə yaşamışdır. Eyni zamanda müayinə aktından görünür ki, iddiaçı Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən 3 saylı yataqxananın 30 saylı evinin 32 nömrəli otağında yaşayır və qeydiyyatdadır. Bu səbəbdən hazırda iddiaçı ilə Cavabdeh3 arasında olan nikahın pozulmasını, nikah dövründə mübahisəli otaqda yaşamamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və əzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində göstərdiyi faktiki halları təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən 3 saylı yataqxananın 30 saylı evinin 34 saylı otaqlarına köçürülməsi və cavabdehlər tərəfindən olunan manelərin aradan qaldırılması tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aidə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-253/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-253/2023
22.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver